Icma.az
close
up
RU
Cəmiyyətin bu bəlasına qarşı mübarizə gücləndirilir Media savadlılığı sosial şəbəkələrdə KONKRET

Cəmiyyətin bu bəlasına qarşı mübarizə gücləndirilir Media savadlılığı sosial şəbəkələrdə KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Medianın ictimai həyatdakı rolu müəyyən çəkiyə malikdir və cəmiyyətin maariflənməsində xüsusi rolu var. Kütləvi informasiya vasitələrində istehlak olunan xəbərlər, məlumatlar cəmiyyətin müxtəlif təbəqələri üçün nəzərdə tutulur və bu işdə jurnalistikanın janrlarından istifadə olunur. Xəbərlərin cəmiyyətə peşəkar səviyyədə çatdırılması, istinad edilən mənbələr, istifadə olunan xəbər materalının doğruluğu, medianın prinsiplərinə əməl edilməsi jurnalistikanın əsas prioritetlərindən hesab olunur. 

Son illər isə mediada yeni canlanma müşahidə olunur. Bu canlanma informasiya agentliklərinin, xəbər portallarının, radio və televiziyaların çoxluğuyla bağlı deyil. İndi həyatımızın bir hissəsinə çevrilən sosial medianın yaratdığı yeni ənənələr bəzi reallıqları diqtə edir. Məsələ informasiyanın hansı forma və üslubda çatdırılmasından çox asılıdır. Bəzən informasiyanın dəqiqliyinə fikir verilmədən sosial şəbəkələrdə tirajlanır. Yaxud da istinad edilməyən, təhlili aparılmayan xəbər asanlıqla KİV-ə daxil olur. Müasir xəbər texnologiyasının yaratdığı reallıq bütün parametrlərdə günümüzlə ayaqlaşmır və qüsurlu tərəfləri var. Sosial medianın  probleminə çevrilən mənfi tendensiya artan xətlə inkişaf edir və hər gün yeni formada qarşımıza çıxır. Bəzən peşəkar yanaşma olmadan “təhlil  edilən” hər hansı məsələ cəmiyyətdə qıcıq yaradır. Məişət söhbətlərinin ictimailəşdirilməsi, milli-irqi məsələlərin gündəmə gətirilməsi və dövlətin informasiya siyasətinə zidd olan digər məlumatların müzakirəsi, sosial-siyasi müstəvidə baş verən məsələlərin sosial mediada konteksdən çıxarılaraq fərqli formada təqdim edilməsi jurnalistikanın prinsiplərinə ziddir. Yeni yaranan media platformalarında baş verən neqativlər yalnız təəssüf doğurur.

Normal təhsili olmayan, yazdıqları statuslarda Azərbaycan dilinin bütün qaydalarını pozan, elementar durğu işaralərinin funksiyalarından xəbərsiz sosial media “jurnalistləri”, bəzən hansı mövzunun müzakirəyə çıxarılmasının fərqində də olmurlar. Məsələ təkcə bununla bitmir. Məhz həmin “media işçiləri”nin paylaşdığı informasiyaların əksəriyyəti elektron informasiya vasitələrinə və qəzet səhifələrinə çıxarılır. Heç bir rəsmi mənbəyə söykənməyən bu cür dezinformasiyalar ciddi şəkildə ictimai rəyə təsir edir. “Facebook”, “İnstagram”, “TikTok, “YouTube” üzərindən paylaşılan, cəmiyyətin ruhunu zədələyən zərərli məlumatlar hələ də dövriyyədədir və gənc nəslin sağlam düşüncəsinə mənfi təsir edir. Etik qaydaları pozan, milli-mənəvi dəyərlərimizlə uzlaşmayan sosial media platformaları artıq bütün əndazələri aşaraq ən iyrənc metodlardan istifadə edir. Dilimizə gətirməyi özümüzə rəva bilmədiyimiz küçə söhbətləri, söyüşlər, iyrənc ifadələr, küçə adamlarının davranış kodekslərini təbliğ edən sosial medianın izləyici sayı bəzən milyonu ötür. Milyonlarla insanın beynini zəhərləyən sosial medianın yaratdığı reallıq təkcə bununla bitmir.

Ehtiyac duyduğu informasiyanı vaxtında ala bilməyən insan dərhal alternativ mənbə axtarır və qaşısına çıxan dezinformasiyanı dəqiq və düzgün hesab edir. Daha sonra bir qədər əvvəl sosial mediada tanış olduğu və konteksdən çıxarılan informasiyanın reallığa söykənən, xüsusi mənbələrə istinadən yayılan variantıyla tanış olanda isə oxucuda fikir ayrılığı yaranır. İki variantda tanış olduğu informasiyaya “bunların hansı düzdür?” prinsipiylə yanaşan oxucu səs-küylə təqdim edilən dezinformasiyanı daha doğru və düzgün hesab edir. Sosial mediada paylaşılan bü cür informasiyalar daha çox ictimai rəyi çaşdırmağa hesablanıb və əksər hallarda dezinformasiya yayanlar məqsədlərinə nail olurlar. Sosial medianın jurnalistkanın prinsipləri ilə üst-üstə düşməməsini anlayan oxucu qarşılaşdığı məlumatların doğru olub-olmadığını dərhal anlayır və ona ötürülən “informasiya”nı ciddiyə almır. Amma bunu bütün oxuculara şamil etmək olmaz. Ona görə də bu sahə ciddi nəzarətə götürülməli və cəmiyyətə ötürülən dezinformasiyaların qarşısı alınmalıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

https://medialiteracy.media.gov.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri