Medvedev dünyaya səsləndi: “Bu halda bəşəriyyət məhv olacaq, “Apokalipsis” baş verəcəkdi” KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Putinlə Trampın danışıq aparması dünya üçün çox vacibdir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, opponentləri Rusiyanı “diz çökdürə” bilməyəcəklərini mümkün qədər tez başa düşməyə çağırıb.
“Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında baş tutan söhbət özlüyündə çox önəmlidir. Çünki iki ölkə arasında pozulmuş münasibətlərə görə dünya “Apokalipsis”in astanasında idi. ABŞ-ın əvvəlki administrasiyası bütün əlaqələri ən yüksək səviyyədə məhdudlaşdırmışdı. ABŞ-ın Bayden dövründə bütün dünyanı idarə etmək cəhdi insanlığın məhvi bahasına başa gələcək böyük səhv idi. Hərçənd, nüvə apokalipsisi təhlükəsi hələ də qalmaqdadır və ABŞ Rusiya ilə dialoqun zəruriliyini dərk etməsə, bu, daha kəskin forma alacaq”.
Medvedev həmçinin rəqiblərini Rusiyanı “diz çökdürmək” istəyindən vaz keçməyə çağırıb.
“Bu, prinsipcə çox təhlükəlidir. Çünki bizi diz çökdürmək mümkün deyil. Rəqiblərimiz bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, – deyə Medvedev vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 13 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















