Icma.az
close
up
RU
Mediatorlar “Qarabağ gecəsi” təşkil ediblər

Mediatorlar “Qarabağ gecəsi” təşkil ediblər

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 28-dən dekabrın 3-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində türkdilli dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayı keçirilir. SİA xəbər verir ki, Beynəlxalq Qurultay çərçivəsində “Qarabağ gecəsi” təşkil edilib.Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların ruhunu yad ediblər. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımız barədə videomateriallar nümayiş olunub.“Qarabağ gecəsi”nin rəsmi açılış mərasimini giriş nitqi ilə başlayan Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən danışıb və Qarabağın hər bir azərbaycanlı üçün qürur və şərəf yeri olduğunu qeyd edib.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda sülhün bərqərar olmasını qeyd edib və bildirib ki, işğaldan azad olunan torpaqlarımızda abadlıq və quruculuq prosesləri ölkə başçısının birbaşa diqqəti ilə aparılır. Qarabağ artıq nəinki Azərbaycanın, həmçinin dünyanın gözünə çevrilir. Bu gün məcburi köçkünlər öz doğma el-obalarına qayıdır, doğma torpaqlarına geri dönürlər.S.Əliyeva qeyd edib ki, Ombudsman Aparatı hər zaman Ermənistan terroruna məruz qalan Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynayıb və hər zaman Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması sahəsində iş aparıb.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasət regionda sülhün təminatçısıdır. Diplomat Türkiyə-Azərbaycan münasibətləri barədə məlumat verərək bildirib ki, mediatorların Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində ən yüksək səviyyədə əməkdaşlıq qurması bu əlaqələrin müsbət nümunələrindən biridir.Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Qarabağ gecəsinin Ankarada keçirilməsindən və bu gecədə Türk Dünyası Mediatorlar Birliyinin də Azərbaycan mediatorlarının təşkilati məsələlərdə dəstək vermələrindən məmnun olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasını təmsil edən, Mediasiya Şurasının üzvü olan 85 peşəkar mediatorla birgə 16 ölkədən Qurultayda təmsil olunan mediatorların da Qarabağ gecəsində iştirakı qürurvericidir.“Qarabağ gecəsi”ndə milli musiqilər mediatorlar tərəfindən ifa edilib. Həmçinin Azərbaycanı təmsil edən peşəkar müğənni Aytac Cəfərova və pianoçu Rövşən Yusifov Azərbaycan və türk musiqiləri ilə gecəyə əlavə rəng qatıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri