Icma.az
close
up
RU
“Mediamızın bütün enerjisi bu istiqamətdə səfərbər edilməlidir” Deputat

“Mediamızın bütün enerjisi bu istiqamətdə səfərbər edilməlidir” Deputat

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Yeni innovativ resursların istifadə edildiyi bir vaxtda, sosial media kimi yeni anlayışların cəmiyyətimizə daxil olduğu və daha funksional olduğu bir zamanda, internet resursları üzərində yeni medianın təşkil edildiyi bir vaxtda, medianın əhəmiyyəti daha da artır. Ona görə də  düşünürəm ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam həm də kontekstdə mediamızın gələcəyini təyin edəcək bir sərəncamdır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam və tədbirlər planı əslində bir milli bayrama çevriləcək:
“Çünki nəticə etibarilə hər bir ölkənin milli mətbuatı onun ən intellektual institutlarından biridir. Cəmiyyəti maarifləndirən institutdur, ictimai rəyi, şüurun keyfiyyətini təyin edir. Eyni zamanda milli enerjini milli məqsədlər uğrunda səfərbər edə bilir. Bu isə bir millətin inkişafı üçün çox mühüm bir platforma deməkdir. Ona görə daim Prezident tərəfindən Azərbaycan mediasına diqqət göstərilir, onun inkişafı ilə bağlı yeni əsaslar yaradılır.
Deputat eyni zamanda qeyd edib ki, bu gün bizim "informasiya vətəni" adlandırdığımız bir vətən yaranıb və bu "informasiya vətəni"nin əsgərləri, keşikçiləri jurnalistlərdir, media mənsublarıdır:
“Media savaşı da yalnız milli medianın güclü olduğu təqdirdə qazanıla bilər. Hansı ki, bu gün hibrid müharibələrin əsas komponentlərindən biri informasiya savaşlarıdır. Ona görə mən düşünürəm ki, Azərbaycan mediasının 150 illik yubileyi təkcə yubiley tədbirləri olmamalıdır, həm də milli mediamızın xalqımız qarşısında bir hesabatına çevrilməlidir, medianın özünün öz qarşısında bir hesabatına çevrilməlidir.Fürsətdən istifadə edərək biz fəaliyyətimizi qiymətləndirməli və gələcək fəaliyyətlərimizlə bağlı prioritetlərimizi müəyyən etməliyik. Bu prioritetlər Azərbaycan Prezidenti tərəfindən konseptual şəkildə qoyulub, yeni reallıqda milli vəzifələrimizin icra edilməsi üçün medianın bütün enerjisi məhz bu istiqamətdə səfərbər edilməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri