Icma.az
close
up
RU
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qızı zorladı Xəbər saytı Son xəbərlər və Hadisələr

Mehdiabadda 45 yaşlı kişi azyaşlı qızı zorladı Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda 1979-cu il təvəllüdlü Rəhim qonşusunun azyaşlı qızı Səbinəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Rəhim fərdi yaşayış evinin həyətində cinsi ehtirasını ödəmək məqsədilə qonşuluqda yaşayan 2014-cü il təvəllüdlü Səbinənin köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli iyrənc hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

"Cücələri yemlədim, işlərimi gördüm"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, işdən evə gəlib, həyat yoldaşının qardaşıgildə yas olduğu üçün ailə üzvlərini oraya yola salıb, özü isə evdə qalıb:

"Həyətdə cücə saxlayıram, balaca itim var. Toyuqlar yerində olmadığı üçün çölə çıxıb toyuqları soruşdum, qonşular buralarda olduğunu bildirdilər.

Həyətə qayıdıb cücələri yemlədim, içəri keçib yeməyimi yedim. Qapı döyüləndə çölə çıxdım, uşaqlar toyuqların qapımızın ağzında olduğunu bildirdilər. Onlara toyuqları qovalayaraq içəri salmalarını dedim.

İki bacı Səbinə və Könül toyuqları içəri salarkən mənimlə birlikdə həyətə daxil oldular. Ardınca məndən itin yerini soruşdular, iti oynatmağı xahiş etdilər.

Onların əlində kolbasa-çörək var idi. İti oynatmaq üçün bacılara verdim, özüm içəri keçərək cücələri yemlədim, işlərimi gördüm".

"Əri gələcəyini dedi"

Təqsirləndirilən şəxs qeyd edib ki, cücə damından çıxdıqdan sonra Səbinənin üzünün toz-torpağa bulaşdığını görüb:

"İtlə oynayanda üzünü bulaşdırmışdı. Mən də sol qolumla Səbinənin başını qaldırdım, sağ qolumla üzünü sildim. Həmin vaxt bacısı yanında idi, qapı da açıq idi.

Qapı açıq olduğu üçün çöldən içəri görsənirdi. Mən ittiham olunduğum əməli etmiş olsaydım, camaatın gözü qarşısında yox, arxada, gizlin bir yerdə edərdim.

Uşaqlar getdikdən sonra, üstündən təxminən yarım saat keçdi. Anaları gəldi və uşaqlarına nə etdiyimi soruşdu. Mən heç nə etmədiyimi dedim. Qonşu "yox, uşaqlarıma nəsə etmisən", - dedi. Mən də israrla uşaqlarına qarşı hansısa pis hərəkət etmədiyimi söylədim.

Daha sonra Səbinəgilin anası mənə əri Lətifin gələcəyini dedi".

"Mənə bıçaqla xəsarət yetirmək istədi"

Rəhimin ifadəsinə görə, bir neçə saat sonra artıq hava qaralanda qapı döyülməyə, təpiklənməyə başlanıb: "Lətifgil qapını sındıraraq içəri keçdilər.

Lətif uşağa nə etdiyimi soruşdu. Mən də heç nə etmədiyimi dedim. Üç nəfər üstümə düşüb məni vurmağa başladı.

Əvvəl çöldə, sonra da evin içərisində vurdular. Məni döyüb getdilər. Hətta Lətifin dostu mənə bıçaqla xəsarət yetirmək istədi, ancaq buna imkan vermədilər".

Təqsirləndirilən şəxs bildirib ki, təqribən 2-3 ildir Lətifgillə qonşudur, Lətifin ailəsi bu ərazidə daha əvvəldən yaşayıb:

"Onların evi ilə mənim evim yan-yanadır, qapı qonşusuyuq. Aramızda əvvəllər hansısa ədavət və ya düşmənçilik olmayıb. Ailəvi gediş-gəlişimiz də olmayıb. Amma Səbinəgil mənim uşaqlarımla həyətimdə də, küçədə də oynayıblar".

Rəhim qeyd edib ki, uşaqların anası getdikdən təxminən bir saat sonra uşaqların atası Lətif, sonuncunun dostu və bacısı oğlu gəlib:

"Lətifgil uşağa "əxlaqsız" hərəkət edib-etmədiyimi soruşdu. Mən də uşaqların valideynlərinin dediklərini inkar edərək, onlara heç nə etmədiyimi bildirdim. Bu zaman üçü də üzərimə cumaraq mənə xəsarət yetirməyə başladılar.

Mən Lətifgildən hansısa üzrxahlıq istəməmişəm. Təxminən yarım saat Lətifgil tərəfindən döyülmüşəm. Həmçinin, döyülən zaman mənə qarşı əxlaqsız məzmunda hərəkətlər edilib.

Döyüldüyüm gün sözügedən xüsusatla bağlı polisə şikayət etmişəm. Qarşı tərəfin məni şərləmək səbəbini bilməmişəm. Ailə üzvlərim evə ayın 12-si səhər saatlarında qayıdılar".

"Döyüldüyümü bildirdim"

Rəhim bildirib ki, döyüləndən sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə şikayət edib, uşaqla bağlı döyüldüyünü bildirib:

"Müstəntiq evimə hadisədən bir ay on gün sonra gəldi və müstəntiqin nə üçün belə gec gəldiyini bilmədim.

Müstəntiq evə gələndə artıq qan izləri qalmamışdı. Təkcə divardakı qan izi bilinirdi. Evdə balaca uşaqlar olduğu üçün qan izlərini evdə saxlamamışam, təmizləmişəm.

Mənim paltarım təqribən hadisədən 15 gün sonra götürülüb. Həmin vaxt ərzində üzərimdə qan izləri olduğu üçün paltarım yuyulub və paltarı müstəntiqə təqdim edən zaman paltarın yuyulduğunu müstəntiqə bildirmişəm".

"Hadisəni anama danışdım"

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, o, həyətdə bacısı Könüllə oynayan zaman qonşuları Rəhimin toyuğu itib:

"Bacımla birlikdə Rəhimin toyuğunu tapdım, toyuğu qonşunun həyətinə aparmaq üçün oraya getdim. Toyuğu hinə saldıq. Daha sonra bacım çölə çıxdı, mən isə Rəhimgilin həyətində tək qaldım.

Rəhim mənə "gözlərini yum" dediyi üçün gözlərimi yumdum. Daha sonra isə qonşu ağzıma bir şey apardı.

Gözlərimi açdıqda Rəhimin əynindəki şalvarın qabağının açıq olduğunu gördüm. Mən tez evə getdim və baş verən hadisəni olduğu kimi anama danışdım".

"Anam mağazada yox, evdə idi"

Zərərçəkmiş azyaşlı ifadəsində hadisə vaxtı kolbasa çörək yemədiyini, qonşunun həyətində it olmadığını və itlə oynamadığını bildirib:

"Hadisə vaxtı anam mağazada yox, evdə olub. Anam mənə kolbasa çörək verməyib. Hadisə qonşunun həyətində darvazaya yaxın yerdə baş verib. Darvaza ilə bizim aramızda təxmini 2 addım məsafə var.

Birinci çölə bacım çıxdı, mən kömək üçün həyətdə qaldım. Rəhim məni evin içərisinə dəvət etmədi, mənə oyuncaq vermədi və başqa bir şey təklif etmədi.

Anama bu hadisəni yemək süfrəsində oturduğumuz vaxt özüm demişəm. Hadisədən sonra çölə çıxıb həyətdə oynamamışam".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Rəhim 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri