Icma.az
close
up
RU
Məhkəmədə bəzi suallara elə Karenin öz dilindən cavab alacağıq Polkovnik

Məhkəmədə bəzi suallara elə Karenin öz dilindən cavab alacağıq Polkovnik

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək, qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqçanı, eləcə də 5 ədəd qumbaranı götürüb. O, Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Nəticədə bir polis əməkdaşımız yaralanıb. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan isə tutulub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Karen Avanesyan təkbaşına hansısa bir nəticə əldə etmək gücündə deyildi:

"Azərbaycan hüquq-mühafizə orqanları şükürlər olsun ki, həm orada olan polis əməkdaşları, həm daxili qoşunlar vəziyyətə yerindəcə nəzarət edirlər. Bu yaramazın gedib meşədən əvvəlcədən gizlətdiyi "Kalaşnikov" avtomatını, əl qumbaralarını götürüb, sonradan ondan istifadə eləməsi, əlbəttə ki, bu, onun ağlının çatışmamasının göstəricisidir. Çünki Azərbaycan polisi və yaxud da hüquq-mühafizə orqanları, o hərəkətə cəhd edərkən onu zərərsizləşdirə, məhv edə bilərdilər. Amma bizimkilər onu tutublar. Mənə elə gəlir ki, o bəzi məsələlərə aydınlıq gətirəcək. İndi bizim səsləndirdiyimiz versiyalar sadəcə olaraq versiya olaraq qalacaq. Üst-üstə düşüb-düşməyəcəyini bilmirəm".

Polkovnikin fikrincə, istənilən halda bu aktın özü onu deməyə əsas verir ki, uzun illər erməni işğalında olan ərazilərimizdə hələ çoxlu, minlərlə silah-sursatlar, partlamamış əl qumbaraları, tank əleyhinə minalar var:

"Bunlar zamanında separatçılar və onların tərəfdarları tərəfindən qeydə alınmamış silahlardır ki, gizlədilib və bəlli bir zaman üçün nəzərdə tutulub. Xankəndidə bu gün azərbaycanlılardan, bir də məhdud sayda ermənilərdən başqa heç kəs yoxdur ki, onlar hardansa kənardan bir tapşırıq alırlar, müəyyən qüvvələrin maraqlarına xidmət edirlər. Əlbəttə ki, bu adam özü də bilirdi, bunun arxasında nə durur. Yəni arxasında o durur ki, ya onu bizim hüquq-mühafizə orqanları öldürəcəkdilər, ya da ki, o guya polis əməkdaşlarına xəsarət yetirməklə Azərbaycan ərazilərindən harasa - Ermənistana, Moskvaya, Fransaya, digər ölkələrə, - gedə biləcəkdi? Bu, mümkünsüz idi".

Üzeyir Cəfərov vurğuladı ki, Azərbaycan sərhədləri bu gün etibarlı qorunur:

"Azərbaycan sərhədlərindən heç kim Azərbaycan ərazisinə və yaxud da ki, Azərbaycan ərazisindən başqa bir ölkənin ərazisinə keçmək imkanında deyil. Bu, çox çətin məsələdir. Karen Avanesyanla bağlı mənə elə gəlir ki, hüquq-mühafizə orqanları araşdırandan sonra onun məhkəməsində biz bəzi suallara elə onun öz dilindən cavab alacağıq. Amma bu, çox qeyri-adekvat və anormal bir adamdır. Əlbəttə ki, təxribat acı nəticələnə bilərdi. Bu, həm erməniləri, həm də onlara havadarlıq edənləri sevindirə bilərdi. Şükürlər olsun ki, bu cəhd uğursuz nəticələndi. İnşallah bundan sonra da, həmin o qüvvələr hər hansı bir çirkin niyyətlərinə çata bilməyəcəklər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri