Icma.az
close
up
RU
“MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib

“MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

“MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib

29 noyabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçidinin, iqtisadiyyatın bütün ənənəvi sahələrində olduğu kimi media sahəsində də innovasiya və texnologiyaların tətbiqinin və ən əsası bunu bacara bilən kadrların hazırlanmasının zəruriliyini qeyd edib. O bildirib ki, “MEDİAlab” layihəsinin fəaliyyət planının tədris proqramına uyğunlaşdırılması məqsədilə layihənin tərəfdaş universitetlərində təhsil alan 1000-ə yaxın tələbə arasında keçirilən sorğu nəticələrinin data əsaslı təhlili, media subyektləri ilə davamlı iş və çoxtərəfli kommunikasiya əsasında inkişafla bağlı hiss edilən ehtiyaclar, media sahəsində məşğulluqla bağlı həm yerli, həm də beynəlxalq tendensiyaların müqayisəli analizi və gənclərə məşğulluq imkanlarının yaradılmasının beynəlxalq təcrübədə verdiyi müsbət nəticələr bir daha gənclərə və gələcəyə ümidli olmağa əsas yaradır. Əhməd İsmayılov vurğulayıb ki, bu günki gündə qısa bir müddətdə layihə çərçivəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu sahədə təcrübə və məşğulluq imkanları ilə bağlı daha təkmil mexanizmlərin hazırlanması məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu hər bir tərəfdən prosesin dəstəklənməsi və ümumi yanaşmanın uyğunluğunun göstəricisidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli media sahəsində işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu istiqamətdə davamlı tədbir və proqramların təşkili məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu haqqında öz fikirlərini bölüşüb.

Konfrans zamanı “MEDİAlab” layihəsi çərçivəsində təşkil edilən tədbirlərdən görüntülərin əks olunduğu videoçarx nümayiş olunub. Sonra Medianın İnkişafı Agentliyinin “Media dəstək layihələri və strateji planlaşdırma” şöbəsinin müdiri Ləman İsgəndərova çıxışı zamanı layihə haqqında ətraflı məlumat verərək “MEDİAlab” layihəsi çərçivəsində 1 il ərzində həyata keçirilən tədbirlər və əldə olunan nəticələrlə bağlı təqdimatla çıxış edib. Təqdimatın tərkibində “MEDİAlab” layihəsinin məqsədləri, iş mexanizmləri, gənclərin müvafiq sahədə inkişafı üçün yaradılan imkanlar və nəzərdə tutulan fəaliyyət istiqamətləri əhatə olunub.

Tədbir çərçivəsində istedadlı və təşəbbüskar gənclərin seçilməsi, müvafiq istiqamətlər üzrə potensial kadrların müəyyənləşdirilməsi məqsədilə ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı sayəsində təşkil edilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin nəticələri açıqlanıb, qalib seçilən 20-ə yaxın gəncə mükafatlar təqdim edilib.

Konfransın sonunda layihənin əsas tərəfdaşları olan ali təhsil müəssisələrindən əlaqələndirici şəxslərə ümümi layihənin təşkilində göstərdikləri dəstək, bu sahənin inkişafına verdikləri töhfəyə və səmərəli əməkdaşlığa görə, layihə çərçivəsində seçilən MEDİA səfirlərinə isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, “MEDİAlab” layihəsinin əsas məqsədi media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsi, gənclərə rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli ekosistemin yaradılmasıdır.

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri