Icma.az
close
up
RU
Mehdi Xəlilbəyli məhkəmə zalından azadlığa buraxıldı

Mehdi Xəlilbəyli məhkəmə zalından azadlığa buraxıldı

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir qədər əvvəl Bakıda həbs olunan Müsavat fəalı Mehdi Xəlilbəylinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın xəbərinə görə, bu gün Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Mehdi Xəlilbəylinin 3 il sınaq müddəti təyin olunmaqla, 4 il müddətinə şərti azadlıqdan məhrum olunmasını istəyib.

Daha sonra Mehdi Xəlilbəyli son söz deyib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub.

Qərara əsasən, Mehdi Xəlilbəyliyə 2 il sınaq müddəti təyin olunmaqla, 4 il şərti cəza verilib.

M. Xəlilbəyli məhkəmə zalından azadlığa braxılıb.

Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.

Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

O zaman bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.

Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.

Cinayət işi ürə jurnalist Sahil Bəxtiyar oğlu Kərimli ilə yanaşı daha 13 nəfər - Cəfərov Elmar Eldar oğlu, Əfəndiyev Mehman Yaqub oğlu, Salayev Emin Akif oğlu, Hüseynov Kamran Akif oğlu, Əhmədov Musa Nizami oğlu, Kazımov Tərlan Qürbət oğlu, Qasımov Ağagül Akif oğlu, Sultanov Elçin Elxan oğlu, İsgəndərov Zaur Tahir oğlu, Həsənov Mirzə Tahir oğlu, Hacızadə Rəşad Mirsahib oğlu, Cəfərov Zavur Cəmil oğlu, Hüseynov Hüseyn Kəskin oğlu zərərçəkən kimi tanınıb./APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Noyabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri