Icma.az
close
up
RU
Mediamızın keçmişinə dəyər, bu gününə dəstək və gələcəyinə işıqsalan sərəncam NAHİD CANBAXIŞLI YAZIR

Mediamızın keçmişinə dəyər, bu gününə dəstək və gələcəyinə işıqsalan sərəncam NAHİD CANBAXIŞLI YAZIR

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindənbirinə çevrilmiş Azərbaycanda həmçinin maarifçilik hərəkatı genişvüsət almışdı. Milli mətbuatın yaranması da məhz bu hərəkatdandoğan bir təşəbbüs, zərurət idi. 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsənbəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzetimilli mətbuatımızın ilk qaranquşu, bayraqdarı  oldu.
Cəmi iki ilfəaliyyət göstərsə də, qəzet maarifçi ideyaların carçısı oldu, cəhalətə və xurafata qarşı kəskin mübarizə apardı, milliözünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqijurnalist nəslinin yetişməsinə önəmli töhfələr verdi. Qəzetdövrünün bir çox ziyalıları üçün əsl tribunaya çevrildi. Həsən bəyZərdabi ilə yanaşı Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani, Mirzə Fətələi Axundzadə kimiziyalılar öz  məqalələri ilə xalqı maarifləndirirdilər.  Onlar”Əkinçi” qəzetində maarifçi və demokratik ideyalar təbliğ edir, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər.
Açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirənqəzetdə elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiətelmləri ilə bağlı bir-birindən maraqlı yazılar dərc edilirdi. Xalqınmədəni tərəqqisinə çalışan, dini mövhumata, xurafata və cəhalətəqarşı mübarizə aparan mütəfəkkilərin bir araya gəldiyi redaksiyamüasirliyi, milli məfkurəni təbliğ edir, obyektiv xəbərçilikprinsiplərini ortaya qoyurdu. “Əkinçi” Azərbaycandan kənarda da – Gürcüstan, Dağıstan və Orta Asiya respublikalarında da yayılırdı.
“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylınəşrlər üçün mayak rolunu oynadı.
Azərbaycan ziyalılarının sonradan min bir əziyyətlə ərsəyəgətirdiyi “Ziya”, “Kəşkül”, “Kaspi”, “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik”, “MollaNəsrəddin” kimi qəzet və jurnallar  “Əkinçi” irsini, ideyasınışərəflə davam etdirdilər.
Ötən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətəqayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyatakeçirilən islahatlar ölkəmizdə söz və mətbuat azadlığının, plüralizmin və digər demokratik dəyərlərin bərqərar olmasınaetibarlı zəmin yaratdı. Heydər Əliyev mətbuat azadlığının təminedilməsinə, milli jurnalistikanın formalaşmasına xüsusi diqqətyetirib, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasınıngüclənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsiistiqamətində ardıcıl qərarlar qəbul edib. Ulu öndər dövlət – media münasibətlərində sağlam təməllərin əsasını qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətəgəldiyi ilk gündən Ulu Öndər tərəfindən əsası qoyulan mətbuatadəstək siyasətini bu gün də uğurla davam etdirir.
Mətbuat Şurasının və Media Agentliyinin (Əvvəlki adı KİVDF) yaradılması,  jurnalistlərin mənzillə təmin edilməsi, mətbuorqanlara birdəfəlik yardımların ayrılması bunun təsdiqidir. Həmçinin media resurslarına vergi azadolmalarının tətbiqi, qəzetvə jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüquqununverilməsi və digər addımlar mətbuatın iqtisadi müstəqilliyiningücləndirilməsinə xidmət edir.
Dövlətin dəstəyi sayəsində  Azərbaycan jurnalistikası millimaraqları qorumaqla yanaşı, söz, fikir azadlığı və plüralizmideyalarını təbliğ edir.
Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyininkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizinbeynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrininəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyininölkəmizdə geniş qeyd olunması haqqında imzaladığı Sərəncam da məhz dövlətin mətbuata göstərdiyi diqqətin bariz nümunəsidir. Sərəncama əsasən, Azərbaycan Respublikası PrezidentininAdministrasiyası Azərbaycan Respublikası Medianın İnkişafıAgentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubileytədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isəyubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həlledəcək. Bu sərəncan ölkə Prezidentinin milli jurnalistikamızıntarixinə verdiyi yüksək dəyər, bu gününə isə böyük dəstəyidir.
Sərəncamda 44 günlük Vətən Müharibəsi dövründə mediamız əslvətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyduğu, haqqsəsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onunhavadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səygöstərdiyi qeyd olunur.  Birinci Qarabağ müharibəsində həmjurnalist kimi, həm də bir vətəmdaş olaraq iştirak edən media nümayəndələrimizin vətənpərvərlik ənənəsi İkinci Qarabağmüharibəsində də  davam etdirildi. Vətən müharibəsindədöyüşlərdə iştirak etmiş jurnalistlərimizin də tarixi Zəfərimizəqatqıları oldu. Həmin dövrdə həqiqi hərbi xidmətdə olan jurnalist, ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid oldu. 6 iyun 2021-ci ildə isə Kəlbəcərdə xidmətivəzifələrini yerinə yetirən AZƏRTAC-ın müxbiri 1982-ci iltəvəllüdlü Məhərrəm İbrahimov və AZTV-nin operatoru 1989-cu iltəvəllüdlü Sirac Abışovu itirdik. 44 günlük Vətən Müharibəsindənsonra Azərbaycan mətbuatının qarşısında yeni vəzifələr dayandı. Zəfərimizdə regionda yaratmış olduğumuz reallıqların dünyaictimaiyyətinə çatdırılmasında və qəbul etdirilməsində medianınrolu böyükdür.
Yeni dünya düzənin formalaşdığı bir dövrdə medianın bəşəridəyərləri təbliğ etməklə yanaşı, milli maraqları müdafiəsinə dəxüsusi diqqət yetirmək missiyasını daşıyır. Müasir cəmiyyətquruculuğu prosesinin fəal iştirakçısı olan mətbuatımızınbeynəlxalq əlaqələri genişləndir,  qlobal informasiya məkanınatəsir imkanları güclənir. Bu gün Azərbaycan mediasının qarşısındada yeni vəzifələr müəyyənləşib. Qabaqcıl texnologiyalardanistifadə bacarığı, sosial media platformalarında fəallığınartırılması, media savadlılığının yüksəldilməsi, dezinformasiya vəsaxta xəbərlərlə mübarizə qarşıdakı dövrdə mediamızın əsasvəzifələri olacaqdır.
Sonda qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan millimətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı mətbuatımız  üçün yol xəritəsidir. Sərəncam jurnalistikamızın tarixiənənələrini davam etdirməklə gələcəyə baxış bucağımızımüəyyənləşdirən ciddi bir sənəddir.  Əminliklə bildirmək olar ki, bu il Azərbaycan mətbuatı ilə bağlı yaddaqalan tədbirlərkeçiriləcək, mühüm qərarlar qəbul ediləcəkdir.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Prezidentiİlham Əliyevə təqdim edilən “Jurnalistlərin dostu” mükafatı media nümayəndələrinin mütləq əksəriyyətinin mövqeyini ifadə edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Aprel 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri