Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azərbaycanda gizli yumurtalıq bazarı: Qazananlar kimdir? AÇIQLAMA

Azərbaycanda gizli yumurtalıq bazarı: Qazananlar kimdir? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yumurta donorluğu tibbi məsələ olsa da, hüquqi tənzimləmə olmadığı üçün ölkəmizdə "qara bazara" çevrilib. Sosial şəbəkələrdə qadınlara donorluq qarşılığında 1000 manatadək ödəniş təklif olunur. Bir çoxları bununla razılaşsa da, sonradan yaranacaq problemlər haqqında məlumatsız olurlar. Məsələ nə üçün illərdir həllini tapmır?
Tanınmış ginekoloq Rəşad Sultan Demokrat.az-a açıqlamasında bildirib ki, yumurta donorluğu Azərbaycanda reproduktiv səhiyyənin ən problemli və həssas sahələrindən biridir: 
"Reproduktiv tibb, çoxalma texnologiyaları və bu sahənin ginekoloji aspektləri ölkə üçün “yaralı yer” sayılır. Bunun əsas səbəbi isə bu prosesi tənzimləyən konkret və işlək qanunvericiliyin mövcud olmamasıdır.
Qanun layihəsi illərdir hazırlanır, müxtəlif instansiyalar arasında gedib-gəlir, lakin nəticə əldə olunmur. Təəssüf ki, bu sahənin hüquqi, tibbi, mənəvi və insani tərəflərini dərindən bilməyən şəxslərin qərarverici mövqedə olması prosesi daha da dalana salır. Nəticədə yumurta donorluğu kimi ciddi ictimai və tibbi məsələ hüquqi boşluq şəraitində qalır".
O bildirib ki, əvvəlcə yumurta donorluğunun nə olduğunu izah etmək vacibdir:
"Qadın orqanizmində yumurtalıqların müəyyən ehtiyatı olur və bu ehtiyat illər keçdikcə tükənir. Adətən əlli yaş ətrafında qadın menopauzaya daxil olur və bu, tamamilə normal fizioloji prosesdir.
Lakin müasir dövrdə qadınların sosial və peşəkar həyatda daha fəal iştirakı ailə qurma yaşını gecikdirir. Digər tərəfdən, qadının yaşı əlli olsa belə, tibbi baxımdan yenidən hamilə qalmaq istəyi ola bilər. Müasir tibbin imkanları buna şərait yaradır. Bu zaman yumurta donorluğu mexanizmi tətbiq olunur. Yumurta donorluğu o deməkdir ki, öz yumurtalıq ehtiyatı tükənmiş və ya ümumiyyətlə yumurtalığı olmayan qadın üçün başqa bir qadından yumurta götürülür. Həmin yumurta qadının həyat yoldaşının spermatozoidləri ilə laboratoriya şəraitində mayalandırılır. Daha sonra yaranmış embrion ana namizədinin bədəninə yerləşdirilir və hamiləlik doqquz ay ərzində həmin qadının bətnində inkişaf edir. Uşaq həmin qadın tərəfindən dünyaya gətirilir".
Həkim deyib ki, genetik baxımdan uşaq anaya məxsus olmasa da, qadın onu öz bətnində daşıdığı və dünyaya gətirdiyi üçün psixoloji və sosial olaraq öz övladı kimi qəbul edir. 
"Əsas problem də məhz buradan başlayır. Yumurtanı kim verəcək, bu proses necə tənzimlənəcək, donorla ailə arasında münasibətlər hansı qaydada qurulacaq. Bu suallar qanunla cavablandırılmalıdır. Əks halda gələcəkdə ciddi hüquqi və sosial problemlər ortaya çıxa bilər.
Məsələn, sabah donor qadın iddia edə bilər ki, uşaq onun genetik övladıdır. Digər tərəfdən, eyni donorun bir neçə ailəyə yumurta verməsi nəticəsində gələcəkdə bioloji bacı və qardaşların bir-biri ilə qarşılaşması riski yarana bilər. Bundan əlavə, uşağın qan qrupu valideynlərin qan qrupuna uyğun gəlmədikdə ailədaxili suallar və psixoloji gərginliklər meydana çıxa bilər. Bu kimi xırda görünən, lakin böyük nəticələr doğura bilən məsələlər yalnız qanunla tənzimlənə bilər"- deyə həkim bildirib. 
Həkim deyib ki, yumurta donorluğu olmalıdır. 
"Çünki övladı olmayan insanlar üçün bu məsələ həyatlarının əsas mənasına çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı sonsuzluğu rəsmi olaraq xəstəlik kimi qəbul edir. Bir çox insan üçün övlad sahibi olmamaq fiziki xəstəlikdən daha ağır psixoloji yükdür. Tibbin imkanları varsa və bu insanların dərdinə çarə ola bilirsə, bu yol tamamilə bağlanmamalıdır. Həkimlər olaraq biz bu insanlara kömək etmək istəyirik. Lakin burada çox vacib bir məqam var. Azərbaycan şəraitində donorluq ödənişli olmamalıdır. Qan və orqan donorluğunda olduğu kimi, yumurta donorluğunda da ödənişin qadağan edilməsi hüquqi baxımdan məntiqlidir. Çünki orqan satışı insan alverinə bənzədilir və bu səbəbdən qanunla yasaqlanır".
Həkim qeyd edib ki, bu məntiqi əsas götürsək, yumurta donorluğu da ödənişli olmamalıdır:
"Məsələn, Türkiyədə yumurta donorluğu tam qadağandır və bu səbəbdən həmin proseduru istəyənlər xarici ölkələrə üz tuturlar. Azərbaycanda isə hüquqi boşluq səbəbindən bu proses faktiki olaraq həyata keçirilir və rəsmi məhdudiyyət yoxdur.
Qadağa tətbiq edilərsə, bəziləri düşünür ki, donor tapılmayacaq. Halbuki qan verən də var, orqan verən də var. Eyni yanaşma yumurta donorluğuna da tətbiq oluna bilər. Əsas problem qeyri-rəsmi ödənişlərin və qara bazarın yaranması riskidir.
Hazırkı hüquqi vəziyyətdə qadağan edilməyən fəaliyyət icazəli sayılır. Bu səbəbdən də yumurta donorluğu ölkədə faktiki olaraq həyata keçirilir və bu gün üçün onun hüquqi baxımdan qarşısını alan konkret mexanizm mövcud deyil. Mövcud mənzərə məhz bundan ibarətdir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:324
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri