Icma.az
close
up
RU
Mehdiyev işi ndə ŞOK ifadə: İlk 90 cı illərdə ortaya çıxdı, Əliyev gəldikdən sonra...

Mehdiyev işi ndə ŞOK ifadə: İlk 90 cı illərdə ortaya çıxdı, Əliyev gəldikdən sonra...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü Ramiz Mehdiyevin hakimiyyəti ələ keçirmə planının detalları məlum olub.

Plana əsasən, o, hakimiyyəti zorla ələ keçirdikdən sonra özünün rəhbərlik edəcəyi Dövlət Şurası yaradacaqmış. Maraqlıdır ki, belə bir şuranın yaradılması ideyası 1990-cı illərdə də gündəmə gəlib.

Müstəqilliyin ilk illərində belə bir ideya haradan ortaya çıxmışdı? Bu format nə qədər aktualdır və özünü necə doğrulda bilər?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Azərbaycan cəmiyyətində zaman-zaman Dövlət Şurası modeli müzakirə edilib:

“Ramiz Mehdiyevin dövlətə xəyanətinin detalları məlum olduqdan sonra məsələ daha da aktuallaşıb. Əslində bu tip şura idarəçiliyi modeli 1990-cı illərin xaos dövründən qalma, tarixi və hüquqi baxımdan köhnəlmiş bir anlayışdır. Lakin bu gün belə bir təşəbbüs Konstitusiyanın birbaşa pozulması, yəni dövlət çevrilişinə cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Konstitusiyasının 1-ci, 6-cı və 7-ci maddələri bu məsələni hərtərəfli və birmənalı şəkildə tənzimləyir. Bütövlükdə Dövlət Şurasının yaradılması cəhdi Konstitusiyanın ruhuna və müddəalarına ziddir.

Bununla belə, Konstitusiyada aydın şəkildə göstərilib ki, hakimiyyətin mənbəyi xalqdır. Xalq hakimiyyəti birbaşa seçilmiş orqanlar vasitəsilə həyata keçirə bilər. Hakimiyyətin mənimsənilməsi qadağandır və bu, ağır cinayət hesab olunur. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti qollarına bölünür. Bunlar bir-birini məhdudlaşdırmadan, qarşılıqlı balans prinsipi əsasında fəaliyyət göstərir. Prezident dövlətin başçısıdır, icra hakimiyyəti ona məxsusdur. Sadaladığım bu maddələr bütövlükdə ölkədə hakimiyyət bölgüsünün və suverenliyin toxunulmaz konstitusion prinsipini formalaşdırır. Belə olan halda, Dövlət Şurası kimi paralel icra orqanı yaratmaq hüquqi baxımdan da, xalqın iradəsi baxımından da yolverilməzdir.

Belə bir planın həyata keçirilməsi Azərbaycan Cinayət Məcəlləsinin 274 və 278-ci maddələrinə uyğun olaraq dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd kimi qiymətləndirilir”.


Əliməmməd Nuriyev

Hüquq müdafiəçisinin sözlərinə görə, Cinayət Məcəlləsinin 274-cü maddəsində dövlətin konstitusiya quruluşuna və müstəqilliyinə qəsdin dövlətə xəyanət hesab olunduğu qeyd edilir:

“278-ci maddədə isə hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, konstitusiya quruluşunun zorla dəyişdirilməsi ağır cinayət kimi göstərilir. Yəni belə bir “şura hakimiyyəti” təşkil etmək və ya planlaşdırmaq dövlətə qəsd kimi qiymətləndirilməlidir.

1990-cı illərin əvvəllərində Dövlət Şurası ideyası əsasən idarəetmə boşluğundan irəli gəlirdi. Həmin dövrdə xaotik siyasi mühit, dövlət institutlarının zəifliyi qeyri-legitim təkliflərə meydan açırdı. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə konstitusion sabitlik təmin edildi və prezidentli respublika modeli dövlətin təməl daşına çevrildi.

Bu gün möhtərəm Prezident İlham Əliyev həmin hüquqi-siyasi modeli daha da gücləndirərək Azərbaycanı sabit və suveren dövlət səviyyəsinə çatdırıb. Mövcud şəraitdə Dövlət Şurası ideyası təkcə hüquqi baxımdan deyil, həm də dövlətçilik baxımından təxribat xarakterli addımdır. Sözügedən ideya xalqın seçki yolu ilə müəyyən etdiyi hökuməti dağıtmaq, icra hakimiyyətini mənimsəmək və konstitusion əsas prinsipləri ləğv etmək məqsədi daşıyır. Bu plan təkcə antikonstitusion deyil, həm də anti-milli, dövlətə qarşı düşmən mövqeyi kimi qəbul olunmalıdır.

Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi idarəçilik sistemi belə cəhdlərə qarşı həm hüquqi, həm də siyasi baxımdan tam qorunma mexanizminə malikdir. Dövlət idarəçiliyinin nə tarixi, nə siyasi, nə də hüquqi əsasları bu cür təşəbbüslərə imkan verir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri