Icma.az
close
up
RU
Məhkəmədə həmin faktı da etiraf etdi Fotolar

Məhkəmədə həmin faktı da etiraf etdi Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 29-da davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası təqsirləndirilən şəxs Bako Sahakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusunda” “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayına qədər aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təmin olunmasında iştirak edib.

Bako Sahakyan 2015-2020-ci illərdə Şuşa şəhərində olan “S-300” raket kompleksini Ermənistanın Müdafiə Nazirliyinin göndərdiyini deyib.

Onun ifadəsində göstərilib ki, ümumiyyətlə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən əvvəlki və sonrakı dövrdə silah-sursat, hərbi texnika və şəxsi heyət təminatı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkənin dövlət büdcəsi hesabına təmin olunub.

Bako Sahakyan ifadəsində bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi qondarma rejimin "müdafiə nazirliyini" silah-sursat və digər hərbi təminatla təchiz edib.

Məhkəmədə təqsirləndirilən şəxs Qarik Martirosyanın vəkili öz səhhəti ilə əlaqədar müalicə aldığını əsas gətirərək, məhkəmədə iştirakına xitam verilməsini istəyib.

Hakim təqsirləndirilən şəxsin etirazının olub-olmadığını soruşub, Q.Martirosyan isə etiraz etmədiyini bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Qarik Martirosyanın müdafiəçisinin məhkəmədə iştirakına xitam verilib.

Bildirilib ki, Q.Martirosyana dövlət hesabına yeni müdafiəçi təyin olunması üçün qərarın surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndəriləcək.

Həmçinin hakim Zeynal Ağayev bildirib ki, zərərçəkən şəxslərdən birinin vəkili (Nəzrin Məmmədli) ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi və buna görə də cinayət işi üzrə iştirakına xitam verilməsi ilə bağlı onun müraciəti olduğunu qeyd edib.

Müraciətə etiraz olmadığına görə, vəkilin iştirakına xitam verilib. Bildirilib ki, yeni nümayəndənin təyin edilməsi ilə bağlı qərarın surəti Vəkillər Kollegiyasına göndəriləcək.

Məhkəmə iclası təqsirləndirilən şəxs David Babayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Təqsirləndirilən şəxs David Babayanın ibtidai istintaqa ifadəsindən məlum olub ki, o, 2020-ci ildə qondarma qurumun “prezidentinin müşaviri”, 2021-ci ildə “xarici işlər naziri”, 2023-cü ildə qondarma qurumun “prezidentinin müşaviri – qondarma qurumun prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi” təyin olunub.

O, ifadəsində bildirib ki, qondarma rejimə silah-sursat yalnız Ermənistanın Müdafiə Nazirliyi vasitəsilə bu ölkədən göndərilib. Ümumiyyətlə, silah-sursat və digər təminatlar Gorus-Laçın-Xankəndi, Basarkeçər-Kəlbəcər-Ağdərə-Xankəndi yolları ilə gətirilib. Rejimin maliyyə mənbəyi də yalnız Ermənistandan olub. Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində su elektrik stansiyalarından əldə edilən enerji, həmçinin taxıl və spirtli içkilər Ermənistana satılıb. Bundan başqa, Ermənistan vasitəsilə bir çox xarici ölkələrə də spirtli içkilər ixrac olunub.

2007-2019-cu illərdə Bako Sahakyanla birlikdə müxtəlif ölkələrə səfər edərək qondarma rejimin “Prezident Administrasiyasının” nümayəndəsi və tərcüməçi qismində görüşlərdə iştirak edib. Görüşlərin əsas məqsədi xaricdə yaşayan ermənilərin Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində yaşayan ermənilərə maddi vəsait ayırmaları ilə bağlı olub.

O, ifadəsində göstərib ki, ərazilərin minalanması işlərinə 1994-cü ildən başlanılıb və “müdafiə nazirliyi” tərəfindən həyata keçirilib. Lakin konkret buna kimin göstəriş verdiyini və rəhbərlik etdiyini bilmir. Qeyd edib ki, qondarma rejimin “ordusunun” fəaliyyəti Ermənistan silahlı qüvvələrinin fəaliyyəti ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilib.

O, ifadəsində işğal altında saxlanılan zaman bütün rayon və şəhərlərdə, xüsusilə də Ağdamda və Füzulidə mövcud olmuş bütün daşınmaz əmlakın, o cümlədən tikililərin daşınması faktını etiraf edib.

Məhkəmədə elan edilən, cinayət işi üzrə materiallara əsasən D.Babayan 2020-ci ildə 44 günlük müharibə zamanı, ondan sonrakı müddətlərdə qondarma rejimin “liderinin təmsilçisi” kimi Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı internet informasiya resurslarında 2021-ci il yanvarın 4-də “Biz heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Biz bir dövlətdə birlikdə yaşaya bilmərik. Bu, mümkün deyil! Qonşu kimi yan-yana yaşamağa məhkumuq, başqa çıxış yolu yoxdur. Amma mən azərbaycanlılarla bir dövlət daxilində, Azərbaycan dövlətinin bir hissəsi kimi yaşamaq imkanını görmürəm, çünki belə bir vəziyyətdə Artsax, sadəcə, mövcud olmayacaq” məzmunlu çıxış edib və bunu açıq şəkildə bəyan edib.

Məhkəmə prosesi sentyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


































Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Avqust 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri