Icma.az
close
up
RU
Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? AÇIQLAMA

Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Müəllimlərin sertifikatlaşdırılması prosesinin sonuncu günündə Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə infotur təşkil olunub. Tədbirdə bir sıra media qurumlarının rəhbərləri də iştirak ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, onlar sertifikasiya prosesi barədə fikirlərini “Azərbaycan müəllimi”nə bölüşüblər.

“Sertifikasiya prosesi repetitorluğa olan ehtiyacı da tədricən aradan qaldıracaq”

“Modern” Media Qrupunun direktoru Elşad Eyvazlı müəllimlərin sertifikatlaşdırma prosesini bütövlükdə Azərbaycan cəmiyyəti üçün son dərəcə faydalı bir addım kimi dəyərləndirib.

O, açıqlamasında bildirib ki, sertifikasiya prosesi ilə həm təhsil qazanır, həm müəllimlər, həm də valideynlər bu prosesdən faydalanırlar: "Çünki hər bir valideyn istəyir ki, övladına dərs deyən müəllim savadlı, daim yeniliklərə açıq və müasir dünyanı izləyə bilən bir şəxs olsun. Eyni zamanda, hər bir müəllim də çalışır ki, biliklərini daim artıraraq şagirdlərinə daha keyfiyyətli təhsil versin”.

Elşad Eyvazlı qeyd edib ki, bu gün həyata keçirilən sertifikasiya imtahanları uzunmüddətli, təxminən dörd illik hazırlıq mərhələsinin nəticəsidir: “Düşünürəm ki, bu proses Azərbaycan təhsilini təbrik etməyə layiq bir mərhələdir. Çünki sertifikasiya cəmiyyət üçün çox faydalı bir sistemdir. İnanıram ki, bu təşəbbüs növbəti illərdə təhsillə bağlı mövcud narazılıqları və şikayətləri əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda, repetitorluğa olan ehtiyacı da tədricən aradan qaldıracaq. Ümumilikdə isə bu proses Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verəcək”.

“Sertifikasiya imtahanı çox yüksək məsuliyyətlə və peşəkar şəkildə təşkil olunub”

“Report” İnformasiya Agentliyinin baş redaktoru Namiq Mailov müəllimlərin sertifikatlaşdırılması prosesini ölkəmizdə həyata keçirilən təhsil islahatlarının ən mühüm mərhələlərindən biri kimi dəyərləndirib. O hesab edir ki, sertifikasiya prosesi Azərbaycanda geniş vüsət alan təhsil islahatlarının ən vacib hissəsidir: 

“Bu islahatlar nəticə etibarilə övladlarımızın keyfiyyətli təhsil almasına xidmət edir. Çünki təhsil hər bir xalqın gələcəyini müəyyənləşdirən ən əsas amildir”.

Namiq Mailov qeyd edib ki, sertifikasiya eyni zamanda müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına da yönəlib:

“Bu proses müəllimlərin sosial vəziyyətlərinin yüksəldilməsinə, onların cəmiyyətdə daha dəyərli mövqe qazanmasına xidmət edir. Bu gün imtahan prosesini yerində izlədik və şahidi olduq ki, sertifikasiya imtahanı çox yüksək məsuliyyətlə və peşəkar şəkildə təşkil olunub. Hər bir detal diqqətlə nəzərə alınıb.
Çox xoşdur ki, imtahandan çıxan sevinc dolu müəllimləri görürük. Təbii ki, məyus olanlar da olacaq. Onlara növbəti mərhələlərdə yenidən şans veriləcək. Ümumilikdə isə bu proses ölkə təhsilinin keyfiyyətini daha da yüksəltmək üçün atılan uğurlu bir addımdır”.

“Bu proses müəllimlərin işinə daha böyük məsuliyyətlə yanaşmasına, öz üzərində daim çalışmasına şərait yaradır”

“Bakıvaxtı.az”ın baş redaktoru Qalib İbrahimoğlu vurğulayıb ki, fizika və informatika fənləri üzrə keçirilən imtahan prosesində media nümayəndələri birbaşa iştirak edərək prosesi yaxından izləyiblər.

“İmtahan olduqca şəffaf şəkildə keçirilir. Müəllimlərə uğurlar arzulayıram. Hesab edirəm ki, bu proses müəllimlərin işinə daha böyük məsuliyyətlə yanaşmasına, öz üzərində daim çalışmasına imkan yaradır. Bu, müəllimlərin inkişafına xidmət edən bir addımdır, əleyhinə deyil”, – deyə Qalib İbrahimoğlu qeyd edib.

“Bu proses müəllimlərin əməkhaqlarının artırılması üçün də stimul yaradır”

“Anews.az” xəbər portalının rəhbəri Nailə Balayeva müəllimlərin sertifikatlaşdırılmasını müsbət dəyərləndirərək bunun cəmiyyət üçün vacib bir addım olduğunu bildirib.

O, qeyd edib ki, müəllimlər cəmiyyətə vətəndaş tərbiyə edən ən önəmli şəxslərdir. Cəmiyyətin savadlı, bilikli olması birbaşa müəllimlərdən asılıdır. Vətəndaş nə qədər təhsilli olsa, o qədər sağlam və rahat bir cəmiyyət qurmaq mümkündür”.

Nailə Balayeva imtahanların şəffaflığını da vurğulayıb: “Müşahidələrimiz göstərdi ki, sertifikasiya prosesi olduqca şəffaf və peşəkar şəkildə təşkil olunub. Müəllimlər üçün yaradılan şərait mükəmməl idi, onların diqqətini yayındıracaq heç bir maneə yox idi. Hər bir müəllimə uğurlar arzulayıram”.

O, müəllimlərin üzərində daim işləməsinin vacibliyini xüsusi qeyd edərək əlavə edib ki, əgər müəllim minimum tələbi, yəni 30 balı belə toplaya bilmirsə, o müəllim pedaqoji fəaliyyətə davam etməməlidir. Müəllim hər zaman öz üzərində işləməli, biliklərini artırmalıdır”.

Nailə Balayeva onu da bildirib ki, məlumatımıza görə indiyə qədər artıq 85 min müəllim sertifikasiya prosesindən keçib: “Bu, Azərbaycan təhsilində geniş bir kütləni əhatə edən mühüm bir islahatdır. Eyni zamanda, bu proses müəllimlərin əməkhaqqılarının artırılması üçün də stimul yaradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyun 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri