Icma.az
close
up
RU
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi?

Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“M Plus Alko” MMC və “Elit Alko” MMC-nin dövlətə külli miqdarda borcu yaranıb. Şirkətlərin vergi və sığorta ödənişlərini etmədiyi, saxta spirtli içki istehsalı ilə məşğul olduğu müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, hər iki MMC eyni şəxsə məxsusdur.

MMC-lər vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınıb.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılan araşdırma ilə iki MMC üzrə dövlətə vurulmuş zərər 3 milyon 285 min manat olaraq müəyyən edilib.

Qeyd edilən şirkətlər Qaradağ rayonu, Ələt qəsəbəsində fəaliyyət göstərib. Şirkətlərdə istehsal edilən alkoqollu içkilərin üzərinə saxta aksiz markalar yapışdırılaraq satışı təşkil edilirmiş.

Şirkətin 80-dən çox işçisi olub. İstehsal olunan saxta içkilər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də satılırmış.

Yoxlamalar zamanı zavoddan “Dikiy Oryol”, “Suvorovskaya kolleksiya”, “Tri Zlaka”, “Zimnaya Stuja” əmtəə nişanlı 50 mindən artıq saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib. MMC-lərin fəaliyyəti dayandırılıb.

İstintaq zamanı məlum olub ki, şirkətlərin rəhbərləri tərəfindən dövlətə vurulmuş ziyandan cəmi 50 min manat ödənilib.

Şirkət rəhbəri Cinayət Məcəlləsinin 205-1-ci (saxta aksiz markalarının və məcburi nişanların dövriyyəsi), 213.3-cü (xüsusi ilə külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 213-1.4-cü (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) maddələri ilə məsuliyyətə cəlb edilib.

Şirkətlərin rəhbəri olan şəxs Qaradağ rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyul 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri