Icma.az
close
up
RU
Sabahkı görüş regionun gələcək taleyinə ciddi təsir göstərə bilər

Sabahkı görüş regionun gələcək taleyinə ciddi təsir göstərə bilər

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə yeni impuls verməkdir. Bununla əlaqədar iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşün keçirilməsi planlaşdırılır. Ermənistan KİV-nin yaydığı məlumata görə, Nikol Paşinyan da artıq bu gün (iyulun 9-da) Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. İki ölkə lideri arasında Əbu-Dabidə keçiriləcək görüş sözsüz ki, xüsusi əhəmiyyət daşıyır.
Bu görüşün nəticələri bu gün ciddi geosiyasi təhdid və çağırışlarla üzləşən Cənubi Qafqazda cərəyan edən proseslərin gedişinə həqiqətən də köklü təsir göstərə bilər. Rusiyanın gündən-günə artan təhdidləri və regionda marağı olan digər güclərin aktivləşməsi sülh prosesinin sürətləndirilməsini zəruri edir. Ermənistan rəhbərliyi artıq anlamağa başlayıb ki, sülh prosesinin süni surətdə uzadılması ilk növbədə Ermənistanın özü üçün zərərlidir. Buna görə də rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında sülh prosesini sürətləndirməyin vacibliyini açıq şəkildə hiss edir. Həmçinin, seçki öncəsində Kremlə bağlı qüvvələrin - radikal müxalifət, kilsə və bəzi iş adamlarının hakimiyyətə qarşı birləşməsi də Nikol Paşinyanı sülh prosesini yubatmağın təhlükəli olduğu fikrini qəbul etməyə vadar edir. Ona görə də bu gün həm Paşinyanın, həm də bütövlükdə Ermənistanın taleyi Azərbaycanla sülhdən asılıdır.
Bu baxımdan, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü tarixi əhəmiyyət daşıyır. Sabahkı görüş Ermənistanın real sülhə doğru dönüş nöqtəsi ola bilər. Rəsmi İrəvan Azərbaycanın sülh prosesini sürətləndirmək təşəbbüsünə qoşulmağa məcburdur. Ermənistanın başqa yolu yoxdur. Əks təqdirdə, Ermənistan regionda gedən qlobal iqtisadi inteqrasiya prosesindən kənarda qalacaq və yenidən Rusiyanın forpostuna çevrilmək təhlükəsi ilə üzləşəcək. Ermənistan rəhbərliyi reallıqları düzgün dəyərləndirməli və Rusiyanın hərbi-siyasi təzyiqlərindən, iqtisadi buxovlarından qurtulmaq üçün Azərbaycanın təklif etdiyi "yol xəritəsi" ilə hərəkət etməlidir. Bu mənada sabahkı görüş regionun gələcək taleyinə ciddi təsir göstərə bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri