“Məhkəmə hakimiyyəti xalqdan tamamilə ayrılıb Paşinyan yeni konstitusiyadan danışdı
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
“Yeni Konstitusiyanın qəbulu bizə erməni demokratiyasının əsas problemini – məhkəmə hakimiyyətinin xalqdan ayrılmasını aradan qaldırmağa imkan verəcək”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistandakı Demokratiya Forumunda keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, hazırkı ədliyyə sistemində cəmiyyətlə “üzvi əlaqə” yoxdur və məhkəmə izolyasiya şəraitində fəaliyyət göstərir. Bu da öz növbəsində ona olan inamı sarsıdır: "Hakimiyyət xalqındır və istənilən hakimiyyət ondan qaynaqlanmalıdır. Bu gün mən ciddi sistem problemi görürəm. Ermənistanda məhkəmə hakimiyyəti xalqdan tamamilə ayrılıb".
O, vurğulayıb ki, bu problem həll olunmayana qədər demokratiyanın tam inkişafını təmin etmək sadəcə olaraq mümkün deyil. Nikol Paşinyan qeyd edib ki, keçmişdə məhkəmə qərarları tez-tez kənar aktorlar tərəfindən diktə edilir və “hibrid müharibə”nin tərkib hissəsi kimi istifadə edilirdi.
“AzPolitika.info”
Baxış sayı:68
Bu xəbər 23 Sentyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















