Icma.az
close
up
RU
Bu ölkələrdən gələn turistlər hamını qıcıqlandırır: “Ən pislər” siyahısında kimlər var

Bu ölkələrdən gələn turistlər hamını qıcıqlandırır: “Ən pislər” siyahısında kimlər var

Icma.az, Lent az saytına istinadən bildirir.

Zəngin ölkələrdən gələn turistlər mədəni davranırlar fikri çox vaxt təcrübədə özün doğrultmur. Bəzən bu turistlər səyahət etdikləri ölkənin qanunlarını və ənənələrini tamamilə nəzərə almadan, yalnız öz normalarını əsas götürərək hərəkət edirlər.

Lent.az xarici mediaya istinadən, dünyanın müxtəlif guşələrindən olan turistlərlə bağlı yaranan ən tipik problemləri təqdim edir.

Çinlilər: Səs-küy yaradırlar, ictimai asayişi pozurlar

Çinli turistlərlə bağlı əsas problem onların sayında deyil, yerli qaydalara laqeyd münasibətindədir. Çox vaxt böyük tur qrupunun səfərindən sonra personal qonşu otaqları su basması səbəbindən təmir etməli olur. Elə bil, çinli qonaqların sevimli hobbilərindən biri hamam otaqlarını su altında qoymaqdır.

Bundan əlavə, teatr və qalereyalarda fotoqrafiya qadağalarına məhəl qoymurlar. Restoran ziyarətləri də sınağa çevrilə bilər: səs-küy, masanın altına tullanan zibillər və balıq sümüyü tüpürmələri adi haldır. Çox vaxt çinlilər bu davranışda problem görməsələr də, digər turistlər və personal bundan narahat olur.

Amerikalılar: “Mənim qaydalarım hər yerdə keçərlidir!”,-deyirlər.

Amerikalıları kobudluq və istənilən yerdə öz qaydalarını tətbiq etmək istəyi ilə ittiham edirlər. Onlar otel qaydalarına məhəl qoymur, otaqlardan əşyalar aparırlar, mini-bar isə onların sevimli qəniməti olur. Xırda oğurluqlar səbəbindən otel işçiləri ABŞ pasportu görəndə dərhal narahat olur.

Bundan əlavə, amerikalılar tez-tez əşyalarını itirir və dünyanın digər ucundakı tur şirkətlərinin işçilərini narahat edirlər. Hətta özləri belə itib qalırlar, çünki ingilis dilini hər kəsin başa düşəcəyini düşünürlər. Bu baş verməyəndə isə xaos yaranır.

Britaniyalılar: Tapdıqlarını içirlər

Britaniyalı turistlərlə əsas problem pirtli içki qəbulundan sonra tam nəzarətsizlikdir. Onarı tez-tez çılpaq halda küçələrdə qaçarkən, balkonlardan hovuzlara atılarkən və ya öz kölgələri ilə dalaşarkən görmək mümkündür. Bütün bunlar onların Avropa tətilinin ənənəvi hissəsidir.

Digər problem isə içkidən zəhərlənmə uyduraraq otellərdən kompensasiya almaq cəhdləridir.Bu çox vaxt səyahət xərclərinin bir hissəsini geri qaytarmaq üçün edilir.

Almanlar: Həddən artıq mükəmməlçilik

Britaniyalıların əksinə, almanlar həddindən artıq dəqiqliyin nümunəsidir. Menyuda bir uyğunsuzluq və ya terrasın olmaması şikayətə səbəb ola bilər. Bir turist hətta pivənin azaldılmış miqdarını ölçərək otelə hesab çıxarmışdı.

“Bağışlayın, oteliniz yanıb” kitabında almanların istirahət zamanı absurd şikayətləri toplanıb. Məsələn, bir dalğıc televizorun rahat olmayan yerdə asılması səbəbindən boyun ağrısı yaşadığını bildirərək tur operatorunu günahlandırıb. Nəticədə o, dalış etməyib, üç gün evdə müalicə alıb və təbii ki, kompensasiya tələb edib.

Ruslar:Qalmaqallar və otaqdan oğurluq etmək

Rusların içkiyə meyilli olması barədə reputasiya çoxdan filmləri və kitabları keçərək real hadisələrlə təsdiqlənib. Bu stereotip mini-barlar, içki məclisləri və barlarda dava-dalaşlarla güclənir.Ən problemli davranışlardan biri isə otaqdan “xatirə” toplamaq vərdişidir. Yataq dəstləri, dəsmallar, qab-qacaq və hətta mebel – bütün bunlar otaqdan çıxarılmağa çalışılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyun 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri