Icma.az
close
up
RU
Orduda mühüm dəyişikliklər: Yeni qaydalara əsasən...

Orduda mühüm dəyişikliklər: Yeni qaydalara əsasən...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Azərbaycan Ordusunda aparılan son islahatlar arasında ən mühüm məsələ həqiqi hərbi xidmətə çağırışla bağlıdır”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri deputat Arzu Nağıyev deyib.

O bildirib ki, 44 günlük müharibədə qalibiyyətimizdən sonra hərbi çağırışla bağlı bir sıra qanunlarda dəyişikliklər nəzərdə tutulmuşdu:

“Onlardan biri də həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılmasıdır. Bundan başqa, müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaș həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunmuşdu.

Həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə də qanunda əks olunur. Belə ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcək. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək.

Digər qanunlara dəyişikliklər isə “Hərbi vəzifə və hərbi xidmət haqqında qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir. Onu da deyim ki, qanun layihə ikən səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi  və Milli Məclisin müvafiq şöbəsinin iştirakı ilə müzakirə edilib və yekdilliklə birinci oxunuşda  plenar iclasa tövsiyə edilib”.

Hərbi ekspert Elxan Şıxaliyev vurğulayıb ki, Milli Məclisdə hərbi vəzifə və hərbi xidmət keçmə haqqında əsasnaməyə ediləcək dəyişikliklərin müzakirəsi və nəticələri səfərbərlik ilə bağlı heç bir mənfi nəticə yaratmayacaq:

“Edilən müzakirələr, qəbul edilən qanun güc strukturlarının səfərbərlik ehtiyatlarının sistemləşdirilməsi üzrə optimallaşma addımlarıdır. Yəni artıq müasir dövrə keçiddə səfərbərlik ehtiyatın 35-dən 30-a endirilməsi doğru addımdır. Hətta deyərdim, bunu bir neçə il öncə etmək olardı.

Düşünürəm ki, əvvəlki qaydada artıq hərbi xidmətə çağırılma yaşının 35-ə qədər olması qanunvericilikdə olmasına baxmayaraq səfərbərlikdə sui-istifadə halları yaşanırdı. İndiki mərhələdə çağırışçıların, xüsusən də ilkin çağırış dövründə hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı arzu olunmayan halları aradan qaldıracaq. Yeni qayda sui-istifadə hallarının qarşısını da alacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 01:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri