Məhkəmə mağazadan soyğunçuluq edən şəxslə bağlı qərar verdi
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şirvan Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Arif Babazadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 18 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Kübra-Aysun” mağazasında olub.
Belə ki, Arif Babazadə sözügedən mağazaya daxil olub, orada satıcı işləyən zərərçəkmiş M.M.-ə (adı, soyadı şərtidir) özünü müştəri qismində göstərmək üçün uşaq paltarlarını qiymətini soruşub. Satıcı mağazanın digər tərəfindəki müştəriyə tərəf gedərkən təqsirləndirilən şəxs stolun siyirməsindən 150 manat məbləğində pulu müştəri və satıcının gözü qarşısında götürüb, oradan qaçıb.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə o, 4 il altı ay müddətə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov


