Icma.az
close
up
RU
Regional təhsil siyasətində yeni mərhələyə keçid: ADPU nun Şəki filialı müstəqil universitetə çevrilir

Regional təhsil siyasətində yeni mərhələyə keçid: ADPU nun Şəki filialı müstəqil universitetə çevrilir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müstəqil universitetə çevrilməsi istiqamətində işlərin aparılması barədə açıqlama ölkədə regional təhsil siyasətində yeni mərhələnin başlandığını göstərir.

Bu barədə 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov məlumat verib. Deputat bildirib ki, artıq bu istiqamətdə zəruri hazırlıq işləri görülür və məqsəd Şəki şəhərini yalnız iqtisadi və mədəni baxımdan deyil, həm də elmi-mədrəsə mərkəzi kimi formalaşdırmaqdır.

Vüqar İskəndərov

Azərbaycanın təhsil sistemində son illər diqqət çəkən əsas istiqamətlərdən biri bölgə universitetlərinin gücləndirilməsi və yerli kadr potensialının formalaşdırılmasıdır. Müstəqil universitet statusu bölgələrdə akademik və idarəetmə azadlığının genişlənməsi, tədris proqramlarının yerli əmək bazarına uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

ADPU-nun Şəki filialı uzun illərdir Qəbələ, Zaqatala, Oğuz və Qax rayonlarından olan tələbələr üçün əsas pedaqoji baza rolunu oynayır. Müstəqil universitet statusu bu bölgələrdə təhsil imkanlarını artırmaqla yanaşı, gənclərin paytaxta axınının da qarşısını qismən ala bilər.

Filialın universitetə çevrilməsi həm də Şəki regionunda iqtisadi dinamikanı gücləndirə bilər. Çünki müstəqil universitetlər təkcə təhsil müəssisəsi deyil, həm də iqtisadi və sosial mərkəz funksiyasını yerinə yetirirlər. Bu, həm Şəki şəhərinin imicinə, həm də bütövlükdə Şimal-qərb bölgəsinin elmi inkişafına ciddi töhfə ola bilər.

Bununla yanaşı, müstəqil universitetə çevrilmək yalnız status artımı deyil, həm də böyük məsuliyyət deməkdir. Əgər bu mərhələlər planlı şəkildə həyata keçirilərsə, Şəki universiteti gələcəkdə ölkənin region universitetləri arasında nüfuzlu elmi mərkəzə çevrilə bilər.

Azərbaycanın təhsil sistemində bölgə universitetlərinin gücləndirilməsi “paytaxt mərkəzliliyindən regional elmi mərkəzlərə keçid” siyasətinin tərkib hissəsidir.

ADPU-nun Şəki filialının müstəqil universitet olması yalnız təhsil sahəsində deyil, həm də sosial və iqtisadi baxımdan strateji addımdır. Bu təşəbbüs reallaşarsa, Şəki bölgəsi təkcə memarlıq və mədəniyyət mərkəzi kimi deyil, həm də elmi potensialı ilə seçilən şəhər kimi formalaşacaq.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri