Icma.az
close
up
RU
Mehribanlar bir birini niyə qırır?

Mehribanlar bir birini niyə qırır?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlar var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var?”

Moderator.az kulis.az-a istinadla xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova deyib:

“1998-ci ildən bu günə qədər 27 ildir ki, "Azdram"ada külüng vururam. Bu teatrın səhnəsində, kulisində, tamaşalarında keçən illərim mənim sənətə və Azdramanın dəyərlərinə bağlılığımı sübut edir. Buna görə də hər hansı bir məsələ ilə bağlı öz fikrimi bildirmək haqqına sahibəm. "Azdrama"da hər yaş qrupuna aid peşəkar aktyor və aktrisalar var. İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlarımız var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var? Əlbəttə, yox!”

Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisalar gətirməsi Akademik Milli Dram Teatrına illərini verən sənətçilərə hörmətsizlikdir:

“Azdrama"nın səhnəsində illərdir parlayan, müxtəlif janrlarda özünü sübut etmiş yetərincə istedadlı aktrisa var. Niyə onların zəhməti, potensialı nəzərə alınmır? Bu teatrın sənətkarlarını kənarda qoyub başqa teatrdan aktrisa axtarmaq, burada çalışanlara hörmətsizlikdir. "Azdrama"nın aktyor və aktrisalarına layiq olduqları dəyər verilməlidir! Onların çəkdiyi zəhmət və səhnədə qazandıqları təcrübə gözardı edilməməlidir. Teatrda seçimlər şəxsi yanaşmaya yox, aktyorun istedadına və teatrın prinsiplərinə əsaslanmalıdır!

Mənim Mehriban Ələkbərzadə ilə heç bir şəxsi qərəzim yoxdur və bilirəm ki, onun da mənə qarşı heç bir şəxsi qərəzi yoxdur. Lakin bu məsələyə biganə qala bilmərəm. Çünki mən bu teatrda illərimi vermişəm, səhnəsində çalışmışam, tamaşalarına həyat vermişəm. Bu səbəbdən, söz haqqım var və öz fikrimi açıq şəkildə bildirməkdən çəkinmirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri