Icma.az
close
up
RU
TDT nəzdində İstehlakçı Hüquqlarının Müdafiəsi Şurasının yaradılması müzakirə edilib

TDT nəzdində İstehlakçı Hüquqlarının Müdafiəsi Şurasının yaradılması müzakirə edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsinin müdir müavini Bayram Uzunoğlu, Reklama nəzarət şöbəsinin müdiri Mehmet Mustafa Gül və ticarət məsələləri üzrə ekspert Ece Özçalışkanla görüş keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramı çərçivəsində təşkil olunan görüş zamanı Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində İstehlakçı Hüquqlarının Müdafiəsi Şurasının yaradılması məsələsi müzakirə edilib. Bu xüsusda, türk dövlətlərinin istehlakçı hüquqlarının qorunması sahəsində tənzimləyici orqanları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, bu təşəbbüs üzv ölkələrlə təcrübə mübadiləsini artıraraq istehlakçıların maraqlarının daha effektiv şəkildə qorunmasına şərait yaradacaq.

Daha sonra agentliyin İstehlak bazarına nəzarət, İstehlakçı hüquqlarının müdafiəsi, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbələrinin mütəxəssisləri tərəfindən qurumun fəaliyyət istiqamətləri, müvafiq sahələrdəki qanunvericilik islahatları, eləcə də həmin istiqamətlər üzrə həyata keçirilən tədbirlər barədə təqdimatlar nümayiş olunub.

Bundan əlavə, qardaş ölkənin istehlakçı hüquqlarının müdafiəsi, o cümlədən Reklam Şurasının fəaliyyəti və reklama nəzarət üsulları ilə bağlı geniş təqdimatlar edilib, müvafiq sahələr üzrə Azərbaycan və Türkiyə təcrübəsi əsasında müqayisəli müzakirələr aparılıb.

Qeyd edək ki, 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə üzv olan Azərbaycan Respublikası 2023-cü ildə təşkilatın Məsləhət Qrupuna da üzv seçilib. Ölkəmiz təşkilatda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmsil olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri