Icma.az
close
up
RU
Məhşərə qalmayan ədalət

Məhşərə qalmayan ədalət

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Bu ilin 8 aprel günü Ağdaban faciəsindən 33 il ötdü. Bu faciə Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı və ən dəhşətli səhifələrindən biridir.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırıldı, hətta yer üzündən silindi. Bəşər tarixinin ən ağır qətliamlarından olan Ağdaban faciəsində kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi, 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırıldı. Eləcə də 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi, 5 nəfər isə girov götürüldü.

Ermənilərin tək hədəfi insanlar deyildi. Onlar həm də mədəni irsimizə qarşı növbəti vandalizm əməllərini törətdilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq viran qoyuldu. Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsli davamçısı, şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edildi, ailə üzvləri dəhşətli işgəncələrə məruz qaldı. Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı oldu. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırdı, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələyib, özünü isə kartof quyusunda diri-diri basdırdılar.

Lakin nə yazıq ki, bu, ağdabanlıların yaşadıqları son qırğın, son işğal deyildi. Faciədən bir il sonar - 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər və aprelin 2-də Kəlbəcər tamamilə işğal olundu.

Ağdaban faciəsinə ilk hüquqi-siyasi qiymət verilməsini təmin edən Ümummilli lider Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Ağdaban faciəsinin canlı şahidlərindən və zərərçəkənlərindən biri də şair Savadsız Arzuman Ağdabanlıdır. Hər zaman öz yaradıcılığında, şeirlərində Ağdaban, Kəlbəcər nisgilini ifadə edən şair sonralar da erməni hücumundan qurtula bilməyib. Belə ki, 2022-ci ilin sentyabrın 13-dən 14-nə keçən gecə erməni təxribatı nəticəsində ayağından qəlpə yarası alıb. Ancaq təbii ki, bu onun qələbə ovqatını pozmadı. Çünki onun doğulduğu Ağdaban və Kəlbəcər də daxil olmaqla işğal altındakı Qarabağımız, doğma torpaqlarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilmiş, öz azadlığına qovuşmuşdu. Bu qələbə ilə ermənilərin xalqımıza qarşı törətdiyi bütün qətliamların qurbanları kimi, Ağdaban şəhidlərinin də qisası alındı və əminik ki, bu gün onların ruhları şaddır.

Azərbaycanımızın, xalqımızın haqqı olan ədalət məhşərə qalmadı. 30 il sonra da olsa, yenə xalqımız, millətimiz, Ali Baş Komandanımız tərəfindən bu ədalət bərpa olundu, şəhidlərimizin qanı, qisası alındı. 

Faciə qurbanlarının, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhları həm də ona görə şaddır ki, bu gün Arzuman da daxil olmaqla öz elliləri yenidən Qarabağımıza qovuşur, azərbaycanlılarımız o yurdlara yenidən qayıdırlar.

Bir neçə gün öncə növbəti köç karvanı ilə Ağdərə rayonunun Suqovuşan kəndinə gələn ailələrə mənzillərin açarları təqdim olundu. 53 ailə olmaqla, 174 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşdu.

Onların içərisində Ağdaban faciəsinin canlı şahidlərindən olan Orucov Arzuman İman oğlu - şair Savadsız Arzuman Ağdabanlı da var. Şair öz sevincini və qürurunu "525-ci qəzet"lə bölüşdü: "Mən doğma kəndim Ağdabanın başına gətirilən faciədən 33 il sonra azad Suqovuşan kəndinə köç etmişəm. Bu, böyük sevinc və sonsuz qürurdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, dövlətimizi, ordumuzu qorusun".

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərini işğaldan azad etdi. İşğaldan azad edildikdən sonra kənddə böyük tikinti quruculuq işləri həyata keçirildi. Köç karvanları ilə isə Suqovuşana və digər işğaldan azad olunmuş ərazilərimizə doğma nəfəs qayıtdı: bu dəfə əbədilik!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri