Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Doğrudanmı, müsəlmanlar bir birini qırır?

Doğrudanmı, müsəlmanlar bir birini qırır?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tez-tez eşidirik, camaatımız deyir: "Hər yerdə müsəlmanlar bir-birini qırır".

Bu, əlbəttə, qismən doğrudur. Niyə qismən? Çünki daxilində vətəndaş müharibəsi gedən ölkələr var. Onların əhalisinin əksəriyyəti müsəlmandır. Ancaq son dövrlərdə bir-biri ilə müharibə edən iki müsəlman ölkəsi yoxdur.

Hə, Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı raket zərbələri vardı, hazırda isə atəşkəsə nail olunub. Əhalisinin əksəriyyəti müsəlman olan 39 ölkə var dünyada. Ancaq iki müsəlman ölkəsi yoxdur ki, bir-biri ilə hazırda müharibə aparsın. Yəni ən azı böyük müsəlman ölkələri arasında savaş yoxdur.

İndoneziya, Türkiyə, İran, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və sair. Bunlar son 50 ildə nə vaxt bir-biri ilə müharibə edib?!

Tarixdə iki dünya müharibəsi olub, onları da başladanlar, müharibə tərəfdarları müsəlmanlar deyildi, xristianlar idi. Ən çox zərəri isə müsəlmanlar və yəhudilər gördü. Sonrakı müharibələrdə də müsəlmanlar müharibələrin təşəbbüskarları deyil, qurbanları idilər.

Zamanında Böyük Britaniya Argentina ilə Folklend adaları üstündə müharibə aparanda heç kim demirdi: "Xristianlar bir-birini qırır". Yaxud Yaponiya Çinə, Çin Vyetnama hücum edəndə, heç kim eyni dinə mənsub olanların bir-biri ilə vuruşduğunu xüsusi olaraq vurğulamamışdı. Amma, baxın, bu gün iki xristian ( həm də pravoslav) ölkə - Rusiya və Ukrayna bir-biri ilə necə davranır?! Üstəlik ikisi də slavyanlardır. Faktik olaraq, slavyan xalqı özü elə özünə qarşı vuruşur. Həlak olan, yaralanan, itkin düşən yüz minlərlə, qaçqın, köçkün isə milyonlarladır. Niyə yenə heç kim demir ki, xristianlar bir-birini qırır? Üstəlik onu da heç kim demir ki, bu iki xristian ölkəsini ilk günlərdən barışığa çağıran və barışdırmağa çalışan Türkiyə müsəlman ölkəsidir. İstanbul danışıqları sülhlə bitsəydi, indiki qədər böyk dağıntı olmazdı, bu qədər qurban verilməzdi.

Baxın, Türkiyə özü NATO-da beş ölkədən biridir. Ancaq NATO-nun açıq və birmənalı olaraq, tərəflərdən birini - Ukraynanı dəstəkləməsinə baxmayaraq, Türkiyə həm Rusiya ilə, həm Ukrayna ilə münasibətlərini qoruyub saxladı, hətta onları barışdırmağa çalışdı.

Əslində Türkiyə daim buna çalışır. Türkiyə, eləcə də, Azərbaycan bu xristian ölkələrini - Rusiya ilə Ukraynanı sülhə gətirmək üçün öz platformalarını yenə də təklif edirlər. Xristian Amerikalılar və xristian ruslar xristian Avropanı, o cümlədın, elə Ukraynanın özünü danışıqlardan kənarda buraxanda, prezident Zelenskini öz çətiri altına alan Türkiyə oldu. Hətta indi ABŞ-Rusiya, ABŞ-Ukrayna danışıqlara harda başlayıb?! Səudiyyə Ərəbistanında. Amma müsəlmanların bir-birini guya qırıb çatdığı haqda fikir qəsdən insanların təhtəlşüura yerləşdirilir.

O, başqa məsələdir ki, müsəlman ölkələri arasında həmrəylik azdır. Bunu Azərbaycan öz acı təcrübəsində də görüb: guya dünya müsəlmanlarına liderlik edən, guya islam təəssübkeşi olan İran 30 il ərzində işğalçı xristian Ermənistana kömək edirdi, müsəlman Azərbaycana deyil. Ancaq İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan kimi müsəlman ölkələri, eləcə də, xeyli sayda xristian ölkələri Azərbaycana siyasi-mənəvi dəstək vermişdi. Onların arasında özü indi işğala məruz qalmış Ukrayna da var idi.

Ona görə də "müsəlmanlar bir-birini qırır" və ya "müsəlmanlar xristianları qırır" və sair kimi fikirlər xüsusi olaraq hazırlanmış və qəsdən yayılan düşüncə klişeləridir. Psixoloji müharibədi. Qərbin qlobal media imperiyası, "beyin mərkəzləri", kütləvi mədəniyyət, sosial şəbəkə platformaları bu yanlış düşüncəni davamlı olaraq "yemləyib" bəsləyir.

Əslində isə mahiyyət başqadır; maraqlar toqquşanda hər kəs bir-biri ilə müharibə edir. Bu dini mənsubiyyətlə əlaqəli bir şey deyil ki. Sadəcə, din bu müharibələrdə alət edilir. Xatırlayırsınızsa, Ermənistanın işğalçı, terrorçu prezidentlərindən biri Serj Sarqsyan müsahibələrindən birində öz təcavüzkarlıq siyasətinə haqq qazandırmaq məqsədilə belə demişdi: "Biz xristian inancını, xristian mədəniyyətini müsəlman türklərdən qorumaq üçün müharibə apardıq və qalib gəldik".

Amma Azərbaycan ordusu Sarqsyanın bu "qələbəsi"ni gözündə qoydu.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri