Icma.az
close
up
RU
Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq Deputat

Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq Deputat

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədə öz təşəbbüsü ilə söz alaraq, Gəncənin gecə, insanların yatdığı vaxtda, daha çox mülki əhalinin qətli niyyəti ilə raketlərlə vurulması ilə bağlı bəyanatına təəssüflənərək üzr istəməsi və nə belə bir hüququnun, nə də rəy bildirməyə imkanının olduğunu deməsi Ermənistanın Baş naziri Nikol Paşinyanı ciddi şəkildə narahat edib. Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bu barədə danışaraq iddia edib ki, guya "regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən, qadağan olunmuş narkotiklərdən" istifadə olunur və "məhkəmə Ermənistana qarşı istifadə ediləcək". Bu sözləri, əslində, Paşinyanın etirafı da adlandırmaq olar. Çünki Ermənistan silahlı qüvvələrinin ali baş komandanı Paşinyandır. Görünür, o, həqiqətin üzə çıxacağından ehtiyat edir. Əks halda, belə bir cəfəngiyyat uydurmaq mümkün deyil.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın hərbi cinayətlərlə bağlı bəyanatına cavab olaraq bildirib ki, Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir.

Mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, Bakıda erməni əsilli şəxslərin məhkəmə prosesi davam etdikcə, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin mahiyyəti və miqyası bir daha aydın olur:

"Həm təqsirləndirilən şəxslərin, həm zərərçəkənlərin ifadələri Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə törədilən cinayətlərin, soyqırımı siyasətinin, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərin bir çox hallarda İrəvandan idarə olunduğunu təsdiqləyir. Arayik Arutyunyanın bəyanatı da bunun əyani sübutudur. Arutyunyan dolayısı ilə bildirmək istəyir ki, Gəncənin, Bərdənin və digər ərazilərimizin vurulması əmrini Ermənistanın siyasi hakimiyyəti, birbaşa baş nazir Nikol Paşinyan verib. Sonuncu isə məsuliyyəti öz üzərindən atmaq üçün nağıllar uydurmaqla məşğuldur. Bunlar gülməli və əsassız bəyanatlardır".

Onun sözlərinə görə, Bakıda mühakimə olunan 15 erməni qondarma respublikada yüksək "vəzifə" sahibləri olublar:

"İndi onlar burada etiraf edirlər ki, müharibə cinayətlərinin əsas sifarişçiləri Ermənistan dövləti və onun rəhbərləri olublar. Onsuz da, bütün bunlar Azərbaycan cəmiyyətinə aydın idi. Qarabağda yaşayan ermənilərin arxasında dayanan olmasaydı, onlar hələ 1992-1993-cü illərdə bizim bir qarış torpağımızı belə işğal edə bilməzdilər. İlk gündən bu proseslərin arxasında Ermənistan dövləti dayanıb. 44 günlük Vətən müharibəsində də mülki şəxslərə qarşı törədilən cinayətlərin əmri birbaşa İrəvandan verilib. Siyasətdə naşı, piyada olan Paşinyan müharibədən sonra etiraf edirdi ki, o, 2020-ci ilə qədər Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mahiyyətindən xəbərsiz olub. Guya danışıqlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılıb və bütün əvvəlki erməni liderlər buna razı olublar, amma Paşinyan bunu bilməyib. Gülməlidir. Ermənistan üçün strateji bir məsələnin mahiyyətini bilməyən bir adam özünü necə siyasətçi adlandırır və hakimiyyətə gəlir?"

"Ermənistan cəmiyyətində baş nazirin Bakıda həbsdə olan ermənilərə münasibətinə şübhə ilə yanaşır və hesab edirlər ki, Paşinyan və onun komandası mühakimə olunanların həbsdə qalmasında maraqlıdır və onları öz hakimiyyətinə təhlükə hesab edir. Təbii ki, Ermənistan cəmiyyətində dolaşan bu cür fikirlər bizim üçün o qədər də maraqlı deyil və bu yanaşmalar ədalətli məhkəmə prosesinə heç bir təsir edə bilməz. Bütün dünyanın gözü qarşısında törədilən cinayətlər hər kəsə aydındır. Dəymiş zərər hesablanıb, ittihamlar bəllidir, şahid və zərərçəkənlərin də sayı kifayət qədərdir. Məhkəmə prosesi də çox şəffaf keçirilir. Bu baxımdan, Paşinyanın sözügedən açıqlamaları özünü qorumaqdan başqa bir şey deyil. Göründüyü kimi, Paşinyan növbəti dəfə özünü gülüş hədəfinə çevirir. Hətta erməni ekspertlər də Paşinyanın bu çıxışından heç nə baş açmadıqları üçün şərh etməyibər. Biz isə məhkəmənin gedişini izləyək. Əminəm ki, prosesdə Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq. O zaman bəlli olacaq ki, erməni baş nazir nə üçün qabaqdangəlmişlik edərək "psixotrop maddə" iddiasını ortaya atıb", - deyə deputat fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see242

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see239

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see169

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri