Icma.az
close
up
RU
Mehmet Aktaş Türkiyədə olan suriyalı miqrantların sayını açıqladı

Mehmet Aktaş Türkiyədə olan suriyalı miqrantların sayını açıqladı

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Türkiyə tarixi boyunca zülmə məruz qalmış məzlumlara qucaq açmış, böyük miqrasiya proseslərinə ev sahibliyi etmiş qədim bir ölkədir. Bu gün isə ölkəmiz humanitar mövqeyi, təbii gözəllikləri, təhsil imkanları və sahib olduğu siyasi-iqtisadi sabitlik sayəsində cazibə mərkəzi olmağa davam edir. Miqrasiya idarəçiliyində insan haqlarına hörmət edən və mədəni dəyərlərə sadiq yanaşmanı mənimsəməklə yanaşı, ictimai asayiş və təhlükəsizlikdən də güzəştə getməyən mövqe sərgiləyirik".

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Respublikasının daxili işler nazirinin müavini Mehmet Aktaş Bakıda keçirilən Almatı Prosesinin 3-cü Nazirlər Konfransının açılışında deyib.

Mehmet Aktaş bildirib ki, 2013-cü ildə qəbul edilən "Əcnəbilər və Beynəlxalq Müdafiə Qanunu" ilə yanaşı, miqrasiya idarəsi həm insan mərkəzli, həm də ictimai təhlükəsizliyi nəzərə alan uğurlu miqrasiya siyasətini həyata keçirir.

O, Türkiyənin miqrasiya siyasətinin əsas istiqamətlərini sadalayıb:

"Daimi miqrasiya sahəsində ölkəmizin tutumu və sosial-iqtisadi dinamikası ilə uyğun şəkildə miqrasiya axınlarını idarə etməyi hədəfləyirik. Bu istiqamətdə, beynəlxalq tələbələrin yaşayış icazəsi prosedurlarını asanlaşdırmaq, Türkiyədə qalmaq istəyənlər üçün müraciət proseslərini sadələşdirmək, yüksək ixtisaslı işçi qüvvəsini cəlb etmək və sağlamlıq məqsədli miqrasiyanı daha əlçatan etmək kimi siyasətlər həyata keçiririk. Bunlara əlavə olaraq, ölkəmizdəki əcnəbilərə doğru, sürətli və etibarlı informasiya təqdim etmək məqsədilə fəaliyyət göstərən 157 Çağrı Mərkəzimiz türk, ingilis, rus, ərəb və fars dillərində xidmət göstərir. Bu sayədə əcnəbilər informasiyaya asanlıqla çıxış əldə edə bilirlər".

Nazir müavini tətbiq etdikləri strategiyaların uğurlu nəticələrini açıqlayıb, dünyada ilk olan mobil miqrasiya mərkəzlərinə diqqət çəkib:

"Bütün 81 vilayətdə və 270 mobil miqrasiya vasitəsi ilə təhlükəsizlik qüvvələrimiz, şəxsiyyətini təqdim edə bilməyən əcnəbiləri yoxlamağa dəvət edərək nəzarət həyata keçirir. 19 iyul 2023 tarixindən bu yana 3 milyon 810 min 442 nəfərin şəxsiyyəti yoxlanılıb və 195 min 429 nəfərin qeyri-qanuni miqrant olduğu müəyyən edilib.

2023-cü ildən etibarən ümumilikdə 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb. Sahil Təhlükəsizlik Komandanlığımız isə 118 min 552 nəfər miqrantı dənizdə ölümdən xilas edib. 691 min 542 nəfər ölkəmizdən öz istəyilə çıxıb, 261 min 701 nəfər isə deportasiya edilib. Bu miqrantların vətənlərinə təhlükəsiz qayıtması üçün bizimlə əməkdaşlıq edən dost və qardaş ölkələrə təşəkkür edirik".

Onun sözlərinə görə, görülmüş tətbirlər nəticəsində Türkiyə tranzit ölkə statusundan çıxarılıb:

"Sərhəd təhlükəsizliyi sahəsində isə sərhədlərimiz fiziki və texnoloji tədbirlərlə gücləndirilib, Türkiyə tranzit və hədəf ölkə statusundan çıxarılıb. 7/24 əsasda çalışan sərhəd qüvvələrimizin fədakar səyi nəticəsində 266 min 959 qeyri-qanuni miqrantın ölkəmizə daxil olmasının qarşısı alınıb".

Mehmet Aktaş qeyd edib ki, beynəlxalq müdafiə çərçivəsində Türkiyəyə sığınanlara insan hüquqlarına və beynəlxalq hüquqa uyğun şəkildə qoruma təmin edilir. Müvəqqəti qoruma altında olan suriyalıların könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını Türkiyə dəstəkləyir:

"8 dekabr tarixindən sonra Suriya ilə bağlı baş verən hadisələr könüllü geri dönüş proseslərini sürətləndirib. Bu çərçivədə 1 yanvar – 1 iyul 2025 tarixləri arasında müvəqqəti qoruma altındakı suriyalılara illik üç dəfə vətənlərinə qısa müddətli səfər etməyə icazə verilir. Bu da onlara qayıdış üçün hazırlıq imkanı yaradır.

Hazırda Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı 2 milyon 777 min 800 nəfərdir. Biz bu şəxslərə göstərdiyimiz xidmətləri davam etdiririk", - deyə nazir müavini əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri