Icma.az
close
up
RU
Medvedev Trampı hədələdi, Kreml dəstəklədi “Tomoqavk” qarşıdurması böyüyür

Medvedev Trampı hədələdi, Kreml dəstəklədi “Tomoqavk” qarşıdurması böyüyür

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin cavabı nə olacaq?

Amerikanın “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya təhvil verilməsi Prezident Donald Trampın başçılıq etdiyi ABŞ üçün ciddi nəticələrə səbəb olacaq. 

“AzPolitika” xəbər verir ki, bunu qeyri-adekvat şəxsiyyyəti və paylaşımları ilə tanınan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib.

"Bu raketlərin verilməsi hamı üçün pis başa çata bilər. Və hər şeydən əvvəl Trampın özü üçün", - o xəbərdarlıq edib.

Medvedev eyham vurub ki, Rusiya cavab olaraq amerikalılara və birbaşa onların liderinə qarşı nüvə silahından istifadə edə bilər.

O qeyd edib ki, “Tomaqavk”-ın nüvə versiyasını uçuş zamanı adi versiyasından ayırmaq mümkün deyil” və bu cür raketlərin buraxılması, əgər baş verərsə, Ukrayna deyil, ABŞ tərəfindən həyata keçiriləcək. Ona görə də, Medvedevin dediyinə görə, Rusiya buna nüvə ilə cavab verə bilər.

Bununla yanaşı, Medvedev Trampı az qala qeyri-ciddilikdə və mənasız təhdidlərdə günahlandırıb. O, ümid etdiyini bildirib ki, “bu, nüvə sualtı qayıqlarının Rusiyaya yaxınlaşması kimi növbəti boş təhlükədir”.

Maraqlıdır ki, Kreml də Medvedevin təhdidini faktiki olaraq təsdiqləyib. Baxmayaraq ki, əvvəllər onun paylaşımlarına ciddi əhəmiyyət verilmədiyinə dair görüntü yaradılırdı. Bu dəfə Putinin mətbuat katibi Dmitri Peskov Medvedevlə razılaşıb.

O deyib ki, “belə mürəkkəb raketlərlə işləmək bu və ya digər şəkildə amerikalı mütəxəssislərin iştirakını tələb edəcək: “Bu, açıq-aşkar faktdır... İstənilən ekspert bunu mükəmməl başa düşür və bilir”.

Eyni zamanda, Peskov Rusiyanın mümkün reaksiyasını proqnozlaşdırmaqdan imtina edib. "Biz “Tomaqavk” haqqında o qədər danışdıq ki, nəsə əlavə etməyin mənasını görmürəm".

Qeyd edək ki, Vladimir Putin əvvəllər bəyan etmişdi ki, Kiyevə Amerikanın uzaqmənzilli raketlərinin verilməsi Rusiya-ABŞ münasibətlərində “pozitiv tendensiyaların məhvinə” gətirib çıxaracaq və eyni zamanda, eskalasiyanın “keyfiyyətcə yeni” mərhələsini gətirəcək.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Amerika qoşunlarının birbaşa iştirakı olmadan “Tomaqavk”lardan istifadə edə bilməyəcək. Eyni zamanda, Putin bu raketləri vurmağa hazır olduqlarını bəyan edərək, Ukrayna ordusunda kadr çatışmazlığı yaşadığı üçün onların “döyüş meydanında qüvvələr balansını heç bir şəkildə dəyişməyəcəyini” vurğulayıb.

Lakin bütün bunlara baxmayaraq, ötən gün Tramp Putin sülh danışıqlarına başlamaqdan imtina edərsə, “Tomaqavk”-ları ukraynalılara verəcəyini bəyan edib.

Tramp öz təyyarəsində jurnalistlərə açıqlamasında deyib ki, uzun mənzilli “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya verilməsini Vladimir Putinlə müzakirə edə bilər: "Mən deyəcəm ki, "Bax, bu müharibə həll olunmasa, mən onlara (Ukrayna – red.) “Tomaqavk”lar göndərəcəm”. “Tomaqavk” inanılmaz silahdır, hücum silahıdır. Düzünü desəm, Rusiyaya bu lazım deyil”.

Bununla da Ağ Ev rəhbəri Putinin müharibəni dayandırmağa razı olacağına ümid etdiyini bildirib.

"Əks təqdirdə, "bu, onun(Putin) üçün pis bitəcək", - deyə Tramp əlavə edib.

Belə görünür ki, Medvedev də məhz Trampın bu bəyanatına cavab olaraq, həmişəki kimi, nüvə təhdidinə əl atıb. Kreml isə faktiki olaraq bu təhdidi dəstəkləyib.

Bir müddət əvvəl Tramp Medvedev haqqında “boşboğaz” ifadəsi işlədərək, onu sözlərinə diqqət etməyə çağırmışdı. Göründüyü kimi, Medvedev bu xəbərdarlıqdan “nəticə çıxarmayıb”. Digər yandan, Kreml onun bəyanatını dəstəkləməklə Medvedevin bütün paylaşımlarının arxasında məhz Kremlin durduğunu təsdiqləmiş olub.

Beləliklə, cavab növbəsi ABŞ-dədir. Trampın xüsusilə də özünə qarşı təhdid və hədə-qorxulara çox həssas yanaşdığını nəzərə alsaq, bu cavabın gecikməyəcəyini proqnozlaşdırmaq olar. Əlbəttə, bu cavab sözdən daha çox, konkret əməllərdə özünü göstərsə, daha effektli olar. Çünki Kreml artıq dəfələrlə söz, haqq, ədalət, hüquq deyil, yalnız güc dilini başa düşdüyünü göstərib.

C.Məmmədli

“AzPolitika.info”  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri