Mehdiyevlərlə bağlı yeni xəbər: əvvəl təkzib edildi, sonra gerçək bilindi ÖZƏL
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ailəsinə məxsus olduğu bildirilən “German Hospital”ın doğum şöbəsi bağlanıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, klinikada çalışan cərrah mama-ginekoloqlar pasiyentlərinə şöbənin fəaliyyətini dayandırdığını bildiriblər.
Onlar artıq başqa tibb müəssisələrində çalışdıqlarını deyiblər.
Qeyd edək ki, bir müddət əvvəl klinikanın bağlanması ilə bağlı məlumat yayılsa da, müəssisə sosial şəbəkə hesabında xəbəri təkzib etmişdi.
Hospitalın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb.
Klinikanın Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevə məxsus olduğu bildirilir. O, uzun illər səhiyyə və tikinti biznesi ilə məşğul olub. Mehdiyevin kürəkəninin adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən “German Hospital”ın təsis sənədlərində keçir.
Xatırladaq ki, “German Hospital” 2010-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayıb. Klinika əsasən doğum, cərrahiyyə, LOR, qastroenterologiya və plastik-estetik xidmətlər üzrə tanınıb.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 Mart 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















