Icma.az
close
up
RU
“Məhkum olunmuş qadınlar üçün V kitab mütaliə marafonu” layihəsinin nəticələri təqdim olunub AZƏRTAC

“Məhkum olunmuş qadınlar üçün V kitab mütaliə marafonu” layihəsinin nəticələri təqdim olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 dekabr, Mikayıl Məmmədov, AZƏRTAC

Gələn ildən biz təkcə qadınlarla deyil, həm də yeniyetmə və məhkum olunmuş kişilərlə onların həyatına təsir göstərərək işləməyi planlaşdırırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Məhkum olunmuş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin sədri Firuzə İsgəndərova “Məhkum olunmuş qadınlar üçün V kitab mütaliə marafonu” layihəsinin icrasına həsr olunmuş mətbuat konfransında jurnalistlərə bildirib.

O, həmçinin bu marafonun əhəmiyyətini vurğulayıb.

Tədbir Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, “Məhkum olunmuş qadınların cəmiyyətə qayıdışı” ictimai birlikləri və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə baş tutub.

ANAİB üzvü, “Xan” nəşriyyatının direktoru, “Kitabqurdu” Oxu Marafonunun ideya müəllifi Səbuhi Şahmursoy çıxışında bu marafonun hazırlanması və qaliblərin müəyyən edilməsi prosesindən danışıb.

Daha sonra çıxış edən ANAİB-in idarə heyətinin üzvü, “Altun” nəşriyyatının direktoru Rafiq İsmayılov və ANAİB-in katibi, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq layihə və onun nəticələri ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar da belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri, yazıçı Rəşad Məcidlə də görüş keçirilib və marafon qaliblərinin adlarının əfv siyahısı üçün təqdim edilməsi təklif olunub. Rəşad Məcid ANAİB-in bu təklifini dəstəklədiyini qeyd edib və bu mühüm məsələni komissiya qarşısında qaldıracağına söz verib.

Qeyd edək ki, sentyabrın 1-dən dekabrın 1-dək 100-dək məhkum qadınların iştirak etdikləri qiraət marafonu keçirilib. Müsabiqədə ANAİB-ə məxsus 10 nəşriyyat iştirak edib. Hər bir nəşriyyat bir kitabla təmsil olunub.

4 saylı Cəzaçəkmə Müəssisəsində mütaliə müddətində hər bir kitabın müəllifləri ilə ayrıca görüşlər təşkil olunub. Finalçılar ANAİB tərəfindən keçirilən xüsusi imtahan vasitəsilə seçilib. Müsabiqənin qaliblərinə nəşriyyatlar tərəfindən pul mükafatları və kitab hədiyyələri təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri