Icma.az
close
up
RU
Media niyə süni intellektə üz tutur?

Media niyə süni intellektə üz tutur?

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Süni intellekt artıq jurnalistikanın ayrılmaz hissəsinə çevrilməkdədir. Belə ki, dünyanın müxtəlif ölkələrində media qurumları bu texnologiyadan məlumatların təhlili, xəbərlərin hazırlanması, tərcümə, səsin mətnə çevrilməsi və digər texniki işlərin sürətləndirilməsi üçün istifadə edirlər. Eyni zamanda xəbər istehsalında insan nəzarətinin vacibliyi də əhəmiyyətlidir. Axı süni intellekt yanlış məlumat yarada bilər və yaxud da faktları səhv şəkildə təqdim edə bilər. Bu səbəbdən də süni intellekt jurnalistin işini nə qədər asanlaşdırsa da, jurnalist məlumatı yoxlamalı, mənbələri dəqiqləşdirməli və cəmiyyətə informasiyanı etibarlı şəkildə çatdırmalıdır.

Deyirlər ki, bir müddətdən sonra süni intellekt jurnalistikanı əvəz edə biləcək. Amma bu, mümkün deyil. Peşəkar jurnalistin yerini tuta bilmək mümkün deyil. Süni intellekt sadəcə onun işini daha səmərəli təşkil etməyə kömək edən texnoloji vasitə kimi çıxış edə bilər. Səhvləri düzəldə bilər, redaktə edə bilər. Amma insani hissləri, duyğuları, səmimiyyəti süni intellekt yazılarda əks etdirə bilməz. Nə qədər emosional yazılar hazırlansa belə, süniliyi yenə hiss olunacaq…

Əməkdar jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Bizimyol.info xəbər portalına bildirib ki, yeni media mühitinin formalaşması, texnoloji şəraitin dəyişməsi və hər gün sürətlə inkişaf edən texnologiyaların mediada tətbiqi tamamilə fərqli bir reallıq yaradır. Ekspertin fikrincə,bu yenilənmə jurnalistikanın prinsiplərini dəyişməsə də jurnalistlərin iş rejimini, fəaliyyət mexanizmini və informasiyaya çıxış imkanlarını ciddi şəkildə dəyişdirir.

“Bu gün süni intellektin media və jurnalistikaya tətbiqi, eləcə də bunun artıq göz önündə olan müsbət nəticələri istər-istəməz bu texnologiyaların istifadəsini stimullaşdırır. Məsələn, artıq statistika göstərir ki, ötən il media materiallarının təxminən 15 faizi süni intellekt vasitəsilə hazırlanıb. Buraya mətnlərin yazılması, informasiyanın əldə olunması, tərcümə işləri və materialların dəqiqləşdirilməsi daxildir. Bütün bu proseslərdə süni intellekt jurnalist üçün çox ciddi yardımçı rolunu oynayır”-deyə Qulu Məhərrəmli bildirib.

Ekspertin sözlərinə görə, texnologiyaların yenilənməsi, alət və vasitələrin bu qədər sürətlə dəyişməsi, əlbəttə, müəyyən narahatlıqlar da yaradır: “Bu narahatlıqlar əsasən iş yerləri və maliyyə məsələləri ilə bağlı olur. Bu reallığı qəbul etmək lazımdır. Çünki burada əsas məqsəd media qurumlarının səmərəli və məhsuldar fəaliyyəti, eyni zamanda informasiyanın operativ və keyfiyyətli şəkildə cəmiyyətə çatdırılmasıdır. Ona görə də həm yeni texnoloji bacarıqlara yiyələnməli, həm də təqdim etdiyimiz media məhsulunun keyfiyyətini artırmaq önəmlidir”.

“Saxta xəbərlərin, süni şəkildə hazırlanmış məlumatların yayılması və bu sahədə süni intellektin istifadəsinə gəlincə, burada məsələ texnologiyanın özündə deyil. Süni intellekt sadəcə bir vasitədir. Necə ki, atom enerjisindən həm faydalı, həm də dağıdıcı məqsədlər üçün istifadə etmək mümkündür, süni intellekt də eyni xüsusiyyətə malikdir. Onun köməyi ilə dezinformasiya yaratmaq da olar, həmin dezinformasiyanın qarşısını almaq da. Buna görə də xüsusi proqramların hazırlanması, yeni texnologiyalara uyğun sistemlərin qurulması və onların effektiv işləməsi böyük əhəmiyyət daşıyır. Bütün bunlar rəqəmsal mühitdə və rəqəmsal platformalarda dezinformasiyanın qarşısının alınmasına xidmət etməlidir”-deyə media eksperti vurğulayıb.

Qulu Məhərrəmli bildirib ki, istəsək də, istəməsək də, artıq süni intellektin jurnalistikaya təsir göstərdiyi bir dövrdə yaşayırıq: “Bu texnologiyaların imkanlarını dərindən mənimsəmək, onlardan düzgün istifadə etməyi bacarmaq vacibdir. Eyni zamanda cəmiyyətin media savadlılığı artırılmalı, jurnalistlərin peşə bacarıqları da müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməlidir”.

P.S. Peşəkar jurnalistlər nadir hallarda süni intellektə müraciət edirlər. Bu da əsasən faktları dəqiqləşdirmək üçün mənbə keçidlərinin tələb edilməsi, tərcümə, internet məlumatlarının qısa izahı və s. ilə bağlı olur. Yazıların süni intellekt vasitəsilə yazılması mümkün olsa da, bu "dəstək" jurnalistin dəsti-xəttinə, tərzinə təsir edə bilir. Yəni əvvəllər çox sayda oxucusu olan jurnalistin yazılarını oxuyanlar süni intellektin nəfəsini hiss edə bilər.

Bu gün Azərbaycanda da yazılarını süni intellekt vasitəsilə yazan jurnalistlər mövcuddur. Məhz elə bu səbəbdən də, çox zaman açıqlamalar aldığım zaman ekspertlər “xahiş edirəm, süni intellektdən istifadə etməyin” deyirlər. Bəli, süni intellekt faydalı ola bilər, amma peşəkar jurnalisti əvəz edə bilməz…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyun 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri