Icma.az
close
up
RU
Məhkəmə Təzə Pir ətrafındakı söküntülərlə bağlı qərar verib

Məhkəmə Təzə Pir ətrafındakı söküntülərlə bağlı qərar verib

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təzə Pir” məscidinin ətrafı – paytaxtın “Bayırşəhər” adlanan hissəsində söküntülərin məhkəmədə yekun qərar çıxarılanadək dayandırılması barədə sakinlərin müraciəti rədd edilib.

Bu haqda Azadlıq Radiosuna söküntüyə etiraz edən sakinlərdən Zahidə Əzizova məlumat verib.

“Bayırşəhər”in sökülməsinə etiraz edən sakinlərdən bir qrupu aylar öncə Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib. 31 nəfərin Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində bu qurumun söküntü barədə sərəncamının ləğvi tələb olunur.

Sərəncama əsasən, Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov, Nizami və Mirzağa Əliyev küçələri arasında qalan ərazi sökülməlidir. Təxminən dörd aydır ki, sərəncamın icrası başlayıb. Ərazidə xeyli ev sökülüb.

Bu üzdən iddiaçılar məhkəməyə ərizə vermişdilər ki, onların iddiasına baxılıb yekun qərar çıxarılanadək söküntü dayandırılsın. İcra hakimiyyətinə ərazidə söküntü işlərinin aparılması qadağan edilsin.

Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Qənbərovaonların bu ərizəsini mümkün saymayıb. Onlar müvəqqəti təminat tədbiri ilə bağlı ərizələrinin təmin olunmaması haqda qərardaddan apellyasiya şikayəti veriblər. Lakin Bakı Apellyasiya Məhkəməsinə şikayətləri də nəticəsiz qalıb.

31 narazı sakinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bayırşəhər”in sökülməsi barədə sərəncamın ləğvindən ötrü şikayəti üzrə məhkəmə iclası isə noyabrın 7-nə təyin olunub.

Z.Əzizova vurğulayır ki, “Bayırşəhər”i sökmək Bakının tarixini, mədəniyyətini məhv etməkdir. Onun sözlərinə görə, ərazidə yerli və ölkə əhəmiyyətli 113 tarixi abidə yerləşir: “Burada elə binalar var, onları sökmək ölkəmizin keçmişindən gələcəyinə qoyulan mirası məhv etməkdir. Hər məhəllədən bir neçə evi olmaqla, təxminən 10 faizi artıq söküblər. Ərazini yerlə-yeksan ediblər. Amma Yasamal rayonunun icra başçısının müavini bizə cavab məktubunda yazır ki, “ərazidə abadlaşdırma işləri aparılır, binaların zahiri görkəmi yaxşılaşdırılır”. Tarixi abidələri məhv etmək abadlaşdırmaqdır?”.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, ev sahiblərinə hər kvadratmetr üçün 2 min 700 manat, obyektlərə görə isə 3 min manatdan pul təklif olunur.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, söküntü ərazisindəki tarixi abidələr qorunacaq.

“Təzə Pir” ətrafında sökülən tikililərin yerində isə park salınacaq. O da Mərkəzi Parka birləşdiriləcək.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri