Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib

Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron rayonunda 1979-cu il təvəllüdlü Rəhim qonşusunun azyaşlı qızı Səbinəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Rəhim fərdi yaşayış evinin həyətində cinsi ehtirasını ödəmək məqsədilə qonşuluqda yaşayan 2014-cü il təvəllüdlü Səbinənin köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli iyrənc hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

"Cücələri yemlədim, işlərimi gördüm"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, işdən evə gəlib, həyat yoldaşının qardaşıgildə yas olduğu üçün ailə üzvlərini oraya yola salıb, özü isə evdə qalıb:

"Həyətdə cücə saxlayıram, balaca itim var. Toyuqlar yerində olmadığı üçün çölə çıxıb toyuqları soruşdum, qonşular buralarda olduğunu bildirdilər. Həyətə qayıdıb cücələri yemlədim, içəri keçib yeməyimi yedim. Qapı döyüləndə çölə çıxdım, uşaqlar toyuqların qapımızın ağzında olduğunu bildirdilər. Onlara toyuqları qovalayaraq içəri salmalarını dedim.

İki bacı Səbinə və Könül toyuqları içəri salarkən mənimlə birlikdə həyətə daxil oldular. Ardınca məndən itin yerini soruşdular, iti oynatmağı xahiş etdilər. Onların əlində kolbasa-çörək var idi. İti oynatmaq üçün bacılara verdim, özüm içəri keçərək cücələri yemlədim, işlərimi gördüm".

"Əri gələcəyini dedi"

Təqsirləndirilən şəxs qeyd edib ki, cücə damından çıxdıqdan sonra Səbinənin üzünün toz-torpağa bulaşdığını görüb: "İtlə oynayanda üzünü bulaşdırmışdı. Mən də sol qolumla Səbinənin başını qaldırdım, sağ qolumla üzünü sildim. Həmin vaxt bacısı yanında idi, qapı da açıq idi.

Qapı açıq olduğu üçün çöldən içəri görsənirdi. Mən ittiham olunduğum əməli etmiş olsaydım, camaatın gözü qarşısında yox, arxada, gizlin bir yerdə edərdim.

Uşaqlar getdikdən sonra, üstündən təxminən yarım saat keçdi. Anaları gəldi və uşaqlarına nə etdiyimi soruşdu. Mən heç nə etmədiyimi dedim. Qonşu "yox, uşaqlarıma nəsə etmisən", - dedi. Mən də israrla uşaqlarına qarşı hansısa pis hərəkət etmədiyimi söylədim.

Daha sonra Səbinəgilin anası mənə əri Lətifin gələcəyini dedi".

"Mənə bıçaqla xəsarət yetirmək istədi"

Rəhimin ifadəsinə görə, bir neçə saat sonra artıq hava qaralanda qapı döyülməyə, təpiklənməyə başlanıb: "Lətifgil qapını sındıraraq içəri keçdilər. Lətif uşağa nə etdiyimi soruşdu. Mən də heç nə etmədiyimi dedim. Üç nəfər üstümə düşüb məni vurmağa başladı. Əvvəl çöldə, sonra da evin içərisində vurdular. Məni döyüb getdilər. Hətta Lətifin dostu mənə bıçaqla xəsarət yetirmək istədi, ancaq buna imkan vermədilər".

Təqsirləndirilən şəxs bildirib ki, təqribən 2-3 ildir Lətifgillə qonşudur, Lətifin ailəsi bu ərazidə daha əvvəldən yaşayıb: "Onların evi ilə mənim evim yan-yanadır, qapı qonşusuyuq. Aramızda əvvəllər hansısa ədavət və ya düşmənçilik olmayıb. Ailəvi gediş-gəlişimiz də olmayıb. Amma Səbinəgil mənim uşaqlarımla həyətimdə də, küçədə də oynayıblar".

Rəhim qeyd edib ki, uşaqların anası getdikdən təxminən bir saat sonra uşaqların atası Lətif, sonuncunun dostu və bacısı oğlu gəlib: "Lətifgil uşağa "əxlaqsız" hərəkət edib-etmədiyimi soruşdu. Mən də uşaqların valideynlərinin dediklərini inkar edərək, onlara heç nə etmədiyimi bildirdim. Bu zaman üçü də üzərimə cumaraq mənə xəsarət yetirməyə başladılar.

Mən Lətifgildən hansısa üzrxahlıq istəməmişəm. Təxminən yarım saat Lətifgil tərəfindən döyülmüşəm. Həmçinin, döyülən zaman mənə qarşı əxlaqsız məzmunda hərəkətlər edilib. Döyüldüyüm gün sözügedən xüsusatla bağlı polisə şikayət etmişəm. Qarşı tərəfin məni şərləmək səbəbini bilməmişəm. Ailə üzvlərim evə ayın 12-si səhər saatlarında qayıdılar".

"Döyüldüyümü bildirdim"

Rəhim bildirib ki, döyüləndən sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə şikayət edib, uşaqla bağlı döyüldüyünü bildirib: "Müstəntiq evimə hadisədən bir ay on gün sonra gəldi və müstəntiqin nə üçün belə gec gəldiyini bilmədim.

Müstəntiq evə gələndə artıq qan izləri qalmamışdı. Təkcə divardakı qan izi bilinirdi. Evdə balaca uşaqlar olduğu üçün qan izlərini evdə saxlamamışam, təmizləmişəm. Mənim paltarım təqribən hadisədən 15 gün sonra götürülüb. Həmin vaxt ərzində üzərimdə qan izləri olduğu üçün paltarım yuyulub və paltarı müstəntiqə təqdim edən zaman paltarın yuyulduğunu müstəntiqə bildirmişəm".

"Hadisəni anama danışdım"

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, o, həyətdə bacısı Könüllə oynayan zaman qonşuları Rəhimin toyuğu itib:

"Bacımla birlikdə Rəhimin toyuğunu tapdım, toyuğu qonşunun həyətinə aparmaq üçün oraya getdim. Toyuğu hinə saldıq. Daha sonra bacım çölə çıxdı, mən isə Rəhimgilin həyətində tək qaldım.

Rəhim mənə "gözlərini yum" dediyi üçün gözlərimi yumdum. Daha sonra isə qonşu ağzıma bir şey apardı. Gözlərimi açdıqda Rəhimin əynindəki şalvarın qabağının açıq olduğunu gördüm. Mən tez evə getdim və baş verən hadisəni olduğu kimi anama danışdım".

"Anam mağazada yox, evdə idi"

Zərərçəkmiş azyaşlı ifadəsində hadisə vaxtı kolbasa çörək yemədiyini, qonşunun həyətində it olmadığını və itlə oynamadığını bildirib: "Hadisə vaxtı anam mağazada yox, evdə olub. Anam mənə kolbasa çörək verməyib. Hadisə qonşunun həyətində darvazaya yaxın yerdə baş verib. Darvaza ilə bizim aramızda təxmini 2 addım məsafə var.

Birinci çölə bacım çıxdı, mən kömək üçün həyətdə qaldım. Rəhim məni evin içərisinə dəvət etmədi, mənə oyuncaq vermədi və başqa bir şey təklif etmədi.

Anama bu hadisəni yemək süfrəsində oturduğumuz vaxt özüm demişəm. Hadisədən sonra çölə çıxıb həyətdə oynamamışam".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Rəhim 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri