Icma.az
close
up
RU
İtaliyalı ekspert: Azərbaycanın mədəniyyətlərarası dialoq və humanitar diplomatiyası Birinci vitse prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərində öz əksini tapdı

İtaliyalı ekspert: Azərbaycanın mədəniyyətlərarası dialoq və humanitar diplomatiyası Birinci vitse prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərində öz əksini tapdı

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Vatikanın təntənəli, eyni zamanda, mənəviyyatla dolu ab-havasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi səfəri baş tutdu. Bu səfər mədəniyyətlərarası anlaşmanın və humanitar əməkdaşlığın parlaq simvoluna çevrildi.

Bu barədə AZƏRTAC-a müsahibəsində İtaliyanın Avropa Xəbər Agentliyinin nümayəndəsi Karlo Marino bildirib.

O vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri təkcə mərasim xarakteri daşımayıb, həm də dərin humanitar-siyasi məzmun kəsb edib:“Azərbaycanın Birinci vitse-prezidenti rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacda Roma Papası XIV Lev ilə görüşüb. Həmçinin Vatikanın yüksək vəzifəli nümayəndələri ilə danışıqlar aparılıb, humanitar böhranlar, münaqişə zonalarında mədəni irsin qorunması, dinlər və mədəniyyətlər arasında dialoqun əhəmiyyəti kimi aktual məsələlər müzakirə olunub. Səfərin əsas diqqət mərkəzində Azərbaycanın ardıcıl şəkildə həyata keçirdiyi “humanitar diplomatiya” konsepsiyası dayanır. Birinci vitse-president Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vatikanın Müqəddəs Kommodilla katakombaları da daxil olmaqla, tarixi və dini abidələrin bərpası üzrə layihələr həyata keçirir”.

Karlo Marino vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri “yumşaq gücün ustad dərsi” olub və Azərbaycanın yalnız enerji tərəfdaşı kimi deyil, həm də qlobal humanitar prosesin məsul iştirakçısı kimi çıxış etmək əzmini nümayiş etdirib. “Bu səfər dərin rəmzi məna daşıyır. Əhalisinin çoxu müsəlman olan, lakin dünyəvi dövlət quruluşuna malik bir ölkə üçün katolik dünyasının mərkəzində ali səviyyəli görüş Azərbaycanın çoxəsrlik dözümlülük və multikulturalizm ənənəsini bir daha ön plana çıxardı. Dialoqun əsas mövzularından biri bəşəriyyətin mədəni irsinin qorunması üzrə qarşılıqlı səylər idi. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Vatikanda incəsənət, tarix və mədəniyyəti insan ruhu və yaddaşının daşıyıcısı kimi qorumağa yönəlmiş fəaliyyətlə səsləşir. Dini və mədəni abidələrin – istər Vatikanın katolik irsi, istərsə də Azərbaycanda bərpa edilmiş islam və xristian məbədlərinin bərpası milli qürur aktı kimi deyil, dünya irsinə qarşı ümumbəşəri məsuliyyətin təzahürü kimi təqdim olunub. Bu ortaq dəyər Azərbaycana sivilizasiyanın qoruyucusu, mənşəyindən asılı olmayaraq müqəddəs və tarixi dəyərlərə hörmətlə yanaşan ölkə kimi mövqe qazandırır. Mədəni irsin getdikcə daha çox dağıntılara məruz qaldığı bir dövrdə bu mövqe böyük mənəvi nüfuza malikdir”, – deyə o qeyd edib.

Avropa Xəbər Agentliyinin nümayəndəsi əmindir ki, bu səfər diqqətlə planlaşdırılmış bir addım idi və Azərbaycanın zəngin dözümlülük irsini daxili siyasət elementindən beynəlxalq kimliyin ayrılmaz hissəsinə çevirdi. “Qlobal məkanda, obrazların və simvolların bəzən sözlərdən daha çox mənaya malik olduğu bir şəraitdə, Azərbaycanın Birinci vitse-prezidenti Roma Papası ilə dərin məzmunlu dialoq apararaq güclü bir mesaj göndərdi – Qafqazın bu müsəlman ölkəsi körpülər salmağa, yaraları sağaltmağa və birgəyaşayış ideyasını irəlilətməyə çalışır. Beynəlxalq münasibətlərin böyük kətanında bu səfər yeni bir ip – dialoq, hörmət və daha harmonik dünya üçün ümumi ümid ipini əlavə etdi. Beləliklə, Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfəri Azərbaycanın humanitar diplomatiyasının inkişafında mühüm bir səhifəyə çevrildi və ölkənin beynəlxalq imicini mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında körpü kimi daha da möhkəmləndirdi”, – deyə Karlo Marino vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Oktyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri