Icma.az
close
up
RU
Статья не опубликована
Medvedyev yeni müharibənin anonsunu verdi

Medvedyev yeni müharibənin anonsunu verdi

Icma.az, Aznews.az saytına istinadən bildirir.

Moldova və Qazaxıstanla bağlı təhdidlər var; ekspertlərin fikirləri isə fərqlidir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyev Rusiyanın tərkibində qonşu ölkələrin əraziləri hesabına yeni regionların yaranmasını istisna etməyib. Bu barədə o, dekabrın 14-də partiyanın qurultayında çıxışı zamanı bildirib.

“Yeri gəlmişkən, bu təcrübə (Donbas və Novorossiyanın Rusiyaya ilhaqı - red.) bizə yenə lazım ola bilər, əgər ölkəmizin tərkibinə yeni, çox yaxın regionlar əlavə olunarsa. Bu ki mümkündür”, - deyə Medvedyev faktiki bəzi qonşu postsovet ölkələrini (Moldovada ruslar yaşayan Dnestryanı bölgə, Qazaxıstanın şimalı) nəzərdə tutaraq deyib. Necə deyərlər, iştah diş altındadır...

Yada salaq ki, 2022-ci il fevralın 21-də Rusiya tanınmamış Donetsk və Luqansk xalq respublikalarının (DXR və LXR) müstəqilliyini tanıyıb, fevralın 24-də “Donbasdan kömək istənilməsinə cavab olaraq” Ukraynanın qanuni ərazilərinə hərbi müdaxiləyə başlayıb. 2022-ci ilin sentyabrında orada referendum keçiriləndən sonra prezident Vladimir Putin və DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri bu regionların Rusiyanın tərkibinə daxil edilməsi haqqında saziş imzalayıblar. Putinin ən yaxın adamlarından sayılan Medvedyev bununla nəyin anonsunu verir? Ukraynadan sonra sıra Moldova və Qazaxıstanamı çatacaq? Cənubi Qafqaza da hər hansı təhlükə varmı?

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı Azərbaycana heç bir təhlükə görmür: “Amerikanın Suriyanı, Livanı, İraqı işğal etməsi, Rusiyanın da qonşu ölkələri işğal etməsi üçün stimul yaradır. Hər iki ölkə işğalçılıqla məşğuldur. Hər iki ölkə heç bir beynəxalq hüquq normaları tanımadan zəif və kiçik ölkələri işğal edirlər, o ölkələrin təbii sərvətlərini, neft, qaz, qızıl və s. mənimsəyirlər. Sanki kənardan guya Amerika ilə Rusiya arasında gərgin mübarizə gedir. Ancaq bir-biriləri ilə razılaşdırılmış addımların atılmasını görürük. Tramp prezident seçiləndən sonra Rusiya öz qoşunlarını Suriyadan çıxartdı. Bəşər Əsəd Rusiyaya qaçdı. İndi də Ukrayna prezidenti Zelenski sülhdən danışır. Bu mənada kiçik dövlətlər və xalqlar iki dövlətdən çox ziyan çəkir. Rusiyanın Azərbaycanı işğal etməsinə gəldikdə isə, bunu mümkünsüz hesab edirəm. Bu gün cənab Prezident İlham Əliyevin sayəsində Rusiya ilə ikitərəfli çox yüksək səviyyəli əməkdaşlıq yaranıb. Konkret olaraq Vladimir Putin çox yaxşı bilir ki, Azərbaycan, Türkiyə bugünkü vəziyyətdə Rusiya üçün çox önəmli dövlətlərdir. Rusiya Qərbin ən ağır sanksiyaları altında olduğu halda nə Azərbaycan, nə də Türkiyə bu proseslərə qoşulmadı. Rusiya ilə Azərbaycan müttəfiqliyə dair sənədlər də imzalayıb. Bu gün həm də Amerika Avropa ölkələrinə Rusiyanı qorxulu bir kabus kimi təqdim edib, öz iqtisadi və digər maraqlarını təmin etmiş olur”.

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qeyd etdi ki, Rusiya ilə oynamaq bir dövlətin öz taleyi ilə oynamasına bərabərdir: “Ukraynada müharibə başlayandan cəmi 7 ay sonra, 2022-ci ilin sentyabrında Donetsk, Luqansk, Zaparoje və Xersonun Rusiyaya ilhaqı baş tutdu. Rusiya hazırda Ukraynanın 20%-dən çox ərazisini işğal etmiş haldadır. Belə ki, Ukraynanın Türkiyədəki səfiri deyib ki, dövlətlər Ukraynanı atəşkəsə səsləyirlər, lakin anlamırlar ki, belə olan halda ölkənin 25%-i Rusiyanın nəzarəti altında qalacaq. Coğrafiya taledir və Rusiya ilə oynamaq bir dövlətin öz taleyi ilə oynamasına bərabərdir. Buna görədir ki, Rusiya ilə qonşu olan dövlətlərin hər biri bu faktı nəzərə almalıdır. Azərbaycan 1994-cü ildən bəri geosiyasi reallıqları nəzərə alır və bu siyasət bizi Vətən müharibəsində qələbəyə gətirdi. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, eks-prezident Dmitri Medvedyevin "başqa qonşu ölkələrə də girə bilərik" deməsi keçmiş SSRİ-dən qalma qaynaq münaqişə ocaqlarından faydalanması deməkdir. Bu münaqişə ocaqları 2020-ci ilə qədər Qarabağı da əhatə edirdisə, indi xüsusilə Transnistriya (Moldovada), Abxaziya və Cənubi Osetiya (Gürcüstanda) qeyd oluna bilər. Bilirik ki, Gürcüstanda hazırda tarixi hadisələr yaşanır. Dekabrın 10-da “Gürcü Arzusu” Partiyasından yeni prezident seçilsə də, əvvəlki prezident Salome Zurabişvili vəzifəsini tərk etməyəcəyini bəyan edib. Xüsusilə Qərbin dəstəyi ilə Gürcüstan daxili müharibəyə yuvarlana bilər ki, bu da Rusiyanın təbii olaraq ilk addım kimi bəhs olunan bölgələrin ilhaqı ilə nəticələnəcək. Gürcüstanla eyni gündə Aİ üzvlüyünə müraciət edən daha bir postsovet ölkəsi Moldovadır. Moldova Aİ-yə üzv qəbul edilərsə, avtomatik olaraq Transnistriyada 2006-cı ildə keçirilən referendumun nəticələri icra olunacaq. Nəticələrə görə burada yaşayan əhalinin 97,2%-i müstəqillik və Rusiya ilə assosiativ birlik üçün səs vermişdi. Həmçinin Rusiya Moldovanı qazsız buraxmaqla da hədələyir. Hətta bugünlərdə Moldova parlamentinin enerji sektorunda “fövqəladə vəziyyət” elan etdiyini qeyd etmək olar. Beləliklə, Rusiyanın Avropaya üz tutan qonşuları 20-25% torpaq itkisi ilə üzləşir. Ukrayna ssenarisi digərləri üçün də keçərlidir və bunun üçün Rusiyanın resursları var. Avropa böhran anlarında həmişə alternativ mənbə axtarışında ölkəmizə üz tutur. Elə bu səbəblədir ki, 2022-ci ilin iyulunda Aİ-Azərbaycan enerji sazişi imzalanmış və Avropa Azərbaycandan qaz idxalını 2 dəfə artırıb. Cənub Qaz Dəhlizinin yeni interkonnektorlarla genişləndirilməsi və Moldovanın da enerji təminatında rol oynayan “vertikal qaz dəhlizinin” yaradılması üzərində iş gedir. Həmçinin “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Moldovanın ölkəmizlə enerji əməkdaşlığını genişləndirməsi onun üçün mühüm bir “əlavə dəstək” mexanizmi olacaq. Beləliklə, Azərbaycan bloklara qoşulmayaraq öz xarici siyasətini milli maraqlarının təminatı üzərindən gerçəkləşdirir ki, bu da digər dövlətlərin ölkəmizə olan ehtiyacı fonunda bərabərtərəfli əməkdaşlığın artırılmasına və yeni imkanların yaradılmasına töhfə verir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 17 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see178

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see155

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see153

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see139

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see124

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see120

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see120

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri