Icma.az
close
up
RU
Mediasiya neçə boşanmaq istəyən ailəni BARIŞDIRIB?

Mediasiya neçə boşanmaq istəyən ailəni BARIŞDIRIB?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mediasiya Şurası yaranandan ölkədə mediasiyanın ancaq barışdırıcı mövqedə olması haqqında təsəvvürlər yaranıb. Bəzi insanlar düşünürlər ki, mediasiya şurasının, mediatorların işi yalnız boşanmaya qərar vermiş tərəfləri barışdırmaqdan ibarətdir. Əslində isə mediasiya yuxarıda da qeyd olunduğu kimi, daha çox tərəflər arasında mübahisəli məsələləri həll etmək məqsədi daşıyır.

Bəs mediasiya nə qədər mübahisəli məsələləri həll edib? Nə qədər ailələrin barışmasına səbəb olub?

Oxu.Az xəbər verir ki, bu barədə Bizim.media-ya danışan "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib ki, Mediasiya Şurasının yaradılmasının məqsədi ondan ibarət idi ki, məhkəmə prosesinin işini yüngülləşdirsin:

"Yəni məhkəməyə qədər olan proses mediasiyada həll olunsun. Məhkəmədən öncə müəyyən proseslər var, alimentin təyini, mülk məsələləri və s. bunlar hamısı mediasiya yolu ilə həll olunmalıdır. Elə olur ki, orada həll olunmur və işlər yenidən məhkəməyə göndərilir. Boşanma qərarı veriləndə olur ki, o ailədə məişət zorakılığı, böyük konfliktlər olub, ailədə körpü tamamilə yanıb, bunu yenidən bərpa eləmək mümkün deyil".

O, bildirib ki, ailədə məişət zorakılığı baş veribsə, o ailəni barışdırmaq doğru addım deyil:

"Qanunvericilkdə var ki, əgər boşanmaya gələn şəxslər arasında, həmin ailədə məişət zorakılığı faktı varsa, orada barışdırıcı mövqe ola bilməz. İndiyə qədər ölkəmizdə barışdırıcı mövqe ən öndə dururdu. Lakin qadın ölümlərinin sayının və məişət zorakılığı faktlarının artması artıq belə bir qərarın verilməsinə səbəb olub. Yəni ailədə məişət zorakılığı faktı varsa, o ailədə barışdırıcı mövqeyə yol verilmir.

Mediasiyadan çox müsbət hallar gözləyirdik. Əslində məqsəd də elə o olub ki, boşanmaların, mülki davaların sayı az olacaq, yəni bir növ məhkəmədən öncə barışdırıcı mövqe tapacaqlar. Təəssüf olsun ki, bu say məsələsində bir irəliləyiş yoxdur".

Zenfira Mustafayeva bildirib ki, əgər tərəflər arasında ciddi mübahisələr yoxdursa, barışıq əldə oluna bilər:

"Mediasiya zamanı hər iki tərəflə söhbət aparılır, hər iki tərəf dindirilir, əgər doğrudan da ailədə böyük bir problem yoxdursa, barışdırıcı mövqe ola bilər. Mediatorların arasında psixoloqlar da var. Onlarla söhbət aparılır və onlar elə oradaca barışma qərarı verirlər. Yəni tərəfləri məcbur barışdırmaq mümkün deyil və məqsəd də o deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri