Icma.az
close
up
RU
Məhsətinin kor olmasından çəkərdiniz də filmi...

Məhsətinin kor olmasından çəkərdiniz də filmi...

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Məhsəti” filminə baxmamışam, lakin hələ ekran üzü görməyən bu film haqqında yazılan fikirlərlə tanış olan andan etibarən ötən ildən başlayan, bir mövsüm davam edən, amma sonra ekranlardan qaldırılan “Şakir Paşa ailesi” çoxseriyalı filmini xatırlamalı oldum. Filmdə Şakir Paşanın öz gəlini ilə yaxın münasibətləri yer almışdı. Şakir Paşanın nəslinə məxsus insanlar buna öz etirazlarını bildirdilər, məsələ məhkəməyə qədər gedib çıxdı. Haqlı etiraz idi: tarixi bir şəxsiyyət olan Şakir Paşanın iki əsr sonra bir ekran işində şəxsi keyfiyyətinə görə əslində necə bir insan olduğunu milyonlarla tamaşaçıya bu formada təqdim etmək qeyri-etik haldır. Bunu çox təqdir etdim. Nəyə görə təqdir etdim, ona görə ki, şəxsi həyatında necə bir insan olub, ailədə nələr baş verib, bunu səhnələşdirmək və insanlara təqdim etmək həmin şəxsiyyətin nüfuzuna xələl gətirməkdən başqa bir məsələ deyil.

“Məhsəti” filminə gəlincə, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın qərarı çox təqdirolunandır. Çünki Məhsəti Gəncəvinin parlaq həyatı və böyük irsi qarşısında onun obrazının etik-normativ çərçivədən çıxarılması yolverilməzdir. Əslində Məhsəti Gəncəvinin həyatı barədə müfəssəl bir məlumat da yoxdur. XII əsrdən kim gəlib filmin rejissoru və ssenari müəllifi olan Suad Qarayevaya Məhsəti haqqında mükəmməl məlumat verdi ki, o da qənaətə gəlib belə bir film çəkmək istədi.

Bəlkə bu, “nə edim ki, bir yeniliklə gündəmə gəlim?” axtarışıdır ki, bu bəlaya da Məhsəti Gəncəvi tuş oldu. Elə rejissor və ssenari müəllifin fikirləri də bunu təsdiq etmirmi? Suad Qarayeva: Onun o vaxta görə bu qədər cəsur və azad poeziyası məni daha azad qadın obrazı yaratmağa ilhamlandırıb. Müasir gənclər, özlərini sərbəst hiss edən, həm sənətdə, həm də həyatlarında seçimlərini özləri edən obrazlar mənə maraqlıdır. Dünya kinosunda bu heç də təzə fikir deyil — müasir çağda, müasir gənclərin ritmində yaradılmış bir filmdir. Məhsəti Gəncəvi də görün min il qabaq necə şeirlər yazıb ki, bu günə qədər hamını heyrətə gətirir.

Bu fikirlərdən sonra belə bir qənaətə gəlirəm ki, bu filmdə də məqsəd son illər cəmiyyətimizdə modeli sürətlə yaradılan azad qadın obrazını yeni bir formada təqdim etməkdən ibarətdir. O “azad qadın” nə üçün bizim Məhsətimiz olmalı idi. Nə üçün müasir dövrdə azad qadın obrazını yaratmaq istəyənlər ən birinci əxlaqsızlıqdan başlamaq istəyir. Əxlaqsızlıq azad qadının ən birinci keyfiyyətidirmi?

Dinin ən kəskin şəkildə cərəyan etdiyi bir dövrdə bir qadın şahmat oynaya bilirdisə, həm dini, həm fəlsəfi biliklərə malik idisə, mükəmməl musiqi təhsili vardısa və həm də poeziya vurğunu idisə, şeirlərinə bütün şəxsi keyfiyyətlərindən irəli gələn incəliyi, nəcibliyi də qatıb gözəl bədii nümunələr yarada bilirdisə, söz yox ki, həmin dövrdə o, ətrafındakı insanlar tərəfindən birmənalı qarşılanmayacaqdı.

Ay Məhsəti şərab içən olub, ay həyatı şərab, musiqi məclislərində keçib... Kim XII əsrdən gəlib bunları bizə təfsilatı ilə danışıb? Azərbaycanda şeir məclislərində həmişə musiqi də olub, bunu nə üçün belə vahimə ilə qarşılayırıq?

Məhsəti Gəncəvinin əxlaqı yerində olmasaydı, oğlu Əmir Əhmədin dəli-divanə olduğu bu qadını aradan götürmək Gəncə xətibi üçün nə qədər çətin məsələ idi? Lakin Məhsəti onun oğlu ilə ailə qurdu, iki övladı dünyaya gəldi. Əmir Əhməd dünyasını dəyişəndən sonra isə Məhsətinin ağlamaqdan gözləri tutuldu. Əxlaqında bir azca qüsuru olan qadın həyat yoldaşını itirməsinə nə üçün bu qədər kədərlənər? Axı əxlaq problemi vəfalılıq məsələsini də arxa plana keçirir.

Nə üçün film məhz Məhsəti Gəncəvinin bu sədaqəti üzərində deyil, bunun əksini göstərən bir obrazla təqdim olunur? Azad qadın obrazı yaratmaq istəyən hər kimsə bunu bizim dəyərli şəxsiyyətlərimizdə deyil, başqa yerlərdə axtarsınlar.

Allahı “yar” adlandırmaq, ona sevgili kimi üz tutmaq, papaqçı, çörəkçi, dərzi, qəssab, zərgərlərə və digər saysız-hesabsız sənətkarlara xitab edib söz mişarlamağın hələ də nə üçün edildiyi bizə məlum deyil. Bu, bir məcazi məna da ola bilər, fəlsəfi yanaşma da, dini baxış da. Odur ki, mənasını araşdırıb başa çatdırmadığımız, bizim üçün müəmmalı qalan məsələləri kiminsə adına elani-eşq edirmiş kimi yamayıb dövrünün azad qadını kimi təqdim etməyək və həmin qadının timsalında azad adın obrazını yaratmağa da tələsməyək.

Əslində azad qadın yarada-yarada nələrin əlimizdən getdiyinin fərqində olsaq, bunu əsla etmərik: hələ əksinə, onu gənclərə yenilik kimi təqdim etmək, onlara əsl azad adını göstərmək, seçimlərinə bu “azadlığı” da əlavə etmələrinə çalışmaq bizi haraya aparacaq, bunu uzaq deyil, yaxın gələcəkdə hər birimiz görəcəyik.

Çoxsaylı xalqlar var, tanıyırıq, öz qüsurlarını gizlətməyə çalışır, iki sətir şeir yazanını başı üzərinə qaldırır, dahi şair elan edir. Bizim bəzilərimiz isə ədəbiyyatımızın bu qədər dəyərli qadın nümayəndəsi haqqında ağlımıza gələn bir film çəkib dünyaya göstərmək istəyirik ki, əxlaqsızlıq azadlıqdır. Təəssüf, həm də çox təəssüf. Belə addım atanda məncə bir dəfə deyil, bir neçə dəfə fikirləşmək vacibdir.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri