Icma.az
close
up
RU
“Media savadlılığı cəmiyyətin bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır”

“Media savadlılığı cəmiyyətin bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır”

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Ölkəmizdə media savadlılığına diqqət son illərdə artır. Bildiyiniz kimi, “Media haqqında” qanunda da bu məsələ ayrı maddə olaraq qoyulur. Media savadlılığı – insanların mediada təqdim olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir. İnternetin sürətli yayılması və sosial medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə 21-ci əsr insanı mediatik və mediasavadlı olmalıdır”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir:

“Lakin ümumilikdə media savadlılığı hələ də geniş yayılmayıb. Bir çox insanlar xüsusilə sosial mediada yayılan məlumatlara tənqidi yanaşmadan inanmağa meyllidir. Bu, bir sıra hallarda təəssüf ki, informasiya manipulyasiyasının və yalan məlumatların yayılmasına səbəb olur.

Media savadlılığının tədrisinin yuxarı sinif təhsil proqramına əlavə edilməsi bu istiqamətdə müsbətə doğru ciddi dönüş yarada bilər. Xatırlatmaq istərdim ki, bununla əlaqədar qardaş Türkiyənin müvafiq təcrübəsini öyrənməkdə fayda var”.

Vüqar Zifəroğlu

V.Zifəroğlu bildirib ki, Media İnkişaf Agentliyinin, Azərbaycan Mətbuat Şurasının cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün gördüyü işlər olduqca əhəmiyyətli və təqdirəlayiqdir:

“Unutmayaq ki, media savadlılığı, insanlar üçün gündəlik həyatlarında medianın və məlumatın rolunu anlamaq və ondan faydalı şəkildə istifadə etmək üçün vacibdir. Bu bacarıq həm də sosial və mədəni olaraq daha məlumatlı və məsuliyyətli cəmiyyətin formalaşmasına kömək edir.

Media savadlılığı cəmiyyətin bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır. Jurnalistlər üçün isə əsas olan informasiya savadlılığıdır. İnformasiya savadlılığı, jurnalistlərin informasiya ilə işləmək bacarığını, bu prosesin müxtəlif istiqamətlərini özündə ehtiva edir, müxtəlif informasiya mənbələrini tapmaq, əldə etmək, qiymətləndirmək və effektiv istifadə etmək bacarığıdır. Bu bacarıq, jurnalistin doğru məlumatı tapmasına, mötəbər mənbələri seçməsinə və bu məlumatları analitik şəkildə qiymətləndirməsinə kömək edir. İnformasiya savadlılığı, xüsusilə sürətlə dəyişən rəqəmsal dünyada vacibdir, çünki sosial media və internetdə yayılan məlumatlar arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları anlamaq üçün kritik bir bacarıq kimi ortaya çıxır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see278

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri