Icma.az
close
up
RU
Məhəllə avtomagistral yol deyil! Sürətlə böyüyən Bakı küçələrində təhlükəli dəyişiklik

Məhəllə avtomagistral yol deyil! Sürətlə böyüyən Bakı küçələrində təhlükəli dəyişiklik

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bakı sürətlə böyüyür. Bu inkişaf özlüyündə təkcə yeni binalar və yollar deyil, eyni zamanda gündəlik həyatımıza birbaşa təsir edən dəyişikliklər də gətirir.

Son illərdə şəhərdə avtomobil sıxlığı kəskin şəkildə artıb. Əsas magistral yollarda hərəkət demək olar ki, günün böyük hissəsində iflic olur. Nəticədə, naviqatorlar, təcrübəli sürücülər, hətta taksi xidmətləri belə çıxış yolu kimi ara küçələrə, məhəllə yollarına üz tutur. Bəli, artıq bir çoxumuzun yaşadığı küçə, həyət, qapının ağzı bir növ magistral xəttə çevrilib.

Təsəvvür edin ki, səhər-səhər uşağını məktəbə yola salırsan, qapını açırsan və birbaşa “trasa” çıxırsan. Küçənin əvvəlki sakitliyi, uşaq səsi, yaşıl ağaclar altında dinc istirahət bitib. Onun yerini toz-torpaq, səs-küy və dayanmadan ötüb keçən avtomobillər alıb. Sürücülər bu yolları müvəqqəti rahatlıq kimi seçsə də, sakinlər üçün bu, daimi narahatlıq, təhlükə və əsəbdir.

Axı bu yollar bu qədər avtomobil yükü üçün nəzərdə tutulmayıb. Sıxlıq nəticəsində dar küçələrdə tıxaclar da yaranır, bəzən sürücülər bir-birinə yol vermək üçün qalmaqal salır. Bütün bunlar sakinləri evlərində belə gərgin saxlayır.

Bu vəziyyətin tək bizdə yaşanmadığını bilmək bir qədər təsəlli verir. Dünyanın böyük şəhərlərində də oxşar problemlər yaşanıb və maraqlısı budur ki, bir çox ölkələr bu vəziyyətdən uğurla çıxmağı bacarıb. Məsələn, Londonda “Aşağı Nəqliyyat Məhəllələri” adlanan sistem tətbiq olunur. Belə ərazilərdə avtomobil axını fiziki maneələrlə və xüsusi nişanlarla məhdudlaşdırılır. Sakinlərin girişi qorunur, lakin ərazi tranzit yol kimi istifadə edilə bilmir. Nəticədə, məhəllələr uşaqlar, velosiped sürənlər və yaşlılar üçün yenidən təhlükəsiz məkana çevrilir.

Barselonada “Superblocks” adlı model var. Burada 3×3 blokdan ibarət ərazilərdə daxili küçələrdə avtomobil hərəkəti məhdudlaşdırılır, ictimai məkanlar genişləndirilir. Niderlandda isə “woonerf” deyilən bir sistem tətbiq olunur. Burada piyada avtomobildən üstündür və küçədə hərəkət edən sürücü piyada sürəti ilə getməlidir.

Bütün bu təcrübələr göstərir ki, həll yolları var. Sadəcə olaraq, məsələni düzgün görmək və şəhər planlamasında sakinlərin rahatlığını prioritet etmək lazımdır.

Bəs bizdə nə etmək olar?

İlk növbədə bu küçələrdə sürət limiti endirilməli, yol nişanları və fiziki maneələr quraşdırılmalıdır. Həyətyanı küçələrdə avtomobilin rahat keçməsini yox, piyada təhlükəsizliyini təmin edən planlamaya üstünlük verilməlidir. Naviqasiya sistemləri ilə əməkdaşlıq edilərək bu məhəllə yollarının sürücülərə alternativ marşrut kimi göstərilməsi məhdudlaşdırıla bilər. Ən əsası isə sakinlərin səsi eşidilməlidir. Çünki şəhər bina və asfalt deyil, insandır. Əgər bir şəhərdə insan öz qapısından çıxanda qorxursa, uşağını küçəyə buraxanda narahatdırsa, orada real inkişafdan danışmaq çətindir.

Məhəllələrimizi avtomagistral yola çevirməyək. Sakit küçələr, təhlükəsiz həyətyanı sahələr və rahat nəfəs alan insanlar əsl şəhər budur.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 İyul 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri