Məhkəmə qəzaya uğrayan təyyarə ilə bağlı QƏRAR VERDİ
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın "Embraer 190" təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib.
İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.
Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Mart 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















