Icma.az
close
up
RU
Media savadlılığının artırılması milli təhlükəsizliyin tələbidir

Media savadlılığının artırılması milli təhlükəsizliyin tələbidir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müşfiq Ələsgərli,
XQ-nin media eksperti

Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. Analitik mərkəzlər qeyd edirlər ki, indi hər gün dünyada təsəvvürə gəlməz dərəcədə çox, təqribən 2,5 kvintilyon bayt həcmində məlumat yaradılır və yayılır. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, gün ərzində yüzlərlə informasiyanı eşidir, görürü və dinləyirlər. Həmçinin, cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi mobil cihazı, internet bağlantısı, sosial şəbəkə hesabı olan hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Yəni xəbər, məlumat emalı həyatımızın ayrılmaz bir parçasıdır.

Gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərindən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. Bu baxımdan “saxta xəbər”, “dezinformasiya” dünya üçün yeni fəlakət adlandırılır. 

Bu da bir faktdır ki, “saxta xəbər” təsadüfən yaranmır. Xüsusən, “saxta xəbər”in bir növü olan dezinformasiya şüurlu şəkildə istehsal edilir, konkret hədəflərə qarşı yönəldilir və onu istehsal edənlərin məkrli niyyətlərinin təmin edilməsi üçün istifadə olunur. Rəqib dövlətlər bir-biri haqqında qəsdən saxtalaşdırılmış məlumatlar–dezinformasiyalar yaymaqla qarşı tərəfə zərər vura bilirlər. Bu baxımdan dezinformasiya termini müasir nəzəriyyələrdə “Hibrid müharibə”nin, yaxud “Assimmetrik müharibə”nin elementi kimi təsvir edilir. O, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının geopolitik maraqlarının təmin edilməsi üçün istifadə olunan “soyuq silah” növlərindən biri kimi tanınır. Təsadüfi deyil ki, nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “dezinformasiya”nı “ABŞ siyasətinin fenomeni” elan edib.

Azərbaycan da qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən ölkələr sırasındadır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr, həmçinin Ermənistanla münaqişə vəziyyətində olması onu total xarakterli dezinformasiya axınının hədəfinə çevirir. 2024-cü ilin iyul ayında keçirilən II Şuşa Qlobal Media Forumu zamanı qeyd olundu ki, Azərbaycan öz müstəqilliyini elan etdiyi tarixdən başlayaraq bu günə qədər dezinformasiya axınına məruz qalır. Problem 2020-ci ildə–44 günlük mübaribə dövründə daha qabarıq şəkildə üzə çıxıb. Sonradan “Laçın yolu” kampaniyası fonunda davam edib. 2023-cü ilin sentyabr ayında, yəni, antiterror tədbirlərinin keçirildiyi zaman pik nöqtəyə çatıb. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov ilə müsahibəsində COP29-a qarşı aparılan qarayaxma kampaniyasını da bu sıraya daxil edib. ABŞ-dan yayımlanan “The Washington Post”, “The New York Times”, Fransadan yayımlanan “Le Monde”, “Le Figaro” nəşrləri tərəfindən COP29 və Azərbaycana qarşı xüsusi qaralama kampaniyasının gerçəkləşdirildiyini qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ və Avropa İttifaqı ölkələrinin ərazisində yerləşən, dezinformasiya istehsalı ilə məşğul olan KİV-in siyahısı bu 4 qəzetlə yekunlaşmır. Müşahidələr göstərir ki, Amerika Birləşmiş Ştatlarının nəzarəti altında dezinformasiya istehsal edən, yayan, bu yolla ayrı-ayrı ölkələri hədəfə gətirib nüfuzdan salmağa çalışan geniş bir şəbəkə uzun illər ərzində formalaşdırılıb və fəaliyyət göstərir. Bu məqsədlə çox sayda transmilli KİV, beynəlxalq statuslu QHT, “insan haqları müdafiəçisi olan təşkilat”lar yaradılıb. Təsadüfi deyil ki, məşhur tədqiqat mərkəzlərindən olan “Statista” 2022-ci il üzrə hazırladığı hesabatda qeyd edib ki, qlobal informasiya məkanında dövr edən dezinformasiyaların kökü daha çox ABŞ-ın rəsmi dairələrinə bağlanır. Yəni, “saxta xəbərlər” ABŞ başda olmaqla, Qərb dövlətlərinin siyasi çevrələri tərəfindən istehsal olunur, transmilli KİV tərəfindən tirajlanır. Dövrümüzdə mövcud olan qanlı münaqişələrin, müharibələrin bir çoxu da bu mənbədən qaynaqlanır.

Bu mənada yaşadığımız dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin elementinə çevrilir. Təkcə dövlət strukturları deyil, ictimai qurumlar, ayrı-ayrı fərdlər də milli informasiya məkanının keşiyində durmalı, ölkəmizə qarşı yönəlmiş saxta xəbərlərin ifşası üçün töhfə verməlidirlər.

İndiki xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlılığını müəyyənləşdirmək üçün vətəndaşların müəyyən bacarıqlara malik olması zərurəti yaranır. İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar ki, bütün bu elementlərin hamısı “media savadlılığı” proqramında ifadə olunur.

2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Qanunun 10-cu maddəsi ölkə vətəndaşlarının media savadlılığının artırılması yönündə öhdəlikləri müəyyən edir. Buna uyğun olaraq, müxtəlif proqramlar icra olunur, tədbirlər gerçəkləşdirilir.

Əlamətdar haldır ki, Medianın İnkişafı Agentliyi media savadlılığının artırılması yönündə işlərin səməriliyini təmin etmək üçün xüsusi proqram və internet informasiya resursu hazırlayıb. 2023-cü ildə Agentlik tərəfindən “Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhfəyə çevrilib. Medianın İnkişafı agentliyi paralel olaraq “media savadlılığı həftəsi” mövzusunda kampaniyalar təşkil edir. Agentliyin media savadlılığının artırılması üzrə proqramları bu cür sistemli şəkildə təşkil etməsi vətəndaşların mövzuya marağını artırır. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır, nəticədə ölkəmizə qarşı yönəlmiş dezinformasiyaların ifşa edilməsinə şərait yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri