Icma.az
close
up
RU
Mehdiyevin “əlliliyi” və ya siyahıda olanlar

Mehdiyevin “əlliliyi” və ya siyahıda olanlar

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ramiz Mehdiyevin ağır cinayətlərdə (hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) ittiham edildiyi xəbərinin sadə, sıradan bir xəbər olmadığı, arxasında ciddi məqamların dayandığı ilk gündən məlum idi. 

Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq çərçivəsində Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi də göstərirdi ki, proses bizim təsəvvür etdiyimizdən də geniş və dərindir. 

Həqiqət də budur ki, 26 il dövlətdə mühüm vəzifələrdən birini tutmuş şəxslə bağlı məlumata adi yanaşmaq mümkün deyil. Xüsusən əgər həmin şəxsə qarşı dövləti cinayətə qədər ən ağır ittihamlar irəli sürülürsə, deməli, vəziyyət ilk təsəvvürdən daha gərgindir. İctimaiyyət də günlərdir bu məlumatın ard-arda açılan məqamları ilə tanış olur. 

Növbəti məlumat Mehdiyevin dövlət çevrilişi planı hazırlaması və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif etməsi ilə bağlıdır. Bu addımla Mehdiyev Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlikdən istifadə edərək, Moskvadan siyasi dəstək almağa cəhd edib. O, bunun üçün  hakimiyyəti zorla ələ keçirərək, konstitusiya quruluşunu dəyişdirmək istəyib və Dövlət Şurası yaradaraq ölkəni idarə etməklə bağlı qarşı tərəfə təklif verib. 

R.Mehdiyevin bu təklifli əhatə edən məktubunun yayılması prosesin daha dərin qatlara işlədiyini düşünməyə əsas verir. Təkcə bu fakt kifayət edir ki, Mehdiyev ən ağır formada cəzalandırılsın. Çünki ölkənin konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd dövlət çevrilişi kimi qiymətləndirilir və bu, cinayət məsuliyyəti yaradır. 

Bu faktın mövcudluğu Ramiz Mehdiyevlə bağlı həbs qətimkan tədbirinin növünün də dəyişməsinə əsas verir. Yəni o, istintaq müddətini indiki kimi villalarından birində deyil, istintaq təcridxanasında çəkə bilər. Çünki Mehdiyevin məktubu daha dərin mətləbləri üzə çıxarır. Mehdiyev məktubunda idarəetmə forması və özünün planladığı şurada olacaq 50 nəfərin siyahısını da Rusiya tərəfi ilə bölüşüb. 

Dövlətdə mühüm post tutmuş birinin revanş istəyi o ehtimala əsas verir ki, Mehdiyev siyahısında olan adamlarla müxtəlif üsullarla müəyyən məsləhətləşmələr aparıb və onların razılıqlarını alıb. Sadəcə, yanıldığı bir məqam olub. O, Rusiyaya yazdığı məktubunda özü haqqında dediyi epitetlərə, yüksək fikirlərə rəğmən, siyasi cəhətdən korafəhim olub. 26 il böyük post tutduğu dövlətin nəyə qadir, vəzifəsini itirdikdən cəmi bir il sonra bu dövlətin hansı gücə sahib olduğunu anlamayıb və öz idarəçiliyində ilişib qalıb. 

Unudub ki, Azərbaycan onun təsəvvüründəki ölkə deyil və onu boşqabda kiməsə pay vermək olmaz. Bunu düşünməyən Mehdiyev Azərbaycanı bəlkə də qəbilə dövləti sanırmış. Amma Azərbaycanın sistemi, strukturları, kəşfiyyatı olan bir dövlət olduğunu Ramiz Mehdiyevin ifşası bir daha bütün dünyaya təsdiqlədi. Daha geniş aspektdən baxsaq görərik ki, Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub çevriliş düşüncəsində olan şəxsin maklatur idiotizmidir. 

O, nə o zaman, nə də indi Azərbaycanın Jan Bedel Bokassa düşüncəsi daşıyan birinin dəyişiklik edəcəyi qəbilə dövləti olmadığını anlayıb. Amma hazırladığı bütün ssenarilərin iflasa uğradığı bu illər ərzində bunu bilməliydi. "Boz kardinal" kimi barəsində solğun mif yaradılan bu adamın siyasi "əlliliyi" də ancaq market üçün yararlı əlilliyə bənzəyir. Yəni xərclik... 

O sırada çoxlarının adı ehtimal olunur. Yəqin ki, siyahı istintaqa məlumdur. Bəzi məlumatlara görə, həmin siyahıda “mehdiyevçi müxalifət”dən tutmuş bir çox sabiq məmur və deputatlara, oliqarxlara qədər çoxlarının adı var. Bu adlar da zaman-zaman açılacaq və o zaman bütün ictimiyyət görəcək ki, “kimlərin əli kimlərin cibindən” və kimlər də Ramizin siyahısından çıxır… Amma özü də, o siyahısında olanlar da başa düşməyiblər… Ki, dövlət, onun sistemi, strukturları, kəşfiyyatı MAKLATUR SİYASƏTÇİyə çevriliş etməyə imkan verərdimi? 

Yaxud qan və can bahasına müstəqillik əldə etmiş, torpaqlarını 30 illik işğaldan azad etmiş bu xalq etnik şübhəli kimliyi və qohumluğu olan bir şəxsə etimad edib onu dəstəkləyərdimi? Təbii ki, yox! Elə bunu bildiyindən də Rusiyanı özünə havadar seçib…

Amma istər Rusiyanı, istər başqa dövləti özünə havadar seçənlərin tarixdə də, xalqın yaddaşında da bir adı var-satqın. Və bu adı heç tarix özü də həmin adamların üstündən silə bilməyib. 

Rəfail Becanov 
“Cebheinfo.az”

Açar sözlər: Ramiz MehdiyevSiyahı Rusiyaya məktub Rəfail Becanov 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri