Icma.az
close
up
RU
“Mehdiyev”çilər yola salınır İcra Hakimiyyətlərində başçı müavini qalmadı, hər birini işdən çıxardılar

“Mehdiyev”çilər yola salınır İcra Hakimiyyətlərində başçı müavini qalmadı, hər birini işdən çıxardılar

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin uzun illər ərzində icra hakimiyyəti strukturlarına yerləşdirdiyi kadrların mövcudluğu artıq heç kim üçün sirr deyil. Onilliklər boyu kadr siyasətinə nəzarət edən Mehdiyev özünə sadiq şəxsləri müxtəlif dövlət qurumlarına, xüsusən də yerli icra hakimiyyətlərinə yerləşdirib. Həmin kadrların idarəetmə orqanlarından uzaqlaşdırılması prosesi aparılır.
Demokrat.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumatlara görə, artıq ölkənin bütün rayonlarında icra başçılarının müavinləri, xüsusilə 2021-ci ilə qədər təyin olunan şəxslər vəzifələrindən azad ediliblər. Hər rayonda orta hesabla 3-4 müavin işdən çıxarılıb. 2021-ci ildən sonra təyin olunan başçı müavinləri isə vəzifələrində qalıblar.  Lakin prosesin ən diqqətçəkən və suallar doğuran tərəfi odur ki, başçı müavinləri vəzifədən uzaqlaşdırılsalar da, onlara ayrılmış xidməti avtomobillərdən, sürücülərdən və digər inzibati resurslardan istifadə etməkdə davam edirlər. Başqa sözlə, kreslo gedib, imtiyaz qalır. İslahat dalğası təkcə icra başçılarının müavinləri ilə məhdudlaşmayıb. Rayonların İnzibati Ərazi İdarəetmə Nümayəndəliklərində çalışan mühasiblər, baş məsləhətçilər, təsərrüfat və uçot funksiyalarını icra edən əməkdaşlar da kütləvi şəkildə ixtisara düşüblər. Bu isə hər bir rayon üzrə təxminən 35-40 nəfər dövlət qulluqçusunun işsiz qalması deməkdir.  Rəsmi göstərişlərə əsasən, icra hakimiyyətlərində 65 yaşına çatmış vəzifəli şəxslər təqaüdə göndərilməlidir. Ancaq yerlərdə tam fərqli mənzərə müşahidə olunur. Bir çox rayonda təqaüd yaşını çoxdan tamamlamış, faktiki olaraq icra başçılarının şəxsi təsərrüfatını, biznes maraqlarını və qeyri-rəsmi tapşırıqlarını icra edən şəxslər illərdir vəzifədə saxlanılır. Nəticədə Ramiz Mehdiyevlə heç bir bağlılığı olmayan, gənc və peşəkar kadrlar ixtisar olunur, köhnə və toxunulmaz fiqurlar isə sistemdə qalır.  Halbuki Prezident İlham Əliyevin ötən ilin dekabrında yerli icra hakimiyyətlərinin strukturunun təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərman qanunçuluq, şəffaflıq və sosial ədalət prinsiplərinə əsaslanırdı. Rəsmi məqsəd dövlət qulluğunun optimallaşdırılması, idarəetmədə səmərəliliyin artırılması idi. Lakin yerlərdə bu Fərmanın icrası zamanı sosial ədalət prinsipləri faktiki olaraq pozulur. Yeni Fərmanla 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Prezident Fərmanı faktiki olaraq yeni redaksiyada təsdiq edilib.
Bu isə şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndəliklərin strukturunun və ştat sayının ciddi şəkildə dəyişdirilməsi deməkdir. Yeni struktura əsasən, rayon icra hakimiyyəti aparatlarında maksimum 38 ştat vahidi nəzərdə tutulur, sektor və şöbələr birləşdirilir, funksiyalar mərkəzləşdirilir, bir sıra vəzifələr isə tamamilə ləğv olunur. Fərmanın ən həssas və hüquqi baxımdan vacib hissəsi ştatları ixtisar edilən dövlət qulluqçularına münasibətdə Əmək Məcəlləsinin, “Dövlət qulluğu haqqında” Qanunun və Prezidentin 2011-ci il 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaların tətbiq olunmasıdır. Rəsmi sənəddə açıq şəkildə vurğulanır ki, ixtisar olunan məmurların analoji vəzifələrə yerləşdirilməsində üstünlük hüququ təmin edilməlidir və bu prosesə Dövlət İmtahan Mərkəzi də cəlb olunmalıdır.
Eyni zamanda Fərmanla Nazirlər Kabinetinə 2 ay müddətində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Yəni sənəd real idarəetmə islahatını hədəfləyir. Yeni strukturda diqqət çəkən digər məqam hüquq və kadr məsələləri sektorunun cəmi 3 ştat vahidi ilə məhdudlaşdırılmasıdır. Sosial-iqtisadi inkişaf və memarlıq-tikinti şöbələrində vəzifə sayı azaldılır, inzibati işlər, sürücülər və texniki personal üzrə ixtisarlar isə real şəkildə tətbiq olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri