Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 10 oktyabr, AZƏRTAC
Çox həyəcanlı bir oyun keçirdi. İlk dəqiqələrdə bir az səhvlərimiz oldu, onları düzəltdik və nəticə göz qabağındadır. İnşallah, sabah ikinci oyunda da eyni performansı, daha da yaxşı göstərə biləcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Kür” qadın həndbol komandasının qapıçısı Mədinə Musayeva Kiprin “APOEL” klubuna qarşı keçirilən Avropa Kubokunun ikinci təsnifat mərhələsinin ilk matçından sonra bildirib.
Matçdan əvvəl belə böyük hesablı qələbəni gözləmədiklərini etiraf edən M.Musayeva əlavə edib: “Əslində biz bu oyna çox ciddi yanaşırdıq. Hətta rəqib komandanı təhlil etmişdik. Fikirləşirdik ki, uda bilərik? Bəli, güc bizdə var idi, amma bu qədər böyük fərqlə uda biləcəyimizi gözləmirdik”.
Azərbaycandakı həndbol çempionatının durumundan və uzun fasilədən sonra rəsmi oyuna çıxmağın çətinliyindən söz açan həndbolçu deyib: “Bəli, çox çətin idi. Axırıncı oyunumuzu aprelin ortalarında oynamışdıq və demək olar ki, 6 ay sonra ilk oyunumuzu oynadıq və udduq. Məncə, bu, çox gözəl nəticədir”.
Qeyd edək ki, oyun “Kür”ün 40:18 hesablı parlaq qələbəsi ilə başa çatıb. Komandalar arasındakı cavab oyunu oktyabrın 11-də keçiriləcək.
Müxbir - Mikayıl Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Oktyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















