Icma.az
close
up
RU
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse prezidenti təyin olunması onun Vətən və xalq naminə göstərdiyi ardıcıl fəaliyyətə verilən yüksək qiymət idi

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse prezidenti təyin olunması onun Vətən və xalq naminə göstərdiyi ardıcıl fəaliyyətə verilən yüksək qiymət idi

Icma.az, Ses qazeti-dan verilən məlumata əsaslanaraq, xəbər verir Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse prezidenti təyin olunması onun Vətən və xalq naminə göstərdiyi ardıcıl fəaliyyətə verilən yüksək qiymət idi.

«Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“

Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-da baş tutan referendumun nəticələrinə görə Azərbaycanda Birinci vitse-prezidentlik institutu yaradıldı. Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü kimi qiymətləndirilən bu təşəbbüs Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı Mehriban xanım Əliyeva qeyd etmişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyəti çoxşaxəlidir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin ən həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Belə ki, 2017-ci ildən keçən 8 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. İlk gündən mühüm sosial məsələləri nəzarətə götürən Mehriban xanım Əliyeva 2016-cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyətinin tərkib hissəsi idi. Parlamentin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşən, daim onların qayğıları ilə maraqlanan, sosial problemlərinin həlli istiqamətində tədbirlər görən Mehriban xanım Əliyeva seçicilərin dərin hörmət və rəğbətini qazanmaqla Milli Məclisdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Ədalət, humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan Mehriban xanım Əliyeva bu illər ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü onun uğurlu fəaliyyətinin göstəricisidir.

Son 21 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb. Belə ki, son 21 ildə qaçqın və məcburi köçkünlər üçün 102 müasir qəsəbə salınıb. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Ötən ilin mayında istifadəyə verilən “Qobu Park” yaşayış kompleksində hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Həmçinin, Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Məcburi köçkün soydaşlarımız üçün daha bir yaşayış kompleksi 27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində istifadəyə verilib. Pirallahı rayonunda Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni yaşayış kompleksində isə 306 məcburi köçkün ailəsi üçün gözəl şərait yaradılıb.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərə səfərləri zamanı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevlə birgə olan Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi, həm də birinci xanım kimi missiyasını sədaqətlə yerinə yetirir. Belə ki, işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı Müzəffər Ordumuzun qalib əsgərləri ilə görüşlərində bir vətəndaş, ana kimi sevincini bölüşən Mehriban xanım ermənilər tərəfindən dağıdılmış tarixi abidələri, məscidləri, kilsələri ürək ağrısı ilə seyr edir və rəhbərlik etdiyi Heydər Əliyev Fondun dəstəyi ilə quruculuq, abadlıq işlərinin aparılacağını bildirir. Mehriban xanım Əliyeva dəfələrlə çıxışlarında insanları birliyə, həmrəyliyə çağıraraq dağıdılmış kəndləri, şəhərləri erməni vandalizminin, qəddarlığının nəticəsi adlandırır və dünyaya erməni terrorunun, vəhşiliyinin mahiyyətini açıqlayır. Ən əsası isə, Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri ilə bağlı ilk və ən müfəssəl məlumatları məhz Mehriban xanım Əliyevanın yolboyu etdiyi çəkilişlər vasitəsilə alırdı. Eyni zamanda bu görüntülər erməni barbarlığını, düşmənin vəhşiliyini bütün dünyaya çatdırdı. Və Prezident İlham Əliyev erməni vandallarının doğma torpaqlarımızda törətdikləri vəhşiliklər barədə bu görüntülər vasitəsilə məlumat verirdi. Eyni zamanda Prezident İlham Əliyev həmin görüntülərdə Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı planları və perspektiv məsələləri diqqətə çatdırırdı. Mehriban Əliyevanın apardığı bu çəkilişlərdə Prezident İlham Əliyev həm də Ermənistana xəbərdarlıqlar edirdi, Azərbaycanın prioritetləri ilə bağlı mühüm mesajlar verirdi.

Həmçinin, azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrin əsaslı təmiri, bərpası və inşası, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidinin, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi habelə digər dini abidələrin, mədəniyyət ocaqlarının təmiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı qarşısındakı misilsiz xidmətlərinin cizgiləridir.

Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu günə kimi fəaliyyəti ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfələr verib. Belə ki, 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.

Heydər Əliyev ideyalarına sədaqət, onun dövlətçilik konsepsiyasına xas olan ideyalara bağlılıq Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi dövlətimizə və xalqımıza layiqincə xidmət etdiyini, ölkəmizin daha da çiçəklənməsinə əvəzolunmaz verdiyini göstərir. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiya məsələləri onun Birinci vitse-prezident kimi vətəndaşların, cəmiyyətin bütün sosial təbəqələrinin qayğılarını daim nəzarət altında saxlamasını əks etdirən çoxşaxəli fəaliyyətinin təcəssümüdür.

Bir sözlə, bu illər ərzində Birinci vitse-prezidentin təşəbbüsləri ilə müharibə əlillərinin sosial məsələlərinin qısa zamanda həlli, məcburi köçkünlərin yeni evlərlə təmin olunması ilə bağlı həyata keçirilən layihələr, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə təşkili, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması, koronavirusla əlaqədar əhalinin aztəminatlı hissəsinə davamlı şəkildə dəstək göstərilməsi Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətinin bariz göstəricisidir.

Göründüyü kimi, Azərbaycanın Birinci vitse-prezidentinin ötən 8 ildə göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər çoxşaxəli və əvəzolunmazdır. Onun fəaliyyətinin ana xətti Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına yönəlib.

Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatı, Mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Fransanın eks-prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar Onun fəaliyyətinin real qiymətidir. Fəaliyyətinə görə təqdim olunan mükafatların davamı olaraq Onun Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər Təşkilatının "Humanizm simvolu-2012-ci ilin adamı" elan edilməsi də bəşəri, humanizm prinsiplərini yüksək tutmasına söykənir. Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən, təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb. Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir sıra layihələr gerçəkləşib. Belə ki, 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Həmin işlər bu gün də uğurla davam etdirilməkdədir. Bu və ya digər gördüyü işlər onu "Humanizm simvolu-2012-ci ilin adamı" elan edib.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.

Eyni zamanda, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. On ildən artıqdır ki, Mehriban Əliyeva UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bundan başqa, Mehriban xanım Əliyeva Rusiyanın, Fransanın, Polşanın, Pakistanın, Serbiyanın, çoxsaylı beynəlxalq təşkilatların yüksəksəviyyəli mükafatları ilə təltif olunub. 2019-cu ildə isə Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb. Bu gün Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və fərdi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz izləri, əməlləri ilə həkk olunur.

Bir sözlə, Azərbaycan xalqı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi bundan sonra da bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanır və dəstəkləyir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:14
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp elan etdi: Rusiya ilə ikinci raund bu tarixdə bşlayır

23 Fevral 2025 01:37see129

Əkrəm İmamoğluna qarşı diplom araşdırması

22 Fevral 2025 16:48see120

Türk ulduz La Liqa nəhənginin radar ında

23 Fevral 2025 19:26see117

Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı: Bunu hamıdan gizlədirlər”

23 Fevral 2025 01:39see117

Ədalət Şükürov gənclik illərində… Foto

23 Fevral 2025 15:47see116

Hər iş sahibinə dönər...

23 Fevral 2025 22:01see114

Azərbaycanda qara görə xəsarət alanların sayı 165 ə yüksəldi

22 Fevral 2025 16:40see113

Bakıda oğurluq edən parkovşik KAMERALARA DÜŞDÜ

22 Fevral 2025 12:49see113

Lavrov sabah Hakan Fidanla hansı məsələləri müzakirə edəcək DETALLAR

23 Fevral 2025 14:55see112

İran ordusu amfibiya desant əməliyyatı həyata keçirdi

24 Fevral 2025 00:51see111

İki ingilis klubu bir futbolçunu “qaralayıb”

22 Fevral 2025 13:42see111

Vaşinqton Kiyevə resurs gəlirlərini ABŞ nin nəzarətində olan fonda köçürməyi təklif edib

23 Fevral 2025 01:31see111

Hizbullah tərəfdarları Beyrutda: döyüşə hazır vəziyyət

23 Fevral 2025 16:58see109

Cavanşir Quliyevdən “Avroviziya” açıqlaması: “Bir “bığlı” qız...”

22 Fevral 2025 16:20see109

Bakı Sumqayıt yolunda “BMW” yandı VİDEO

23 Fevral 2025 20:26see109

Global Media Group bağlı olan saytlar fəaliyyətini DAYANDIRDI

22 Fevral 2025 22:18see109

Qar yağacaq, külək əsəcək SABAHIN HAVASI

22 Fevral 2025 13:04see109

Bakıda maşın almaq istəyən şəxs alverçinin qurbanı oldu VİDEO

23 Fevral 2025 08:45see108

Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

24 Fevral 2025 08:00see107

Məktəbin qar, təhsilin isə ekologiya dərdi Şagirdlərin xəbərsiz qaldığı təhlükələr

23 Fevral 2025 23:52see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri