Icma.az
close
up
RU
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: kimlərdir?

Mehdiyevin hakimiyyətdə gizlənən komandası: kimlərdir?

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyevin komandasının üzvləri haqqında məlumatlar mediada tirajlanır. Rusiyaya bağlı “beşinci kalon”un memarı olan Mehdiyevin imperativ maraqlara xidmət etdiyi sirr olmadığı kimi, “xidmətçiləri”nin olduğu da bəllidir.

- Prezident Administrasiyasının rəhbəri olarkən vəzifə səlahiyyətlərindən istifadə edərək, hakim komandanın formalaşmasında özünə bağlı – “beşinci kalon”un üzvü ola biləcək şəxslərə üstünlük verib;

- Bu xidmətdən boyun qaçıranlar ya vəzifəsindən məhrum edilib, ya da bacarıq və intellektindən asılı olmayaraq, karyera yüksəlişinə maneələr yaradılıb.

“Keçmiş qvardiya” adlandırılan komandada - diplomatiyadan tutmuş təhlükəsizlik sektoruna, informasiya müstəvisindən başlamış mədəniyyət, yaxud bank sektoruna qədər müxtəlif sahələrdə vəzifə daşımış şəxslərin Mehdiyevin qrupunda yer alması haqda məlumatlarda doğruluq payı böyükdür, lakin tam deyil. Axı Mehdiyev “beşinci kalon”un qurulmasını keçmiş nazir və məmurların məsul olduğu sahələr üzrə həyata keçirmirdi, əksinə, yüksək postlarla yanaşı, aşağı ranqlı vəzifələrə təyinatları da nəzarətdə saxlamağa çalışırdı. Bu baxımdan, “Mehdiyevin komandası” kimi adları çəkilən şəxslərin aysberqin görünən tərəfi olduğu, görünməyən tərəfin isə daha genişmiqyaslı olduğunu ictimai-siyasi sferaya bələd olan hər kəs təsdiqləyə bilər.

Mehdiyevin komandası hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemində yer alır. Osminoqa bənzər şəbəkə “boz kardinal” vəzifədə olarkən, daha geniş imknalara malik idi, lakin 2019-cu ildən – Mehdiyevin postundan göndərilməsindən sonra müəyyən qədər “qan itirsə” də, hələ də aktiv fəaliyyətdə olduğu məlumdur.

Qanunverici hakimiyyət

Parlament seçkilərində ənənəvi olaraq, hakim partiyanın namizədləri, eləcə də müstəqil namizədlərin seçilmək şansı daha çox olur. YAP-ın resurs və nüfuzunu nəzərə alanda, hakim partiyanın siyahısında yer alanların qanunverici orqana düşməsi siyasətin təbii üzü hesab oluna bilər. Lakin sirr deyil ki, Mehdiyev PA rəhbəri olduğu dövrdə bu siyahıya birbaşa müdaxilə edir və ona bağlı olanlara, yaxud perspektivdə “beşinci kalon”un üzvü olmaq potensalına malik olan şəxslərə üstünlük tanıyırdı. Müstəqil namizədlərin parlamentə “buraxılması” isə birbaşa onun “kurasiyası”nda olub. Lakin Mehdiyev konstruktiv müxalifətin seçki mübarizəsinin nəticələrinə də təsir etməyə çalışıb hər zaman, çox vaxt buna nail olub da. Onun PA rəhbəri olduğu dövrdə qanunverici orqanın tərkibi ilə bağlı kuluarlarda “Mehdiyevin deputatları” misalı tez-tez hallanardı. 2019-cu ildə onun gedişindən sonra islahat dalğasının növbəti ünvanı qanunverici orqan olacaqdı. Çünki icraedici orqanda həyata keçirilən islahatlardan sonra hakimiyyətin digər qollarının da adekvat fəaliyyəti təmin olunmalı idi.

2020-ci il parlament seçkilərində böyük dəyişiklik ümidləri yaranmışdı: qanunverici orqanda Prezident İlham Əliyevin islahat kursuna adekvat fəaliyyət göstərə biləcək mandat sahibləri üstünlük təşkil etməli, “Mehdiyevin komandası” getməli idi, lakin tam əksi baş verdi; “köhnə komanda”nın üzvü kimi tanınan şəxslər kiçik istisnalar olmaqla, yenidən kürsüyə qayıtdılar;

Həmin vaxt bu arzuolunmaz vəziyyətin iki mümkün səbəbi görünürdü:

Birincisi, PA-dan gedən Mehdiyevin AMEA-da kabinet əldə etməklə təsir imkanlarını saxlamağa çalışırdı: onun elm ocağını siyasi intirqalar yuvasına çevirdiyi, özü getsə də, hələ də qərarverici mərkəzlərdə qalan “beşinci kalon”un üzvlərini buradakı ofisindən idarə və koordinasiya etdiyi haqa məlumatlar vardı;

İkincisi, Mehdiyev postundan getsə də, ona bağlı köhnə komanda hələ də təsir imkanlarını qoruyurdu və Azərbaycan müqəddəs məqsədə - Vətən müharibəsinə hazırlaşdığı vaxt ölkə daxilində problemlərə yol aça biləcək radikal addımlara ehtiyac görünmürdü;

2024-cü il parlament seçkiləri isə artıq tam yeni reallıqlar fonunda keçirilirdi. Torpaqlarımızın azad edilməsindən sonra qanunverici orqanın bütün respublikanı praktiki olaraq, əhatə etməsinə yaranmış zərurət parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini şərtləndirdi. Və bütün cəmiyyətdə qanunverici orqanın həm Prezident İlham Əliyevin qlobal səviyyədə həyata keçirdiyi siyasətə, həm də yeni reallıqlara adekvat şəkildə formalaşacağı gözləntisi yaranmışdı. Bu dəfə proseslərə müdaxilə edə biləcək Ramiz Mehdiyev də yox idi, artıq keçmiş kimi xatırlanan “boz kardinal” bağ evində inzivaya çəkilmişdi.

2 sentyabr 2024-cü il: seçkilərdən bir gün sonra böyük ümidlərlə oyanan Azərbaycan qanunverici orqanda 4 il öncəki analoji mənzərə ilə qarşılaşdı. Bu dəfə də istisnalar böyük deyildi, azsaylı yeni simaları saymasaq, tərkibdə “Mehdiyev komandası” çoxluqda təşkil edirdi. Həmin vaxt geniş müzakirələrə yol açan bu mənzərənin səbəblərini 14 oktyabr 2025-ci il tarixindən boylananda daha aydın görmək olur: dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyev “bağ evindən” komandasını idarə etməklə ölkədə çevriliş planları hazırlayırmış, yəni “boz kardinal” keçmişə çevrilməklə barışmayaraq, sadiq adamlarının parlamentdə təmsil olunması naminə pərdəarxası direktivlər verib;

Bütün bunlar qanunverici orqanda “Mehdiyev komandası”nın hələ də qaldığı deməkdir və məsələ heç də mediada tirajlanan bir neçə addan ibarət deyil.

Məhkəmə hakimiyyəti

Mehdiyevin xüsusi diqqət ayırdığı sahələrdən biri hakimiyyətin məhkəmə qolunda “beşinci kalon”un kök salması olub, PA rəhbəri olduğu dövrdə buna böyük ölçüdə nail olub da. 2019-cu ildə isə hakimiyyətin icraedici qolunda başlanan, qanunverici qolunda tam həyata keçirilə bilməyən islahatlar məhkəmə qolunda müəyyən qədər nəticə əldə etdi, lakin yenə yekunlaşmadı. Bu gün məhkəmə hakimiyyətində Mehdiyevin komandasının üzvü olanlar hələ də fəaliyyətdədir. Bu baxımdan, məhkəmə strukturlarına da xüsusi diqqət yetirilməlidir.

İcraedici hakimiyyət

Bu sahədə Mehdiyev komandasının qalıqları xüsusilə çoxluq təşkil edir, çünki “boz kardinal” PA rəhbəri olduğu dövrdə həm mərkəzi, həm yerli icraedici orqanların qərarverici ranqda olan bütün postlarına öz adamlarının təyinatına çalışırdı. Onun postundan gedişindən sonra mərkəzi icra hakimiyyətindəki mənzərə dəyişdi. Proses Prezident İlham Əliyevin böyük islahat dalğasına start verdiyi 2018-ci ildən başlamışdı və 2020-ci ildə - Vətən müharibəsindən öncə böyük ölçüdə tamamlandı. Lakin aşağı strukturlarda, xüsusilə yerli idarəetmə funksiyasını həyata keçirən Rayon İcra Hakimiyyətlərində vəziyyət dəyişməyib, çünki Mehdiyev demək olar ki, bütün bölgələrə öz adamlarını yerləşdirməyi bacarmışdı.

Onun yerli icraedici orqanlara təyinat prosesində iki prinsipə əsaslandığı deyilir.

1. Birbaşa özünə sadiq olan şəxslər rayon icra hakimiyyətlərinə “başçı” olaraq göndərilirdi;

2. “Başçı”nın müavinlərindən ən azı biri rayon rəhbərliyinə nəzarət və alternativ məlumatları ötürən şəxs olurdu;

2019-cu ildən sonra yerli icraedici orqanlarda dəyişikliklər olsa da, Mehdiyev komandası demək olar ki, bütün rayonlarda iş başındadır. Və istisna deyil ki, “boz kardinal”ın çevriliş cəhdində ilk hərəkətə keçəcək “qvardiya” rolunu oynayacaqdılar.

Bütün bunlarla yanaşı, Mehdiyevin komandası – “beşinci kalon” axtarışında hakimiyyətə müxalif olan düşərgəyə də nəzərə yetirmək lazımdır, xüsusilə radikal qanada. 2013-cü ildə Rusiyadan mədət uman Milli Şuranın qurulmasında Mehdiyevin əhəmiyyətli rol oynadığı sirr deyil. Bunu təsdiq edən detallardan biri “mitinq taktikası”dır. 2019-cu ilə - Mehdiyevin PA rəhbəri olduğu dövrə qədər ölkənin bir nömrəli siyasi gündəmi radikal müxalifətin fəaliyyəti olub.

- Media resurslarında bu qüvvələrin fəaliyyəti kəskin tənqid olunur, hətta mövcud imkanları və potensialı həddindən artıq şişirdilirdi;

- Mütəmadi olaraq mitinqlər keçirir, birbaşa Prezident İlham Əliyevi hədəfə alırdılar;

Qarşılıqlı şəkildə pasların ötürülməsində məqsəd aydın görünürdü: ictimai dayaqlarını itirən bu qüvvələr informasiya müstəvisində gündəmdə qalmaq və “mitinq taktikası” ilə mövcudluqlarını saxlayır, Mehdiyev və komandası isə onlara qarşı “mübarizə” ilə hakimiyyətin qorunmasında “əvəzedilməz rollarını” nümayiş etdirirdilər;

Mehdiyevin gedişi ilə mitinqlər də, “hakimiyyətə təhlükə” də yoxa çıxdı.

Hərçənd, real təhlükə hələ də qalır, həm qanunverici, həm məhkəmə, həm icraedici orqanlarda. “Beşinci kalon” osminoq kimi bütün sahələrə yayılıb və daha dərin köklərə malikdir. Bundan xilas olmaq üçün genişçaplı təmizliyə ehtiyac var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri