Icma.az
close
up
RU
“Mehriban düşmən”lər yollarını ayırır?

“Mehriban düşmən”lər yollarını ayırır?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani diqqətçəkən açıqlama verib.

O, Rusiya ilə İranın Cənubi Qafqazdakı maraqlarının fərqli olduğunu deyib: 

"Biz müttəfiq deyilik. Aramızda bəzi fərqlər var və ortaq maraqlarımız mövcuddur. Amma bu, müttəfiq olduğumuz anlamına gəlmir". 

Bu, İran tərəfinin ilk anti-Rusiya bəyanatı deyil.  Maraqlıdır, Rusiya ilə İran yollarını ayırır? 

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cümhuriyət"-ə açıqlamasında "dövlətlərin daimi müttəfiqləri olmur, daimi maraqlı olur" deyimini xatırladıb: 

"İran da regionda öz maraqlarından çıxış edir. ABŞ və Qərblə münasibətləri gərginləşəndə Rusiya ilə birlikdə olur, fərqli situasiyalarda isə Kremldən üz çevirir. Ola bilsin ki, Məsud Pezeşkianın Prezident seçilməsindən sonra Qərblə də münasibətləri nizamlamağa çalışırlar. Hətta nüvə proqramı ilə bağlı da Avropada daha yumşaq səviyyədə danışıqlar apara biləcəklərini deyirlər. İran üçün bu gün əsas məsələ iqtisadi münasibətlərin bərpası və sanksiyaların yumşaldılmasıdır". 

Həmsöhbətimiz vurğulayıb ki, Rusiya-İran münasibətlərində diktə edən tərəf Moskvadır: 

"İran həm iqtisadi, həm də siyasi baxımından Rusiyadan çox asılıdır. Görünən və görünməyən əlaqələri var. Tərəflər arasında yaxın zamanda Zəngəzur dəhlizi ilə bağlı da ziddiyyət yaranmışdı. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəsə də, İran bunu əleyhinədir. Hətta bu aspektdə maraqlarının üst-üstə düşmədiyinə dair bəyanatlar verilib". 

O bildirib ki, İran gah Rusiyaya qarşı sərt mövqe ortaya qoyur, gah da belə mesajlar verir: "Yəni, Rusiya ilə münasibətlərini dəyərləndirməyə çalışır. Lakin Kreml Tehranla münasibətlərinə ciddi izah gətirmir. Çünki Rusiya çoxsahəli siyasətlə məşğuldur.

Görünən odur ki, İranın son bəyanatlarına da ciddi əhəmiyyət vermirlər. Rusiya regionda Türkiyə və İranla münasibətləri atom layihələri üzərində qurmağa çalışır. Ümumiyyətlə, Yaxın Şərqdə baş verən hadisələrlə bağlı olaraq bölgədə vəziyyət dəyişir. Məsələn, Rusiya və İranın mövqeyi Yaxın Şərqdə üst-üstə düşdü. Lakin bundan sonra necə olacağı bəlli deyil. Çünki iki ölkənin də yanaşması fərqlidir". 

Partiya sədri İranla Rusiyanın yollarını ayıracağını inandırıcı hesab etmir: "Bir çox ortaq məsələləri var. İki ölkənin bir araya gələ biləcəyi müəyyən platformalar da mövcuddur. Xüsusən də Qərbə qarşı birlikdə hərəkət etməyə məcburdurlar. Ona görə də İranla Rusiyanın yollarını ayıracağını demək mümkün deyil. 

Ümumiyyətlə, İran Rusiyanın orbitindən ayrılsa, tamamilə təcrid olunar. Üstəlik, münasibətlərdə Tehran daha çox maraqlıdır. 

İndiki vəziyyətdə Rusiya ilə İran bir-birinə ehtiyac duyur. 

Yollarını ayırmaları üçün də ciddi əsas yoxdur". 

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri