Icma.az
close
up
RU
Mehriban Əliyeva bu missiyanı üzərinə götürdükdən sonra Xocalı dünya miqyasında müzakirəyə çıxarıldı

Mehriban Əliyeva bu missiyanı üzərinə götürdükdən sonra Xocalı dünya miqyasında müzakirəyə çıxarıldı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu əsasında hazırlanıb)

Azərbaycanda diaspor quruculuğu və xaricdə yaşayan soydaşlarımızın təşkilatlandırılması işi 2002-ci ildən başlayıb. Həmin vaxtadək dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların ölkənin milli maraqlarının müdafiəsinə cəlb edilməsi, tarixi vətənləri ilə əlaqələrinin inkişaf etdirilməsi, həmrəyliyə nail olunması prosesi ləng və pərakəndə aparılıb. Bu fəaliyyət daha çox şəxsi təşəbbüslərə, fərdi əlaqələrə əsaslanıb.

Politoloq Əli Orucov Qaynarinfo-ya açıqlamasında bildirib ki, diasporanın oynadığı mühüm rolu və onun geniş imkanlarını nəzərə alan mərhum Prezident Heydər Əliyev Azərbaycandan kənarda yaşayan milyonlarla soydaşımızın təşkilatlanması və əlaqələrinin koordinasiya edilməsi istiqamətində tarixi addım ataraq, bu sahədə dövlət siyasətini həyata keçirməli olan ayrıca qurum yaradılması ilə bağlı fərman imzalayıb:

"Yeni fəaliyyətə başlayan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (sonradan adı dəyişdirilərək Diasporla İş üzrə Dövlət Komitəsi adlandırıldı) qarşıya qoyulan vəzifə və tapşırıqları tam yerinə yetirə bilməsə də, bunun özünü mütərəqqi addım saymaq olar. Diaspora quruculuğu uzun, xüsusi həssaslıq və diqqət tələb edən işdir. Dünyaya səpələnmiş azərbaycanlılar müxtəlif mədəniyyətlərə və baxışlara, yaşam tərzinə, siyasi quruluşlara adapdasiya olunduqlarından onlarla dil tapmaq, ümumi proseslərə cəlb etmək elə də asan deyil. Bəzən hər kəslə fərdi yanaşama və fərdi işləmək lazım gəlir. Eyni zamanda, diaspora quruculuğunun uğurlu inkişafı üçün ideoloji və fikir müxtəlifliyinə imkan yaradılmalıdır. Bu müxtəliflik daşıyıcılarına qarşı ayrıseçkiliyə yol verilməməli, yaxud ögey-doğmalıq göstərilməməlidir. Azərbaycan diasporasının və lobbisinin xaricdə güclü olması məhz Azərbaycanın həmin ölkələrdə maraq və mənafelərinin qorunmasına daha geniş imkanlar yaradır, eyni zamanda, ölkənin gücünə güc qatır".


Əli Orucov hesab edir ki, hər şeyi dövlətin üzərinə yükləmək və ondan gözləmək doğru yanaşma deyil:

"Yeni çağırışların artdığı və sürətli dəyişikliklərin baş verdiyi qlobal düzəndə lobbiçiliyin və beynəlxalq diasporun üzərinə böyük məsuliyyət düşür. Xaricdə yaşayan həmvətənlərimiz arasında müxtəlif sahələrin mütəxəssiləri, iş adamları, biznesmenlər və s. var. Onlar işğaldan azad olunmuş ərazilərə investisiyalar qoymasına təşviq edilməlidir, bunun üçün hər birinə şərait yaradılmalıdır. Mən müqayisələr aparmaq istəməzdim. Ancaq təkcə iki faktı demək yerinə düşər ki, diaspor və lobbiçiliyin dövlət üçün necə böyük önəm daşıdığı aydın olsun. Erməni diaspor və lobbisi dünyada ən güclü və təsirli lobbilərdən hesab olunur. Hər il Ermənistanın dövlət büdcəsinə, yaxud müxtəlif layihələrin gerçəkləşməsinə benəlxalq diaspor yüz milyonlarla vəsiat ayırır. Ermənistanın xaricdəki bir çox diplomatik və digər nümayəndəliyinin xərclərini də həmin diaspor təşkilatları ödəyir. Bu gün Ermənisatnın bir dövlət olaraq dünyanın siyasi coğrafiyasında mövcudluğu həm də beynəlxalq lobbi və diaspor təşkilatlarına görədir".

Politoloq təəssüflə bildirib ki, Azərbaycan diaspor və lobbi fəaliyyətini ən üst səviyyəyə qaldırmalıdır:

"Bir məsələyə də toxumağı lazım bilirəm. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımını tanıtdırmaq üzun illər müşkül məsələyə çevrilmişdi. Halbuki olmayan "erməni soyqırımı" məhz erməni lobbi və diasporunun fəaliyyəti ilə dünyanın bir çox ölkələrində tanıdılıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bu missiyanı üzərinə götürdükdən sonra "Xocalıya ədalət" devizi ilə aparılan təbliğat, sistemli və ardıcı fəaliyyət nəticəsində insanlığa qarşı törədilən həmin dəhşətli soyqırım dünya miqyasında müzakirəyə çıxarıldı və bir sıra dövlətlərin parlamenti Xocalı soyqırımını rəsmən tanıdı".

Politolqun fikrincə, Azərbaycan diaspora və lobbiçilik fəaliyyətinin inkişafı üçün vahid ideologiya hazırlamalıdır:

"Azərbaycan diaspor təşkilatları digər milli diaspor təşkilatları, xüsusən də Türkiyə diasporası ilə əməkdaşlıq içərisində olsa və koordinasiyalı fəaliyyət göstərsə daha effektiv olardı. Onların Azərbaycanla bağlarını daha da möhkəmləndirmək üçün planlar hazırlanmalıdır. Fikrimcə, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi kompleks yanaşma tələb edir. Burada Xarici İşlər Nazirliyinin də üzərinə məsuliyyət düşür. Bəzən dövlətin görə bilməyəcəyi işləri diaspor və lobbi təşkilatlara həvalə etmək lazım gəlir. Diasporun xaricdə gücünü artırmaq üçün həmin dövlətlərdə yaşayan soydaşlarımızın mənsub olduqları cəmiyyətlərin ictimai-siyasi proseslərində və həyatın müxtəlif sahələrində aktiv iştirakına nail olmaq lazımdır".

Əli Orucov əlavə edib ki, bütün bunları xalq olaraq birlikdə etməliyik ki, Azərbaycanın beynəlxalq arenada yerini və nüfuzunu daha da gücləndirməyə və onun maraqlarının müdafə edilməsinə müvəffəq ola bilək.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri