Məhkəmə 135 min manatlıq dələduzluq edən qızıl alverçisi ilə bağlı qərar çıxardı
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən Yadigar Bilalovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yadigar Bilalov 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, cinayət işi üzrə İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı zərərçəkən kimi tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 44750 manatlıq dələduzluqda ittiham olunur.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunan Yadigar Bilalov Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olub. Zərərçəkənlər isə qızıl alverçiləri olub.
Kamal Məmmədov


