Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib Foto
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilib.
Bizim.Media xəbər verir ki, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə ölkəmizin ali təhsil müəssisələri təmsil olunub.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev “Study in Azerbaijan” təşəbbüsünün Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında və xarici tələbələrin ölkəmizdə təhsilə cəlb olunmasında əhəmiyyətini vurğulayıb.
Nazir müavini sərginin ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları və qəbul imkanları barədə birbaşa məlumat əldə etmək, maraqlandıqları sualları universitet nümayəndələrinə ünvanlamaq üçün əlverişli şərait yaratdığını bildirib.
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxışında iki ölkə arasında dostluq münasibətlərinin inkişafında təhsilin rolunu vurğulayıb.
Səfir bu cür təşəbbüslərin Azərbaycan və Gürcüstan arasında təhsil əlaqələrinin genişlənməsinə, gənclər arasında akademik mobilliyin təşviqinə və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini qeyd edib.
Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq təhsil imkanlarından və xarici tələbələr üçün yaradılan şəraitdən danışıb.
Çıxışlardan sonra simvolik lent kəsilib və sərgiyə baxış başlayıb. İştirakçılar Azərbaycan universitetlərinin stendləri ilə tanış olaraq təqdim olunan təhsil imkanları barədə məlumat alıblar.
Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları, ixtisaslar, qəbul qaydaları, təhsil haqları, təqaüd imkanları və tələbə həyatı barədə ətraflı məlumat verilib.
Gürcüstanda yaşayan məktəblilər, abituriyentlər, tələbələr və valideynlər universitet nümayəndələri ilə birbaşa görüşərək onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.



















Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Noyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















