Icma.az
close
up
RU
Məhsa Mehdili: Paytaxtın dəyişdirilməsi İrana böyük iqtisadi böhran gətirər

Məhsa Mehdili: Paytaxtın dəyişdirilməsi İrana böyük iqtisadi böhran gətirər

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan ölkənin cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürülməsi planları üzərində işləməyə başladıqlarını açıqlayıb. Ölkə mətbuatında əksini tapan xəbərə görə, Pezeşkiyan dünən Hatəmül Ənbiya Qərargahına səfəri zamanı etdiyi çıxışda keçmişdə müzakirə edilən paytaxtın Tehrandan köçürülməsi məsələsini bir daha gündəmə gətirib. Tehranı paytaxt kimi buraxmağın bəzi səbəblərdən, xüsusilə də iqtisadi səbəblərdən qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirən İran prezidenti bildirib ki, ölkənin paytaxtı Tehran həll olunmaz problemlərlə üzləşib. Nə etsək də, vaxt itiririk. Ona görə də biz ölkənin iqtisadi və siyasi mərkəzini cənuba və dənizə yaxın yerə köçürməliyik. Bizim onu ​​daşımaqdan başqa çarəmiz yoxdur.  Pezeşkiyan, Birinci vitse-prezident Məhəmməd Rıza Arifə paytaxtın köçürülməsi planlarını təqib etmək üçün tapşırıq verildiyi məlumatını paylaşaraq deyib ki, bu məsələyə məhəl qoymasaq gələcəkdə ölkənin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər. Təxminən 20 milyon əhalisi olan İranın paytaxtının Tehrandan başqa şəhərə köçürülməsi planı ilk dəfə 2013-cü il dekabrın 25-də 290 yerlik parlamentdə 110 deputatın səsi ilə qəbul edilib. Plan çərçivəsində yaradılan şura paytaxt üçün "ən yaxşı alternativin harada olacağı" ilə bağlı araşdırmalar aparırdı. Bu məsələ ilə bağlı indiyədək heç bir addım atılmayıb.


Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili “Sherg.az”a bildirib ki, İranda paytaxtın dəyişdirilməsi məsələsi Pəhləvi və  molla rejimi dönəmində müxtəlif rəsmilər tərəfindən dilə gətrilib:


“Hətta bununla bağlı fərqli planlar müzakirə olunub və müəyyən büdcə ayrılıb. Amma bu günə qədərə sözügedən proses nəticə verməyib. Əsas problem ondan ibarətdir ki, bütün siyasi, iqtisadi və iş imkanlarının toplandığı yer Tehrandır. Ümumiyyətlə yanlış siyasət nəticəsində İranda ədalətsiz dağılım mövcud idi. Buna görə də bütün iş imkanları Tehranda toplaşıb. Bunun Tehran üçün faydaları çox olsa da, İran üçün xeyli zərərlər verib. Tehran çox kirli, fərqli mədəniyyətlərin toplaşdığı, nəqliyyatın bərbad vəziyyətdə olduğu və bütün siyasi imkanların birləşdiyi mərkəzə çevrilib. Bunların hamısı şəhərə özüylə bərabər təhlükəsizlik və ədalətsizlik gətirib. Hesab edirəm ki, belə vəziyyətində paytaxtın dəyişdirilməsi məsələsi sadəcə sözdə qalacaq. Çünki paytaxtın dəyişdirilməsi İrana böyük iqtisadi böhran gətirər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri